Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şoker (film, 1989)

Şoker (ing. Shocker) — 1989-cu ildə Qara komediya və Qorxulu filmlər janrlarında çəkilən ABŞ filmlərindən biridir. Filmin B filmləri (az büdcəli) siyahısına daxil olmasına baxmayaraq öz məşhurluğu ilə seçilir. Filmin rejissoru və ssenaristi məşhur ABŞ rejissoru Ues Kreyvendir.[1][2] Filmin sonundakı döyüş səhnəsi "Qara komediya" janrında çəkilib. Filmin digər adı "Ues Kreyvenin Şokeri" kimi səslənir.Mündəricat
1 Məzmun
2 Rollarda
3 Film heyətləri
4 Saundtrek
5 İstehsalı
6 Maraqlı faktlar
7 İstinadlar
8 Xarici keçidlər


Məzmun

Xəbərdarlıq: Yazının davamı, məqalənin məzmunu haqqında ətraflı məlumat ehtiva etməkdədir.

ABŞ, Los Anceles. Cavan futbolçu Conatan Parker Amerikan futbolunda aldığı beyin zədəsindən sonra gecələr qəribə yuxular görməyə başlayır. Conatan yuxuda Horas Pinker adlı manyakın özgə bir ailəni necə öldürdüyünü görür. O, polislərin diqqətini cəlb edir və polislər ilə manyakın axtarışına başlayır. Lakin bir müddət keçdikdən sonra manyakın hədəfi Conatanın ailəsi olur. İlk hədəfi isə Conatanın nişanlısı olur. Horas Conatanın nişanlısını ad günündə öldürür. Nişanlısı dəfn edildikdən sonra Conatan yuxularında nişanlısının ruhunu görür. Conatan Horasdan intiqam almaq niyyətindədir. Bu hadisədən sonra Conatan və atası Don Parker manyakın izinə düşürlər. Lakin nə Conatan, nə də atası Don başa düşürlər ki, manyak Horası tutmaq elə də asan olmayacaq. Nəhayət, Horas elektrik stuluna məhkum etdildikdən sonra ölür. Lakin elektrik stuluna məhkum edilməmişdən əvvəl elə edir ki, öldükdən sonra onun ruhu daima yaşasın.

Öldükdən sonra Horasın ruhu yanında dayanan qızın içinə girir. Bundan heç kəs xəbər tutmur. Onu maşında apararkən, qəflətən detektivlərə hücum edir. Bu zaman qəza baş verir. Qəzada detektivlərin hər ikisi ölür. Lakin Horas ruh olduğuna görə ona heç nə olmur. Horas bunun ardınca maşındakı detektivlərdən birinin içinə girərək, Conatanın evinə gəlir. Detektivin içindəki Horas Conatanı səsləməyə başlayır. Conatan isə televizorda onu səsləyən detektivin ölüm xəbərini eşidir. Conatan qaçmağa başlayır. Bu zaman onu Horas təqib etməyə başlayır. CHoras Conatanın yaxın qaradərili dostunu öldürür. Hətta onun atasının belə bədəninə daxil olur. Lakin Conatan atasını onun ruhundan xilas etməyi bacarır. Bu hadisədə baş verdikdən sonra Conatan yoldaşları ilə Horası təqib etməyə başlayır. Sonda Conatan onunla üz-üzə gəlir. Horas onunla televiziya kanallarında vuruşmağa başlayır. Conatan televizordan çıxdıqdan sonra onu televizorun içində saxlayır və elektriki söndürür. Horasın ruhu televizorun içində qalaraq ölür. Beləcə, Conatan öz nişanlısının intiqamını almış olur.

Xəbərdarlığın sonu.

RollardaPiter Berq: Conatan Parker
Miç Pileci: Horas Pinker
Maykl Mörfi: Leytenant Don Parker (Conatanın atası)
Sem Skarber: Kuper
Riçard Bruks: Rino
Kamill Kuper: Elison (Conatanın nişanlısı)
Ted Reymi: Pak-Men
Con Teş: TV diktoru
Cessika Kreyven: Horasın qurbanı kimi
Emili Samuel: Salli
Keyt Antoni-Lubou-Bellami: Futbol oyunçusu
Xizer Lancenkamp: Viktim
Virciniya Morris: Dayana
Conatan Parker: Qaçan adam
Ues Kreyven: Qonşu


Film heyətləriRejissor: Ues Kreyven
Prodüser: Marianna Maddalena
Ssenari müəllifi: Ues Kreyven
Bəstəkar: Maykl Bryus, Elis Kuper, Uilyam Qoldşteyn
Kostyum: Isis Mussenden
Operator: Mark Alberq, Jain Haitkin
Rəssam: Jain Haitkin
Montaj: Endi Blumental


Saundtrek

"Şoker" filminin saundtrek afişasıTrack listing
№AdıArtistMüddəti
1.«Shocker»The Dudes Of Wrath3:58
2.«Love Transfusion»Iggy Pop4:22
3.«No More Mr.Nice Guy»Megadeth3:02
4.«Sword and Stone»Bonfire3:57
5.«Timeless Love»Saraya4:08
6.«Shockdance»The Dudes Of Wrath4:31
7.«Demon Bell ((the ballad of horace pinker)»Dangerous


Tarix: 18.02.2013 / 20:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 484 Bölmə: Filimler
loading...