MEYVƏ
Röyada meyvə ağacı görmək-hamı üçün ürəkaçan bir iş görməyə, sərvətin və etibarın yüksələcəyinə işarə sayılır. Bu röya bütün meyvələr üçün eyni şəkildə yozulur. Yuxuda dadlı meyvə görmək-ruzini , mənfəəti və faydalı elmi ifadə edir. Köhnə meyvə yemək də ruziyə və elmə yozulur. Gözəl və xoş ətirli meyvələr olan bir ziyafətdə iştirak etmək, ancaq hec birinə əl vurmamaq-xeyrə əlamətdir. Yetişməmiş, kal meyvə-tələsik, düşünülməmiş bir hərəkətdən ortaya çıxacaq təhlükəyə; dəymiş meyvə-gecikməniz ucbatından işinizin tərs gedəcəyinə işarədir. Yuxuda görülən meyvənin rəngi solğun olarsa, xəyanət üzündən ziyana uğrayacaqsınız.
Tarix: 03.03.2014 / 21:33 Müəllif: Ebulfez Baxılıb: 102 Bölmə: M hərfi
loading...