Evli qadın yuxuda məşuq görübsə bu, real həyatda istəklərin həyata keçmədiyinə işarədir. Subay qız üçün belə yuxu tezliklə həyatında vacib adamla görüşəcəyinə işarədir. Tanıdığınız adamı yuxuda sevgili kimi görmək o deməkdir ki, real həyatda bir-birinizə ürəyinizi tam şəkildə açmamısınız. Yuxuda sevgiliniz xoşunuza gəlməyibsə, bu o deməkdir ki, heç kim sizə zərər yetirə bilməz. Yuxuda tanımadığınız adamı özünüzlə bir yataqda görmək o deməkdir ki, sizin narazılığınız ətrafınızda olan insanlara narahatlıq gətirəcək. Yuxuda bir neçə məşuqunuz varsa, bu o deməkdir ki, şəxsi həyatınıza təhsil və karyeradan daha çox vaxt ayırmalısınız. Yuxuda yatağınızda hansısa heyvan varsa, onda sizi sonsuz uğur gözləyir.
Tarix: 02.03.2014 / 23:19 Müəllif: Ebulfez Baxılıb: 103 Bölmə: M hərfi