Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MƏHƏMMƏD ƏLEYHİSSƏLAM

Hədisi-şərifdə Həzrəti Məhəmməd belə buyurmuşdur: “Bir kimsə röyasında məni görərsə, o kimsə axirətdə ən yaxın bir sifətlə şəfaətimlə, xüsusi bir görüşlə məni görəcəkdir”. Başqa bir söyləməyə görə, Həzrəti Məhəmməd: “Bir kimsə yuxusunda məni görərsə, o kimsə həqiqətən və gerçəkdən məni görmüşdür” buyurub. Yenə bir hədisi-şərifdə: “Bir kimsə röyasında məni görərsə, o kimsə gerçəkdən və eynən məni görmüş kimi olur. Zira, şeytanın mənim şəklimə girməsini düşünməsi mümkün deyildir”-söyləyir kainatın əfəndisi Həzrəti Peyğəmbərimiz. Bir kimsə yuxuda uca İslam Peyğəmbərini görmüşsə, röyası doğrudur. Yəni, Rəsulullahı görən adamın durumu həmişə yaxşı, könlü daima şən olur. Röya sahibi üzüntü içindədirsə-üzüntüdən, kədərdən qurtulur; həbsdədirsə-azad olur. Röyada Həzrət Peyğəmbəri görənlər mühasirədə və ya qıtlıq içindədirlərsə, bu durumlardan qurtulacaqlar, dünyada ucuzluq olacaq. Röyada Həzrəti Petğəmbəri görmək-dəlil-sübutları açıqlamağı, sözündə doğru olmağı, vədə əməl etməyi ifadə edir. Röya sahibi ailəsində və qohumları arasında heç birinin çata bilmədiyi bir məqama yüksələcəkdir. Röyada Həzrəti Məhəmmədi görmək-əziyyət və cəzaya sinə gərməyə işarədir. Röya sahibi əgər yetim və qəribsə, böyük bir mövqeyə çatacaq; həkimdirsə-xalq arasında tanınıb seviləcək. Röyada Həzrəti Məhəmmədin vəfat etdiyini görən adamın öz nəslində şərəfli və hörmətli bir şəxs vəfat edəcək. Həzrəti Məhəmmədin bir yerdə cənazəsini görmək-o yerdə böyük bir uğursuzluq və bəla olacağını xəbər verir. Röyada Həzrəti Peyğəmbərin cənazəsini uğurladığını, hətta qəbri-şəriflərinə qoyduğunu görən adam bidətə, küfrə meyl edər. Rəsulullahın qəbri-şəriflərini ziyarət etdiyini görən kimsə böyük var-dövlətə çatacaq. Röyada Həzrəti Peyğəmbərin gördüyünüz işlərə baxdığını görmək-röya sahibi həyat yoldaşının hüquqlarına hörmət və riayət etməlidir. Bir kimsənin iki cahan Günəşinin məstlərini geydiyini görməsi-o kimsəyə cihad əmr edildiyini göstərir. Yuxuda sevgili Peyğəmbərimizin xütbə oxuduğunu görən adam ədalətlə amirlik edər, pislikdən qaçar. Yuxuda Həzrəti Peyğəməbirn sizə bir şey verməsi-elm sahibi və haqqa tabe olduğunuza işarədir. həzrəti Peyğəmbərin verdiyi şeyi almaq-haqq yolundan uzaqlaşmaq deməkdir. Həzrəti Peyğəmbərin hər hansi bir yerdə vəfat etdiyini görən adam həmin il o yerdə vəfat edəcəkdir.


Tarix: 03.03.2014 / 22:20 Müəllif: Ebulfez Baxılıb: 84 Bölmə: M hərfi
loading...