"Yeddi samuray" (yap. 七人の侍) — rejissor Akira Kurosavanın filmi.Mündəricat
1 Məzmun
2 Film haqqında
3 Filmin heyəti
3.1 Filmin üzərində işləyənlər
3.2 Rollarda
Məzmun
Yaponiya, XVI əsrin ikinci yarısı. Bir kəndin sakinləri xəbər tuturlar ki, onların kəndinə köçəri tayfa hücum etmək və arpa ehtiyatlarını götürmək istəyirlər. Onlar 3 kəndlini kəndi qorumaq üçün yalnız yeməyə razı olan samuray tapmağa şəhərə göndərirlər. Çünki kəndlilərin onların haqqını başqa cür ödəməyə imkanıları yox idi. Elçilər təcrübəli döyüşçü Kambey Simadanın oğrunu necə cəzalandırdığının şahidi olurlar. Kəndlilər bu iş haqqında ona danışırlar və Kambey onlara kömək etməyə razılaşır.
Tezliklə Kambey özünə roninlərdən çox da böyük olmayan dəstə düzəldir. Onların arasında eləcə də Kambeyin şagirdi olmaq istəyən gənc samuray Kasusiro Okamoto və özünü samuray kimi qələmə verən, əslində isə sadəcə avara olan Kikutiyo də var.
Dəstə kəndə yollanır. Kəndlilərin həyatını və qorxusunu yaxşı bilən Kikutiyonun sayəsində roninlər yerlilərlə ümumi danışıq dili tapırlar. Onlar kəndlilərə döyüş qaydalarını öyrətməyə başlayırlar, müdafiə xətti qururlar və hətta öz bayraqlarını düzəldirlər. Bu bayraqda Kikutiyo istisna olmaqla 6 əslən samuray dairə və üçbucaq formalarında təsvir olunmuşdur.
Tezliklə quldurların kəşfiyyatçıları peyda olurlar. Kambey və roninlər onları tuta bilirlər. Bundan sonra 7 qəhrəmandan üçü və bir kəndli-bələdçi meşə düşərgəsinə həmlə edərək bir neçə qulduru öldürürlər. Düşmənin seyrəkləşməsinə baxmayaraq, ac döyüşçülər kəndi yemək əvəzində qoruyurlar. Döyüşdə məlum olur ki, quldurların silahı da var və onların bəzilərini samuraylar ələ keçirə bilir.
Kəndə quldurların sonuncu hücumu zamanı samuraylar dəstənin bütün sağ qalmış üzvlərini kəndə buraxıb sonra onları məhv eləyirlər. Sonuncu döyüşdən sonra sağ qalanlar yalnız Kambey, Sitirodzi və Kasusiro olur. Onlar kəndi tərk edirlər. Bu kənddə artıq sülh hökm sürür. Kəndlilərin daha samuraylara ehtiyacı yoxdur.
Film haqqında
“Toho” studiyası bir neçə dəfə bu filmin çəkilişlərini dayandırmaq istəmişdi. Ümumi fikirə görə onu maliyyə uçurumu gözləyirdi. Lakin Kurosavanın inadlı fikri prodüserləri razı salır.
Final səhnəsi atların azlığı üzündən bir neçə dəfə təxirə salınmışdı.
Filmin Yaponiya premyerası 26 aprel 1954-cü ildə olmuşdu.
Film 2 milyon dollarlıq büdcə ilə çəkilmişdir.
Filmin heyəti
Filmin üzərində işləyənlər
Ssenari müəllifləri : Akira Kurosava, Sinobu Hasimoto, Hideo Oquni
Rejissor : Akira Kurosava
Operator : Asakadzu Nakai
Bəstəkar : Fumio Hayasaka
Prodüser : Sodziro Motoki
Rollarda
Takasi Simura – Kambey Simada
Tosiro Mifune – Kikutiyo
Yosio İnaba – Qorobey Katayama
Daysuke Kato – Sitirodzi
Minoru Tiaki – Heyhati Hayasida
İsao Kimura – Kasusiro Okamoto
Seydzi Miyaquti – Kyudzo
Tarix: 23.02.2013 / 16:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 464 Bölmə: Filimler