Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ötən ilin son gecəsi (film, 1983)

Məzmun
Film anaya, evin ocağını sönməyə qoymayan, əmin-amanlıq və sakitliyi qoruyan qadına həsr olunmuşdur. Bu, qadın filmidir. Burada ideyalar, ab-hava, hisslər atılan addımların məntiqi davamı ilə bağlıdır. Obrazlar qalereyası: ana, övladları-Gülarə(Mayya İsgəndərova), Dilarə(Ayan Mirqasımova), Rüstəm(Kamil Zöhrabov), Tofiq(Elman Allahverdiyev)-onların hamısı spesifik qadın problemləri ilə bağlıdırlar. Uşaqlar böyüyür, hərə bir tərəfə çıxıb gedir, analar isə tək qalırlar. Bəlkə buna görə uşaqlarını artıq neçə illərdir ki, atasız böyüdən Həmidə xanım(Elmira Şabanova) yeni il gecəsi öz taleyi haqqında belə səmimi söhbət açır...

Film haqqında
Psixoloji film yazıçı Anarın eyniadlı pyesi əsasında ekranlaşdırılmışdır.
Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.
Filmdə hadisələr yeni il ərəfəsində baş versə də bir çox səhnələr, məsələn, filmin başlanğıcındakı ilk səhnə avqust ayında çəkilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər
Əsərin müəllifi : Anar
Ssenari müəllifi : Anar
Quruluşçu rejissor : Gülbəniz Əzimzadə
Quruluşçu operator : Valeri Kərimov
Quruluşçu rəssam : Mayis Ağabəyov
Bəstəkar : Aqşin Əlizadə
Səs operatoru : Akif Nuriyev
Rejissor : Rafiq Dadaşov
Geyim rəssamı : Nailə Cəfərova
Qrim rəssamı : L. Kuznetsova
Montaj edən : Lidiya Vyalsova
Rejissor assistenti : A. Əliyev, E. Seyidov, Fuad Şabanov
Montaj üzrə assistent : Ş. Əzimova
Operator assistenti : A. Məmmədov, V. Romanov
Rəssam assistenti : Adil Azayev
Quraşdırılmış səhnələrin operatoru : Ramiz Babayev
Quraşdırılmış səhnələrin rəssamı : Eduard Abdullayev
İşıq Ustası : Niyazi Zeynalov
Çalır : İnstrumental Ansambl
Ansamblın Rəhbəri : Rafiq Babayev
Mahnıların Mətni : Mənsur Vəkilov
Musiqi redaktoru : Rauf Əliyev(R. Əliyev kimi)
Redaktor : Toğrul Cuvarlı
İnzibatçı : A. Əliyev, M. İsmayılov
Filmin direktoru : Rimma Abdullayeva
İşıqçı : Orxan Fikrətoğlu(titrlərdə yoxdur)

Rollarda
Elmira Şabanova-Həmidə
Kamil Zöhrabov-Rüstəm
Mayya İsgəndərova-Gülarə
Ayan Mirqasımova-Dilarə
Elman Allahverdiyev-Tofiq
Şahmar Ələkbərov-Qəzənfər
Rafiq Əliyev (II)-Süleyman
Sofa Bəsirzadə-Səkinə
Dadaş Kazımov-Poçtalyon
Leyla Rəsulova-Kəmalə
Rəşad Əsgərov-Çingiz
Murad Babayev-Şamil
Zaur Cəbiyev-Vaqif
İzulət Ələkbərova
Ləman Ələkbərova
Ağaxan Salmanov
T. Məmmədov
Gülşən Qurbanova
Toğrul Cuvarlı
Günel Rzayeva
Murad Dadaşov (III)
Aynur Həsənova
Yusif Səfərov
Fəridə Axundova

Seçilmiş sitatlar

Həmidə xanım: İndi Rüstəm gəlsin, bir şahmat oynayın!
Süleyman: Bəli də, bu basabasda bir şahmat çempionatı çatmırdı!


Tarix: 16.02.2013 / 19:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 442 Bölmə: Filimler
loading...