Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuxuda Məktub görmək

Yuxuda sifariş məktubu almaq ortaya çıxan pul probleminin köhnə əlaqələri pozacağına işarədir. Gənc qadın yuxuda sifariş məktubu alıbsa,ona maddi gəliri çox olan iş təklif olunacaq, lakin bu iş nə mənəvi, nə də qanuni cəhətdən məqsədəuyğun olmayacaq; insanlar onu mühakimə edə bilərlər. Yuxuda anonim məktub görmək o deməkdir ki, tanımadığınız adam tərəfindən təhqir olunacaqsınız. Belə məktub yazmaq özünüzdən daha layiqli saydığınız rəqibinizi qısqandığınıza işarədir. Yuxuda xoşagəlməz xəbərlər olan məktub görmək çətinliklər və xəstəliklərə işarədir. Yuxuda məktubda xoş xəbərlər yazılıbsa, həyatınızda müsbət istiqamətdə dəyişikliklər olacaq. Məktubda şəfqətli sözlər yazılıbsa, lakin yaşıl və ya rəngli kağızın üzərində yazılıbsa, sevgidə etinasızlıq və biznesdə uğursuzluğa düçar olacaqsınız, sizi məyusluq gözləyir. Tünd-göy rəngdə mürəkkəb parlaq uğur və əbədi sevgiyə işarədir. Məktubda qırmızı rəng şübhələr və qısqanclığa görə ayrılığa işarədir. Lakin ağılla həərəkət etməyiniz sizi barışdıra bilər. Gənc qadın yuxuda sevgilisindən aldığı məktubu gizlədibsə, bu rəqibinə görə keçirəcəyi həyəcanlara işarədir. Yuxuda aldığınız məktubu oxuya bilməmisinizsə, işlərinizdə nəsə itirəcəksiniz. Məktub demək olar ki, həmişə kədər gətirir. Əgər məktubunuz ələ keçibsə, sizi sevməyən xain adamlar sizə şər atmağa çalışacaqlar. Yuxuda yoldaşınız və ya sevgilinizə gələn məktubu oğurramaq istəmisinizsə, həyatda nalayiq maraqlarınız yaranacaq. Yuxuda matəm çərçivəsi ilə yazılmış məktub görmək xəstəlik və qohumunuzun ölümünə işarədir. Yuxuda qara kağızın üzərində ağ mürəkkəblə yazılmış məktub görmək ümidsizliyə qapılacağınıza, lakin dostlarınızın sizə kömək edəcəyinə işarədir. Ər və arvad yuxuda bir-birlərinə məktub göndərirlərsə, bu, sevgidə ayrılıq və evlilikdə boşanmaya işarədir. Yuxuda məktub yazırsınızsa, şübhələndiyiniz kimisə tələsik ittiham edərək, tezliklə bundan peşman olacaqsınız. Cırılmış məktub o deməkdir ki, bağışlanılmaz səhvlər adınıza, etibarınıza xələl gətirə bilər.


Tarix: 02.03.2014 / 22:55 Müəllif: Ebulfez Baxılıb: 178 Bölmə: M hərfi
loading...