Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Topal oglan

15 yaşlı cavan oğlan avtobusa mindi.
Görəndəki yerlərin hamısı boşdu
sevincinin həddi yox idi. O,
pəncərənin yanında yerini rahatladı.
Axı sona kimi getməli idi. Avtobus
yola düşdü. 20 dəqiqədən sonra
bütün yerlər tutulmuşdu. Oğlan
pəncərədən çölə baxır, musiqi
dinləyirdi. Birdən yaşlı bir qadın onun
çiyinlərinə toxundu:
- Utanmırsan? Sənin yaşda olanda
mən yaşlılara yer verirdim.
Başqalarıda ona qoşuldu - Qoca qadın
ayaq üstə qalıb, bu da necə özünü
saymazyana aparır.
2-3 dəqiqədən sonra bütün avtobusda
olanlar artıq oğlanın üstünə
düşmüşdü. Oğlan buna dözmədi və
dedi:
- Yaxşı mən duracağam amma bu
yerdə, öz sözlərindən utanmayan biri
otursun.
Bu sözlər avtobusdakıları şoka saldı,
onlar lap hiddətləndilər. Oğlan isə
oturacaqların altından qoltuq
ağaclarını çıxardı, əvvəl birini sonra o
birini. Heç kimə bir söz demədən
onlara söykənib dayandı. Hər kəs
susdu. Axı heç kimin ağlına gəlmirdi
ki, belə ola bilər, hətta onun ayağını
bütün yol boyu qəsdən taptalayan
yaşlı qadın, yalnız indi başa düşdü ki,
oğlan niyə reaksiya vermirmiş.
Sonuncu dayanacağa qədər oğlan
sakitcə qoltuq ağaclarına söykənərək
durdu, avtobusdakılarsa susdu.
Oğıana çətin idi, amma bir şey ona
güc verirdi. Onun yeri boş qalmışdı,
orda oturmağa heç kim curət etmədi.


Tarix: 09.10.2013 / 01:54 Müəllif: 10Dan_S10Ra_S10 Baxılıb: 1025 Bölmə: Ibretamiz Hekayeler
loading...