Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İdeal çəkidə qalmağın ən asan üsulları

İdeal çəkiyə nail olmaq üçün bəzən ağrılı və çətin yollardan keçirsən. Həftələrlə davam edən pəhrizlər, ağır fiziki hərəkətlər heç də həmişə istənilən nəticəyə gətirib çıxarmır. Bəzən isə bu, insanda əziyyətlə bərabər, həm də depressiyada yaranır. Qadnlar.Biz ideal çəkini əldə edib və qorumağın 10 yolunu təqdim edir:

Yavaş və yaxşı çeynəyin: Toxluq hissi yeməkdən 20 dəqiqə sonra beyinə siqnal vasitəsilə ötürülür. Ona görə də tez-tez yeməyə fasilə verin. Tikələri yaxşı çeynədikdən sonra udun.
Boşqabı balacaladın: Plov, makaron kimi xəmir xörəkləri yeyərkən qabınızı kiçildin. Bu, sizə daha az yemək yeməyə imkan verəcək. Balaca qabdakı yeməyin çoxluğu gözün doymasına səbəb olacaq.
Su için: Su içməyi əsla saxlamayın. Günlük su təlabatı 1,5-2 litrdir. Yüngül aclıq hiss edəndə xırda yeməklər yerinə su için. Suyun tox saxlamaq özəlliyi olduğunu unutmayın.
Yemək yerinə idman: Əsəb,stres,depresiya kimi vəziyyətdə çoxları hirsini yemək yeməklə alır. Belə halla qarşılaşanda yemək yerinə idmanı seçərək sağlam qalın.
Meyvə-tərəvəz yeyin: Vitamin və minerallarla bol meyvə-tərəvəzi rasionunuzdan çıxarmayın. Həftədə 2-3 dəfə paxla, lobya, noxud, mərcimək kimi yeməklərə üstünlük verin.
Yağdan istifadə: Heyvan mənşəli doymuş yağlardan mümkün qədər uzaq durun. Bu yağlar qandakı xolestrolu, yüksək təzyiq riskini artırır. Zeytun və digər bitgi yağlarından istifadəyə çalışın.
Soyuq qəhvə için: Çox içilən şəkərli və kalorili içkilər artıq çəkiyə əsas səbəbdir. Unutmayın ki, ən yaxşı içki sudur. Sudan əlavə yaşıl çay, evdə hazırlanan limonad, soyuq qəhvə içmək məsləhətdir.
Şirniyyat yerinə meyvə: Bir dilim tort yerinə ailənizə, dostlarınıza qarpız, qovun, alma, armud, əncir və şaftalı kimi meyvələrdən salat hazırlaya bilərsiniz.
Səhər yeməyini unutmayın: Yuxuda olduğumuz 7-8 saat ərzində orqanizmin qidalanmaya böyük ehtiyacı yaranır. Buna görə də gün ərzində ən önəmli yemək səhər yeməyidir. Düzgün səhər yeməyi yeməyən insanlar gün ərzində daha çox kalorili yemək yeyirlər.
Yemək vaxtını ötürməyin: Gündə 3 dəfə əsas olmaqla 5-6 dəfə qidalanmaq lazımdır. Yemək vaxtının ötürülməsi daha çox acmağa və yeməyə səbəb olacaq. Bu da artıq çəki deməkdir.


Tarix: 25.11.2014 / 12:09 Müəllif: Aziza Baxılıb: 72 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...