Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Seks həyatınızı qurtara bilərmi?

Sağlam cinsi həyatın faydaları: Kalori yandırar, immunitet sistemini gücləndirər, xərçəng riskini azaldar.
İngilis The Independent qəzetində Dan Roberts imzasıyla nəşr olunan bir analizdə seks etmənin fizioloji və psixoloji faydaları açıqlandı. Sağlam bir cinsi həyatın faydalarından bəhs edilən analizdə nizamlı seks etmənin, kalori yandırmağı təmin etdiyinə, immunitet sistemini gücləndirdiyinə və hətta xərçəng riskini azaltdığına işarə edildi.

Texas Universiteti araşdırmacıları tərəfindən aparılan araşdırmaya görə seks etmənin 237 dəyişik səbəbindən biri də “insanın özünə etibarını qazanması” olaraq ifadə edilir.
Təmin edici bir cinsi həyatın ən müsbət təsirlərindən biri də stresslə baş etmə vəziyyətində zehinimizə və bədənimizə köməkçi olmasıdır. Seks əsnasında və sonrasında ifraz olunan endorfin və oksitosin hormonlarının oyatdığı kimyəvi reaksiyalar sayəsində həm daha sakit və balanslı qala bilirik həm də bədənimizdə stressdən qaynaqlanan sıxıntıları daha asan və tez həll etmək mümkün olur.

Həftədə bir iki dəfə seks edildiyində bədəndəki immunoglobulin səviyyəsi də artır. Bu maddə soyuqdəymə və infeksiya kimi mənfi xarici faktorlara qarşı bədənin immunitet sistemini gücləndirir. Nizamlı seks həyatının kişilərdə prostat xərçəngi, qadınlarda isə sinə xərçəngi riskini böyük fazidə azaltdığına dair bir çox araşdırma nəticəsi vardır. Kürək və bel ağrıları ilə migren kimi narahatlıqlar, seks həyatı qeyri-kafi olan insanlarda çox daha sıx görülür.

Cinsi fəaliyyət, eynilə idman və digər məşq fəaliyyətləri kimi, kaloriləri yandırmağın sağlam yoludur. Buna diqqət etdikdə, nizamlı cinsi həyatı olan insanların ürək və təzyiq xəstəliklərinə nə üçün daha az tutulduğunu anlamaq mümkündür.

Aktiv seks həyatı olan insanlar daha formada və canlı olurlar; daha formada və canlı olan insanlarınsa seks həyatı aktiv olur.

İngiltərənin ən yaxşı ailə məsləhətçiliyi şirkətlərindən biri olan, Relatenin psixoseksual terapisti Paula Hall isə son sözü belə söyləyir:

“Əlaqə içindəki insanların daha uzun müddət yaşadıqlarına dair bir çox araşdırma nəticəsi var. Güclü bir əlaqəyə sahib olmaq, uzun yaşamanın göstəricisi olur. Sağlam bir seks həyatı da bunun əhəmiyyətli bir parçasıdır.”


Tarix: 19.11.2013 / 02:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 212 Bölmə: Maraqli Melumatlar
loading...