Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Düyün (film, 2008)

Məzmun

Filmin qəhrəmanı 15 ildir atasını görmür. Ölüm ayağında olan atası ilə vidalaşmaq üçün ailəsini götürüb ucqar kəndlərinə tələsir. Uşaq ikən belə atası ilə ünsiyyəti az olan qəhrəman vidalaşmaq üçün yetişə bilmir, ancaq dəfnə çatır. Atasının vəfatından psixoloji şok keçirən qəhrəman bunun nəticəsində etiraflarını dilə gətirir, katarsis keçirir, mənəvi saflaşır.

Beləcə, filmdə ümumbəşəri atalar və övladlar probleminə toxunulur.

Film haqqında
Film Asif Rüstəmovun "Albalı" hekayəsi əsasında çəkilmişdir.
Film poetik ovqat filmidir. Sözdən çox təsvirə üstünlük verilib. Geniş – ümumi çəkiliş planları üstünlük təşkil edir. Rejissor filmdə soyuq müşahidə manerası üslubunda işləyib.
Filmdə səslənən musiqiləri solistlər ansamblı ifa edir.
Filmin layihəsi Mədəniyyət və Turizm Nazirliyinin "Bu meydan, bu ekran" müsabiqəsinin 5 qalibindən biri olub (2007).
Filmi İsveç TV kanalı alıb.

Festivallar və mükafatlar
1) 2008-ci ildə Düşənbədə (Tacikistan) Didor-2008 III Beynəlxalq Kinofestivalı
Ən yaxşı qısametrajlı film kimi Qran-priyə layiq görülmüşdür.
2) 2008-ci ildə Düşənbədə (Tacikistan) Didor-2008 III Beynəlxalq Kinofestivalı
Ən yaxşı musiqi həllinə görə bəstəkar Xəyyam Mirzəzadəyə verilmişdir.
3) 2008-ci ildə Tehranda (İran) Rahmat International Film Festival
Ən yaxşı bədii film adına layiq görülmüşdür.
4) 2010-cu ildə Gibarada (Kuba) VIII International Festival del Cine Pobre
Jürinin xüsusi mükafatına (Mención especial del jurado) layiq görülmüşdür.

Filmin heyəti

Film üzərində işləyənlər
Əsərin müəllifi : Asif Rüstəmov
Ssenari müəllifi : Ramiz Fətəliyev, Asif Rüstəmov
Quruluşçu rejissor : Əli İsa Cabbarov
Quruluşçu operator : Adil Abbasov
Quruluşçu rəssam : Əziz Məmmədov
Rejissor : Çingiz Həsənov
Bəstəkar : Xəyyam Mirzəzadə
Dirijor : Fəxrəddin Kərimov
Səs rejissoru : Teymur Abdullayev
Səs operatoru : Elxan Rüstəmov
Qrim rəssamı : Elbrus Vahidov
Montaj : Asif Rüstəmov
Tərcüməçi : Rasim Qaraca
Rejissor assistentləri : Vəfa Cəfərova, Kəmalə Pənahova, Elyarə Nuruşova
Operator assistentləri : Elşən Bədəlov, Taleh Məhərrəmov
Rəssam assistenti : Fərid Qasımov
Qrimçi : İlqar Cəfərov
Sürücülər : Seymur Mehdiyev, İlham Qəniyev, Natiq Yusifov
Texniki təchizat : Səbuhi Əhədov ("Butafilm")
Post-prodakşn : Kinoatelye "24 K"
İcraçı prodüserlər : Aynur Mustafayeva, Çingiz Həsənov, Asif Rüstəmov
Prodüser : Əli İsa Cabbarov

Rollarda
Pərviz Məmmədrzayev – Əli
Mehriban Zəki – Nərminə
Müzəffər Məmmədrzayev – Emil
Şahmar Qəribli (Şahmar Qərib kimi) – Həsən dayı
N. Qəribov
Q. Mahmarzayev
Q. Qulaməliyev
Q. Məhərrəmov
A. Həsənov
M. Səfərəliyev
B. Həsənov
Ə. Bədəlov
R. Həsənov
M. Kərimov
R. Musayev
O. Həsənov
F.Ə. Pənahov
M. Əliyev
A. Musayev
S. Həsənov
Ş. Muradov
R. Yusifov
Ə. Yusifov
Ş. Səfərəliyev
Q. Məməsiyev
Ə. Səhrab
N. Kərimov
T. Sumarova

Çəkilişə köməklik edən qurumlar
Quba rayonu İcra Hakimiyyəti
Yerfi Bələdiyyəsi
Yerfi Mədəniyyət Evi
Butafilm

Çəkilişə kömək edənlər
Nazim Əlixanov
İlqar Nəcəf


Tarix: 13.02.2013 / 21:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 530 Bölmə: Filimler
loading...