Ruhi rahatlıq dedikdə, yəni fikrin
və həyatın rahatlığı nəzərdə
tutulur. İslam dininin nəzərinə
görə, ruhi rahatlıq əldə oluna
bilən bir həqiqətdir. Bunun bir
neçə yolları vardır ki, onların
bəzisinə işarə edək.
1. Allahla danışmaq, ünsiyyət
saxlamaq.
İmam Əli (ə) oğlu İmam Həsənə
(ə) yazdığı məktubda buyurur:
“Qəm və qüssəni Allah
dərgahında bəyan et ki,
qəmlərini aradan qaldırsın.
Çətinliklərdə sənə yardım etsin”.
Bizim Allahla söhbət etməyimiz
üçün heç bir məhdudiyyət
yoxdur, nə zaman və nə də
məkan baxımından. Allah Təala -
qüdrət sahibidir və bəndələrinin
Onunla söhbət etməsini sevər.
Ondan yardım istəməsini
xoşlayar. Allah da özünün sonsuz
qüdrəti ilə onlara yardım edər və
qəm və qüssələrini aradan
aparar. Onları ümidvar və şad
edər.
2. Namaz qılmaq.
İmam Əli (ə) namazın qəm və
qüsssəni aradan aparması haqda
buyurur: “O şey ki, mənimlə Allah
arasında rəva edilməyəndir, əgər
yerinə yetirsəm, Allahdan afiyət
istəmək üçün iki rükət namaz
qılmaq möhlətim olsa, məni
qəmgin etməz”.
Namaz qılmaq da Allahla söhbət
etməyin bir növüdür. Bu söhbət
zamanı deyəcəyimiz sözləri Allah
təyin etidiyi üçün, daha yaxşı
nəticə əldə etmiş olarıq. Namaz
insanda özünükontrol hissini
gücləndirər və şadlıq hiss etməyə
bais olar.
3. Sileyi-rəhm.
Mübarək dinimiz sileyi-rəhmi –
qohumlarla rabitəni yaşatmağı
mühüm məsələlərdən hesab
edir.
İmam Əli (ə) qohumlarla əlaqə
saxlamaq haqqında buyurur:
“İnsanın qohumları ən böyük
qrupdur ki, onu himayə edərlər.
İztirab və narahatlığını aradan
apararlar. Müsibət baş verən
zaman ona qarşı ən çox sevgi
göstərən insanlardır”.
4. Hikmətli sözlər axtarışında
olmaq.
İmam Əli (ə) buyurur: “Həqiqətən
bu qəlblər bədənlər kimi qəmgin
olar. Qəlbəri şad etmək üçün
gözəl hikmətli sözlər axtarın”.
Həzrət (ə) başqa yerdə buyurur:
“Alimlərin kəlamları əgər düzgün
olarsa, dərmandır”.
Hikmətli sözlər insana
unutduqlarını xatırladar.
Həqiqətləri gözəl görmək üçün
şərait yaradar. İnsan fitri
cəhətdən həmişə gözəllik ardınca
olur. Ona görə də gözəl hikmətli
sözlər eşidən zaman sözsüz ki,
sevinər və şad olacaqdır. Quran
ən gözəl hikmətli sözlər
toplusudur.
5. Əməl əhli olmaq.
İmam Əli (ə) buyurur: “O kəs ki,
əməldə səhlənkarlıq edər, qəmə
düçar olar”. İnsan istər maddi və
istərsə də mənəvi hədəfinə
çatmaq üçün xüsusi proqrama
malik olmalı və ona əməl
etməlidir. Əməl əhli olmaq insana
xüsusi sevinc bəxş edər. İşsiz
insanlar həmişə iztirab hiss
edərlər. Onların izzəti nəfsi az
olar. Bəzən əsəbi olarlar və bəzən
də laqeyd.
6. Fürsətləri qənimət bilmək.
İmam Əli (ə) İmam Həsənə (ə)
yazdığı məktubda buyurur:
“Fürsət əldən getmımiş, qəm
gətirməmiş, fürsətlərdən istifadə
edin”.
İnsanın əməl proqramını həyata
keçirtməsi bir növ fürsətləri
dəyərləndirməsidir. İnsan
vaxtından düzgün istifadə
edərək, sevinc əldə edər.
Fürsətləri əldən vermək insana
qəm və qüssə gətirər.
Allah Təala bizləri vücudi şad
olanlardan qərar versin!
Tarix: 09.10.2013 / 01:54 Müəllif: 10Dan_S10Ra_S10 Baxılıb: 1450 Bölmə: Ibretamiz Hekayeler