Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qətl! (film, 1930)

"Qətl!" (ing. Murder!) — rejissor Alfred Hiçkokun filmi.Mündəricat
1 Məzmun
2 Film haqqında
3 Filmin heyəti
3.1 Film üzərində işləyənlər
3.2 Rollarda
4 İstinadlar


Məzmun

Dram teatrının aktrisası Ednanın vəhşicəsinə qətlində onun rəfiqəsi aktrisa Diana Barinq şübhəli bilinir. Bütün dəlillər onun əleyhinədir. Qurbanın meyiti Diananın oturduğu otaqdadır, onun yanında qətl aləti atəşkeş olub, Diananın paltarı qana bulaşıb, stolun üstündə isə tamamilə boş brendi butulkası var. Ev sahibəsinin sözlərinə görə cinayət baş verən yerdən yüksək qadın səslərindən başqa heç nə eşidilmirdi. Şübhəli şəxs isə istintaqa dönə-dönə təkrar edir ki, əslində Ednanın yanına söhbət üçün gəlmişdi. Lakin etdikləri söhbətin böyük hissəsini xatırlaya bilmir. İstintaq güman edir ki, Diana bu qətli brendinin təsiri altında, şəxsi ədavət və ondan daha uğurlu çıxış edən aktrisaya yersiz paxıllıq şəraitində törədib. Vəkillərin müşavirəsində cəmi üç səs onun günahsız olduğunu göstərdi. Onun günahsız olduğunu düşünənlər arasında tanınmış aktyor Con Menyer də var idi. Lakin müzakirənin ümumi əhval-ruhiyyəsi ona təsir edir. O da ittihamedici qərar verir. Diananı dar ağacı gözləyir. Lakin Conun şübhələri onu, cinayətin mühüm səbəblərinin axtarışına çıxmağa məcbur edir. Bu işdə onun köməyinə böyük Şekspir və teatr gəlir.

Film haqqında
Aktyor Herbert Marşallın səsli kinoda ilk rolu məhz bu filmdə olmuşdur [1].

Filmin heyəti

Film üzərində işləyənlər
Əsərin müəllifləri : Klemens Deyn, Helen Simpson
Ssenari müəllifləri : Alfred Hiçkok, Alma Revill, Uolter Maykroft
Rejissor : Alfred Hiçkok
Operator : Cek Koks
Bəstəkar : Con Reynders
Prodüser : Con Maksvell

Rollarda
Herbert Marşall – Con Menye
Nora Barinq – Diana Barinq
Fillis Konstem – Dusi Markhem
Edvard Çapmen – Ted Markhem
Esmi Persi – Hendel Feyn
Maylz Mender – Qordon Drüs
Donald Koltrop – Ayon Stüart


Tarix: 22.02.2013 / 20:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 199 Bölmə: Filimler
loading...