Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Brilyant əl (film, 1968)

"Brilyant əl" (rus. Бриллиантовая рука) — rejissor Leonid Qaydayın filmi.Mündəricat
1 Məzmun
2 Film haqqında
3 Filmin heyəti
3.1 Filmin üzərində işləyənlər
3.2 Rollarda


Məzmun

Kollektivdə ən ciddi işçilərdən olan Semyon Semyonoviç Qorbunkov laynerdə xarici ölkələrdən birinə turist səfərinə gedir. Şərq ölkəsinə səfər zamanı o, təsadüfən sürüşərək qolunu əzir. Yıxılan zaman dediyi "Lənət şeytana" sözü, sən demə, qaçaqmalçıların parolu imiş. Beləliklə, onu tez gətirib qoluna gipslə qızıl və brilyantlar bağlayırlar. Bu zaman Semyon bir anlıq özünə gəlir və bu xəzinənin şahidi olur. Əsl qaçaqmalçı Geşa isə əslində, Qorbunkovun getdiyi gəmidə qonşu koyutdadır. Kontrabandaçılara hər şey aydın olandan sonra onlar elə bilirlər ki, Qorbunkovun qaçaqmaldan xəbəri yoxdur. Lakin Semyon Semyonoviç bütün olanları polisə xəbər verir.

Film haqqında
Film Sovet kinosu tarixində komediya janrında çəkilmiş ən məşhur ekran əsərlərindən biridir.

Filmin heyəti

Filmin üzərində işləyənlər
Ssenari müəllifləri: Moris Slobodskoy, Yakov Kostyukovski, Leonid Qayday
Rejissor: Leonid Qayday
Operator: İqor Çernıx
Rəssam: Feliks Yasyukeviç
Bəstəkar: Aleksandr Zasepin

Rollarda
Yuri Nikulin – Semyon Qorbunkov
Anatoli Papanov – şefin köməkçisi
Andrey Mironov – Geşa
Nina Qrebeşkova – Nadya
Nonna Mordyukova – Varvara Plyüş
Svetlana Svetliçnaya – Anna Sergeyevna
Stanislav Çekan – Mixail İvanoviç
Vladimir Qulyayev – Volodya
Yevgeniya Melnikova – Mariya Nikolayevna
Andrey Fayt
Nikolay Romanov – şef
Qriqori Şpigel – İstanbuldakı qaçaqmalçı
Leonid Kanevski – İstanbuldakı qaçaqmalçı
Leonid Qayday – sərxoş (epizod)


Tarix: 21.02.2013 / 20:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 329 Bölmə: Filimler
loading...