Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ümid (film, 1995)

Məzmun
Azərbaycan torpağında, Qarabağda müharibə gedir. Bu müharibədə öz Vətənini erməni işğalçılarından müdafiə etməyə getmiş xalqımızın ən yaxşı oğulları şikəst olur, həlak olur, itkin düşürlər...
Adı bəlli olmayan adi bir əsgərin qəhrəmanlıq rəmzinə çevrilməsi filmin əsas süjet xəttini təşkil edir. Filmdə o adamlardan bəhs olunur ki, müharibə onların taleyini şikəst edib. Filmdəki hadisələr cəbhə xəttində deyil, Bakıda hərbi xəstəxanada bir sutka ərzində cərəyan edir. Müəlliflər burada mənəvi problemlərə toxunmuşlar. Filmin adından da göründüyü kimi, müəlliflər demək istəmişlər ki, xalq başının üstünü almış bəlalardan qurtarmaq üçün özündə qüvvə tapacaq, hər cür çətinlikləri dəf edəcəkdir.

Film haqqında
Film Rövşən Almuradlı və Elman Şeydayevin "Doğma" povestinin motivləri əsasında çəkilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər(titrlərdəki sıraya görə)
Əsərin Müəllifi : Rövşən Almuradlı, Elman Şeydayev
Ssenari müəllifi : Orxan Fikrətoğlu
Quruluşçu rejissor : Gülbəniz Əzimzadə
Quruluşçu operator : Rafiq Quliyev, Mixail Xarçenko
Quruluşçu rəssam : Mayis Ağabəyov
Geyim rəssamı : Vaqif Mustafayev (II)
Bəstəkar : Aydın Əzim Kərimoğlu
Səs operatoru : Tatyana Kərimova
Montaj edən : Tamara Nərimanbəyova
Filmin direktoru : Akif Musayev
Rejissor : Süleyman Əhmədov, Elşən Məmmədov
Operator : Zaur Məmmədov
Qrim rəssamı : Telman Yunusov
Fotoqraf-Rəssam : Fərhad Behbudov
İşıq Ustası : Akif Rəhimov
Rejissor assistenti : Atəş Davudov
Operator assistenti : Nizami Səfərov
Rəssam assistenti : Xalidə Ağacanlı, Elyaz Səfərov
İnzibatçı : Faiq Qasımov (III), Faiq Babayev, Rafiq Musayev, Mahir Qafarov
Redaktor : Dinarə Gərəkməzli
Çalır : İnstrumental Heyətlər
Məsləhətçi : Rüfət Əmirov (polkovnik), Etibar Bektaşi (tibb elmləri namizədi)

Rollarda
Məmmədkamal Kazımov-Qoca
Məmməd Səfa-Qardaşını axtaran
Muxtar İbadov-Papaqlı kişi
Şükufə Yusupova-Ana
Ulduz Kazımova
Əminə Yusifqızı-Baş həkim
Fuad Poladov-Cəbhə hərbi həkimi
Ramiz Məlikov
Qalina Quseva-Rus qadın
Ramiz Novruzov-Molla
Mehriban Zəki-Jurnalist qız
Məfkurə Məhərrəmova-Həkim
Samir Ələsgərov
Aslan Şirinov
Aqil Quliyev-Kor əsgər
Rafiq Əliyev (II)-natiq
Süleyman Əhmədov-Qapıçı
Kazım Həsənquliyev-Xəstə əsgər
Elşən Məmmədov
Toğrul Eminov
S. Əliyeva
Kamran Şahmərdanov
Heybət Heybətov
K. Məhərrəmova
A. Davdiyev
Mahir Qafarov
T. Qafarov
S. Qafarov


Tarix: 17.02.2013 / 17:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 407 Bölmə: Filimler
loading...