"Qafqaz əsiri və ya Şurikin yeni macəraları" (rus. Кавказская пленница, или Новые приключения Шурика) — rejissor Leonid Qaydayın filmi.Mündəricat
1 Məzmun
2 Film haqqında
3 Filmin istehsalı haqqında
4 Filmin heyəti
4.1 Film üzərində işləyənlər
4.2 Rollarda
4.3 Şəkillər
Məzmun
Əvvəllər ""I" əməliyyatı və Şurikin başqa macəraları" filmindən tanıdığımız mehriban və sadəlövh folklorist Şurik Politexnik institutunun tələbəsi kimi müxtəlif qədimi nağıllar, əfsanələr, sağlıqlar öyrənmək üçün Qafqaza gəlir.
Birdən yolda Şurikin ulağının tərsliyi tutur və getmək istəmir. Onun yanında durmuş sürücü Edikin idarə etdiyi yük maşını da sahibini yolda qoyub...
Birdən həmin yoldan Nina adlı qız keçir. Dərhal həm ulaq, həm də maşın hərəkətə gəlib onun ardınca gedir. Həmin Nina gözəl, komsomol, idmançı, və pedaqoji institutun tələbəsidir. Onun dayısı Cəbrayıl raykomxozun müdiri Saaxovun sürücüsüdür. Saaxovun Ninadan xoşu gəlir və onu açıq VVAQ-a dəvət edir.
Bu zaman "həddindən artıq sağlıq öyrənən" Şurik sərxoş halda açıq VVAQ-a daxil olur və təntənəli açılışı korlayır. Lakin Saaxov polisə bunun nəyə görə belə alındığını izah edir. Daha sonra Nina ilə evlənmək qərarına gəlir. Bunun üçün onlar Cəbrayılla razılığa gəlirlər: Saaxov Cəbrayıla 20 qoyun və soyuducu boyun olur. Ninanınsa razılığı alınmır və buna görə də onu Qorxaq, Axmaq və Çoxbilmiş qaçırmalıdırlar...
Amma bu üç nəfər Ninanı həmişə Şuriklə birlikdə görürlər və onu qaçırmaq mümkün olmur. Üçlük bu işdən imtina etmək istəyərkən Saaxovun ağlına yeni bir fikir gəlir: Ninanı Şurikin özünün köməyilə qaçırmaq! Cəbrayıl restoranda Şuriklə danışır. Və Şurik özünün qədim xalq adəti olan "gəlinin qaçırılması"nda iştirakına razılıq verir.
Nina turist düşərgəsində yatarkən Şurik onunla vidalaşır və onu qaçıraraq Qorxaq, Axmaq və Çoxbilmişə təhvil verir. Onlar da qızı Saaxovun bağına aparırlar. Tezliklə Şurik bunun adət-ənənə olmadığını öyrənir və aldadıldığını başa düşür. Polisə qaçarkən yolda Saaxova rast gəlir. Saaxov polisin Şuriki həbs edə biləcəyini deyir və birbaşa prokurorun yanına getməyi təklif edir. Onlar gedirlər. Qapının ağrında Şurikə şərab təklif edirlər. Saaxov psixiatrik xəstəxananın həkimlərini çağırır və onlar sərxoş Şuriki tutub aparırlar.
Bu zaman Qorxaq, Axmaq və Çoxbilmiş Ninanı Saaxovun bağında bağlı otaqda saxlayırlar. Nina qaçmaq istəsə də bunun qeyri-mümkün olduğunu anlayır. Bir qədər sonra Saaxov gəlir və Nina olan otağa keçmək istəyir. Lakin Nina onu qəbul etmir. Beləcə, Cəbrayıl və Saaxov qızı yenidən "üçlük"lə bərabər qoyub gedirlər.
Psixiatrik xəstəxanada Şurik Ninanın Saaxov tərəfindən oğurlandığını anlayır və xəstəxanadan qaçmağa müvəffəq olur. Bu zaman "köhnə dostu" Ediklə qarşılaşır. Onlar birlikdə Saaxovgilə gedirlər. Onlar həkim paltarı geyib Qorxaq, Axmaq və Çoxbilmişə peyvənd vurmağa gəlirlər. Bu "peyvənd" əslində yuxu dərmanı idi.
Şurik Ninanın otağına qalxır. Nina Şuriki onu qaçıranlardan biri sayıb məcməyi ilə onu vurur. Və oradan qaçmağa müvəffəq olur. Uzun çək-çevirdən sonra Qorxaq, Axmaq və Çoxbilmiş Ninanı yenidən tuturlar. Lakin onlara vurulan yuxu dərmanı öz işini görməyə başlayır. Şurik Ninanı yatmış sürücülərin əlindən xilas edir... Saaxov gecə öz bağında olarkən Nina, Şurik və Edik ora gəlirlər. Saaxovu hədələyərkən o, özünü pəncərədən çölə atır. Edik duz doldurulmuş tüfənglə onu vurur.
Filmin sonu məhkəmə səhnəsi və daha sonra da Şurikin Ninanı avtobusla yola salması ilə bitir. Şurik isə həmin avtobusun ardınca öz ulağı ilə yeni macəralara doğru gedir...
Film haqqında
Film Şurikin ulaqda şosse ilə getməsi ilə başlayır. Əslində isə bu kadrın çəkilişi üçün Krımda 3 ulaq icarəyə götürülmüşdü. Heyvanın dayandığı və Nina gəlməyincə getmək istəmədiyi səhnəni çəkmək əslində belə mümkün olmuşdu: çəkilişdə ulağın üstünə yığcam, lakin olduqca ağır yük yığılmışdı. Əgər ulağın üstünə onun apara biləcəyindən bir neçə kiloqram ağır yük qoyularsa, heyvan heç yerə getməyəcək.
Filmin istehsalı haqqında
""I" əməliyyatı və Şurikin başqa macəraları" filminin məşhurlaşdığını görən ssenari müəllifləri Yakov Kostyukovski və Moris Slobodskoy 15 iyun 1965-ci ildə "Mosfilm" kinostudiyasına bu filmin ardının çəkilməsi ilə bağlı ərizə yazırlar.
Yeni filmin ssenarisi "Şurik dağlarda" adlanırdı və 2 hissədən ibarət idi. Birinci hissə "Qafqaz əsiri", ikinci hissə isə "Qar adam və başqaları" idi.
Filmin heyəti
Film üzərində işləyənlər
Ssenari müəllifləri : Yakov Kostyukovski, Moris Slobodskoy, Leonid Qayday
Quruluşçu rejissor : Leonid Qayday
Operator : Konstantin Brovin
Rəssam : Vladimir Kaplunovski
Bəstəkar : Aleksandr Zasepin
Mahnı ifa edən : Aida Vedişşeva ("Ayılar haqqında mahnı)
Rollarda
Aleksandr Demyanenko – Şurik
Nataliya Varley – Nina
Vladimir Etuş – Saaxov
Georgi Vitsin – Qorxaq
Yuri Nikulin – Axmaq
Yevgeni Morqunov – Çoxbilmiş
Ruslan Əhmətov – Edik
Mixail Qluzski – mehmanxana müdiri
Nina Qrebeşkova – həkim
Pyotr Repnin
Emmanuil Geller
Leonid Dövlətov – hakim"Qafqaz əsiri və ya Şurikin yeni macəraları" (rus. Кавказская пленница, или Новые приключения Шурика) — rejissor Leonid Qaydayın filmi.Mündəricat

Leonid Dövlətov – hakim
Tarix: 22.02.2013 / 20:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1558 Bölmə: Filimler