Əvvəl bir kino, sonra şam işığında bir yemək, ardından rəqs, sonra… Xeyr sonrası sandığınız kimi deyil. Hərçənd bütün romantik elementlər gecə üzərinə qurulmuşdur amma xronobiologiyaya görə bədənin də bir saatı var və intim üçün ən uyğun saat axşam deyil, səhər 08:00. İdman etmək üçün ən uyğun saat isə səhər deyil, günortadan sonra 16:00 radələridir.
Günün 24 saatında insanların bədən və ruh vəziyyətləri 24 dəfə dəyişir.Həkimlər, bioloqlar və farmakoloqlar bu vəziyyətə kronobiyoloji adını verir. Bədən ritminə görə hansı hərəkətin hansı saata uyğun olacağını da belə sıralayırlar:
07:00: Kortizon ifraz etməsiylə orqanizm oyanar. Ancaq bədən hələ zəifdir, bu səbəblə idman etməkdən qaçının.
08:00: intim üçün ən yaxşı zamandır, çünki bəziləri çox miqdarda hormon ifraz edirlir.qadinlar.biz
10:00: Orqanizm indi fəaliyyətə hazır. İnsan yaradıcı və dinamik olur.qadinlar.biz
11:00: Bədənimiz formasındadır.
13:00: Bədən formadan bir xeyli düşmüşdür. Məhsuldarlıq günün ortasında yüzdə 20 altındadır.
15:00: Enerjimiz geri gəlmişdir, yaddaşımız tam formasındadır. Amma bu enerji səhərkindən azdır.
16:00: İdman üçün ən uyğun saat. Təzyiq və dövran çox yaxşı vəziyyətdədir.
17:00: Orqanların fəaliyyəti üst səviyyədədir. Böyrəklər və mesanə çox çalışır. Dırnaqların və saçın ən tez uzandığı zamandır.
19:00: Təzyiq və nəbz tənbəlləşər. Təzyiq salıcı dərmanlar təhlükəli ola bilər.
22:00: Həzm orqanlarının gündəlik vəzifəsi sona çatmışdır.Yeyilən hər şey mədədə səhərə qədər həzm edilmədən qalar.
23:00: Tam istirahət etmə saatıdır. Maddələr mübadiləsinin fəaliyyəti getdikcə azalır.
01:00: Məhsuldarlığımız ən alt səviyyədə. Bu saatda çalışanlar səhv edər, diqqət son dərəcə azalar.
03:00: Cismanil və ruhi olaraq qaranlıq bir mərhələdir. Bu saatda intihar edənlərin sayı çoxalar.
05:00: Hormon ifraz etməsi gedərək yüksələr, itən enerji geri gəlir. Bədən, yeni gün üçün hazırlanır.
Tarix: 25.11.2014 / 12:47 Müəllif: Aziza Baxılıb: 72 Bölmə: Maraqli Melumatlar