Məzuniyyətlər haqqında qanun → II f ə s i l
ƏMƏK MƏZUNİYYƏTİ
Maddə 5. Əmək məzuniyyəti anlayışı
Əmək məzuniyyəti işverənlə əmək münasibətlərində olan işçinin əməyinin və istehsalın xarakterinə görə normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi istirahət vaxtıdır.
Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır.
Əmək məzuniyyəti müvafiq vəzifə, peşə, ixtisas üzrə əmək vəzifələrini yerinə yetirən işçilərə verilən illik əsas məzuniyyətdən və istehsalın, əməyin xarakterinə görə verilən əlavə məzuniyyətdən ibarət olub, istər birlikdə, istərsə də ayrılıqda verilə bilər.
Maddə 6. Əsas məzuniyyət və onun müddətləri
Əsas məzuniyyət işçinin əmək müqaviləsində Ardı »