Məzmun
Xaş milli xörəkdir. Adəti üzrə və ənənəyə görə xaşı səhər saat 4-dən 5-dək yeyirlər. Filmdə deyilir ki, həyatın ağrı-acılarından və işləməkdən yorulmuş adamlar gecə ilə səhər arasında iki saat ərzində, xaş yeyən vaxtı ömürlərini daha maraqlı yaşayırlar, nəinki qalan vaxtlarda. Sonra adama şirin yuxu gəlir, bütün şəhər, bütün respublika yatır, yuxudan ayılanları gündəlik adi həyat öz ağuşuna alır.
Film haqqında
Film operator Amin Novruzovun kinoda ilk işidir.
Filmin heyəti
Film üzərində işləyənlər
Quruluşçu rejissor : Vaqif Mustafayev
Ssenari müəllifi : Vaqif Mustafayev
Quruluşçu operator : Amin Novruzov
Quruluşçu rəssam : Rafiq Nəsirov
Səs operatoru : Əsəd Əsədov
Rollarda
Hacı İsmayılov
Larisa Xələfova
Səməndər Rzayev
Yaşar Nuri(Yaşar Nuriyev kimi)-Tərcüməçi
Şükufə Yusupova-Qadın
Ələsgər Məmmədoğlu
Eldəniz Zeynalov
Tarix: 15.02.2013 / 20:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 398 Bölmə: Filimler