Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Caresiz adam

Bir gün okeanda yol alan bir
gəmi qəzaya düşərək batır.
Gəmidən sağ xilas olan adamı,
dalğalar kiçik, kimsəsiz bir
adaya qədər sürüyür.
Adam ilk günlər özünü
qurtarmasını üçün ALLAHa
yalvardı və kömək taparam
ümidiylə üfüqə baxdı. Amma nə
gələn oldu, nə gedən…
Daha sonra küləkdən, yağışdan
və zərərli heyvanlardan
qorunmaq üçün ağac
budaqlarından və yarpaqlardan
bir daxma etdi. Sahildə tapdığı,
gəmidən arta qalan konserv,
kompas kimi əşyaları bu
daxmaya qoydu.
Günlər həmişə eyni şəkildə
keçirdi. Balıq ovlayır, bişirib
yeyir və üfüqü müşahidə edir,
özünü qurtarması üçün ALLAHa
dua edirdi. Bir gün şirin su
gətirmək üçün yürüyüşə çixdı
və geri döndüyündə daxmasının
alovlar içində yandığını gördü.
Tüstü, rəqs edə edə göyə
yüksəlirdi. Başına gələ biləcək
ən pis şey idi bu.Kədər və hirs
içində dondu qaldı. İndi bu
kimsəsiz adada, başını soxa
biləcəyi bir daxma belə
qalmamışdı. "ALLAHım, bunu
mənə necə edə bildin"? deyə
fəryad etdi. O gecəni kədər və
üzüntü içində keçirdi. O qədər
dua etdiyi halda, başına bu
hadisə gəldiyi üçün ALLAHa
sitəm etdi.
Ertəsi səhər erkən saatlarda,
adaya yaxınlaşmaqda olan bir
gəminin fit səsiylə oyandı!
Əldən düşmüş adam özünü
qurtaranlardan soruşdu
"Mənim burada olduğumu necə
anladınız?"
Cavab onu həm çaşdırdı, həm
də utandırdı:
"Tüstü ilə verdiyiniz işarəni
gördük!"


Tarix: 07.04.2013 / 18:20 Müəllif: A_N_G_E_L Baxılıb: 958 Bölmə: Ibretamiz Hekayeler
loading...