Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

cox ibretli ve tesirli

Gənc iş adamı yeni " Yaquar " ı ilə
bir küçədən sürətlə keçirdi. Birdən
gözünə nə isə sataşdı. Qeyri-
ixtiyari sürətini azaltdı. Bu vaxt
maşınının qapısına nə isə
dəydiyini hiss etdi. Maşını saxladı. Bu balaca bir daş idi. Daşın atıldığı
tərəfə baxdı. Qarşısına balaca bir
uşaq dayanmışdı.
Özünü saxlaya bilməyib
qışqırmağa başladı: "Sən kimsən?
Bu daşı niyə atdın? Sənin atdığın bu daşın mənə neçəyə başa
gələcəyini bilirsənmi? " Uşaq
yalvararaq cavab verdi: "
Bağışlayın, başqa çıxış yolum yox
idi. Əgər daşı atmasaydım, heç kim
mənə maşın saxlamayacaqdı" . Uşaq bir tərəfdən danışır, bir
tərəfdəndə yanağından yaş
süzülürdü. Əli ilə yolun kənarındalı
əlil arabasını göstərdi və: " Böyük
qardaşım arabasından yıxıldı. İndi
onu qaldıra bilmirəm. Xahiş edirəm, mənə kömək edin " , -
dedi. Bu sözlərdən sonra gənc
sanki ayıldı. Yolun kənarına
yıxılmış oğlanı qaldıraraq, yenidən
arabasına oturmağa kömək etdi.
Dəsmalı ilə üst-başını təmizlədi. Uşaq: " Allah razı olsun " , -
deyərək təşəkkür etdi və arabanı
sürərək evlərinə tərəf getməyə
başladı. Gənc bir xeyli uşağın
arasınca baxdı. O, maşınına
qayıdana qədər sanki yol xeyli uzanmışdı...
O, maşının qapısındalı əziyi heç
vaxt təmir etdirmədi. Bu əziyi o
gündən bir xatirə kimi saxladı.
Çünki bu hadisə ona həyatda
bəzən ayaq saxlamağı, ətrafa nəzər salmağı və köməyə ehtiyacı
olanlara əl uzatmağı öyrətmişdi... C. Bəyən · 9 Rəy


Tarix: 11.07.2014 / 14:02 Müəllif: _XeYaL_DuNYaM_ Baxılıb: 1318 Bölmə: Ibretamiz Hekayeler
loading...