"Əndəlüs köpəyi" (fr. Un chien Andalou) — rejissor Luis Bunyuelin filmi.Mündəricat
1 Məzmun
2 Film haqqında
3 Filmin heyəti
3.1 Film üzərində işləyənlər
3.2 Rollarda
4 Xarici keçidlər
4.1 Video
4.1.1 İzlə
Məzmun
Filmin başlanğıcında orta yaşlı bir kişi ülgücü itiləyir, eyvana çıxır, bütöv olan aya baxır. Sonra isə o, həmin ülgüclə kresloda əyləşmiş qızın gözünü kəsir. Elə bu zaman da nazik buludlar ayın dairəsini kəsib keçir.
Daha sonra ekranda ortasında deşik olan əl görünür. Həmin deşikdən qarışqalar çıxır. Sonra isə kişinin özü ilə üstündə ulaq ölüsü və iki keşiş bağlanmış iki royalı çəkib aparması, bir adamın o birinə atəş açması, qadın və kəsilmiş əl və s. göstərilir. Bütün bu obrazlar filmin sonuna qədər anlaşılmaz, qeyri-müəyyən və açılmamış şəkildə qalır.
Film haqqında
1960-cı ildə Luis Bunyuel səssiz filmə saundtrek əlavə etdi. Bu saundtrek Vaqnerin "Tristan və İzolda" operasından idi. Daxil edilən növbəti musiqi isə iki Argentina tanqosu idi. Rejissorun filmə niyə bu musiqini də əlavə etməsinin səbəbi filmin premyerasında elə bu tanqonun qrammafon vasitəsilə ifa olunması idi.
Luis Bunyuelin bundan sonrakı "Qızıl əsr" filmi (1930) üslub baxımından "Əndəlüs köpəyi"nin davamı hesab olunur.
Filmin heyəti
Film üzərində işləyənlər
Ssenari müəllifləri : Salvador Dali, Luis Bunyuel
Rejissor : Luis Bunyuel
Operator : Albert Duverqer
Bəstəkar : Rixard Vaqner
Rollarda
Simona Mareyl – qız
Pyer Batçeff – kişi
Salvador Dali – keşiş
Luis Bunyuel – proloqdakı kişi
Tarix: 22.02.2013 / 20:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 229 Bölmə: Filimler