Ağ Saray (ing. White Palace) — Qlen Seyvenin əsəri əsasında ekranlaşdırılmış bədii film. Yaşı 16-dan az olan uşaqlara və yeniyetmələrə filmi izləmək məsləhət görülmür.
Məzmun
Maks 27 yaşlı varlı yəhudi ailəsinə mənsub bir gəncdir. Arvadını avtomobil qəzasında itirəndən bəri dünyadan əlini üzmüşdür. Belə bir məqamda bir gecə 43 yaşlı ofisiant qadın Norayla tanış olduqdan sonra onun həyatı dəyişir. Gün keçdikcə o bu qadına özünü daha yaxın hiss etməyə başlayır. Lakin onların arasında böyük sədlər vardır. Bu təkcə yaş səddi deyil. Kübar cəmiyyətə mənsub olan Maksın ailəsinin belə bir qadını qəbul etmələri mümkün deyil. Ona görə Maks Nora ilə münasibətlərini ailəsindən gizləməyə məcbur olur.
Rollarda
Syuzan Sarandon-Nora Beyker
Ceyms Spayder-Maks Baron
Ceyson Aleksandr-Nil
Keyti Beyts-Rozmari
Aylin Brenan-Cyudi
Stiven Hil-Sol Horovitz
Reyçel Çaqal-Reyçel
Kori Parker-Lari Klyuqman
Rene Teylor-Edit Baron
Conatan Pener-Marv Miller
Barbara Hovard-Şeri Klyuqman
Kim Mayers-Haydi Solomon
Mitzi Makkal-Sofi Rozen
Tarix: 21.02.2013 / 19:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 182 Bölmə: Filimler