Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikası vətəndaşlarının konstitusiya hüququ olan istirahət hüququnun qanunvericiliklə təmin edilməsi məqsədi ilə bu Qanun işçilərin normal istirahəti, əmək qabiliyyətinin möhkəmləndirilməsi, sağlamlığının mühafizəsi və bərpası, uşaqlarının tərbiyəsi və fizioloji tələbatının təmin edilməsi, həmçinin vətəndaşların təhsil hüququnun həyata keçirilməsi üçün məzuniyyətlərdən istifadə hüququnu və qaydasını tənzimləyir.
Qanun Beynəlxalq Əmək Təşkilatının Konvensiyalarına uyğun olaraq, bütün növ Məzuniyyətlərin minimum müddətlərini müəyyən etməklə yanaşı, kollektiv müqavilələrin (sazişlərin) və ya əmək müqavilələrinin (bağlaşmalarının) şərtlərinə əsasən işverənlərə həmkarlar ittifaqları və ya əmək, sosial, iqtisadi hüquqlarının müdafiəsi üçün işçilərin birləşdikləri digər nümayəndəli təşkilat (bundan sonra “həmkarlar ittifaqı” adlanacaq) ilə birlikdə işçilərin məzuniyyət hüquqlarını qanunvericilikdə nəzərdə tutulan. müddəalara nisbətən genişləndirmək səlahiyyətlərini təsbit edir.


Tarix: 06.07.2014 / 13:47 Müəllif: ADMIN Baxılıb: 160 Bölmə: Məzuniyyətlər haqqında qanun
loading...