Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həyat gözəldir | Life is beautiful

Orijinal adı: La Vita è bella
Rejissor: Roberto Benini
Janr: Dram/ Melodram/ Komediya/ Hərbi
Ölkə: İtaliya
İl: 1997
İMDB xalı: 8.5

Mükafatlar
Qoya:
— Ən yaxşı Avropa filmi

Oskar:
— Ən yaxşı aktyor: Roberto Benini
— Dram janrında ən yaxşı sountrack
— Əcnəbi dildə ən yaxşı film

Britaniya Kino Akademiyası:
— Ən yaxşı aktyor: Roberto Benini

Sezar:
— Əcnəbi dildə ən yaxşı film

Kann Film Festivalı:
— Böyük Jüri mükafatı

Avrora Kino Akademiyası:
— Ən yaxşı film
— Ən yaxşı aktyor: Roberto Benini

Bəzi insanlar təlxəyə çevrilir, digərlərinin də başqalarının da üzərində təlxəkliklə bağlı güclü təsiri var. Robert Beninini məktəbli oğlan, təcrübəli zarafatcıl və öz yumorundan tənqidləri kənarlaşdırmaq və bundan düşmənlərini təəccübləndirmək üçün istifadə etmədən təsəvvür etmək mümkün deyil. O axmaq kimi görünür və o, necə göründüyünü bilir. Mən onu bircə dəfə aeroportun gömrüyündə növbə gözləyərkən görmüşəm. O yorğun və halsız olsa da, kələkbazlıqla bir zal dolusu səbirsiz və yorğun insanı pantomim teatrının izləyicilərinə çevirməyi bacardı.

«Həyat gözəldir» filmində canlandırdığı rol onun həyatının rolu idi.
Film iki hissəyə bölünür. Birinci hissə saf komediyadır. Digərində isə göz yaşlarına boğularaq gülümsəyirsən.

Filmin həm rejissoru, həm də ssenaristlərindən biri olan Benini eləcə də filmdə 1930-cu illərdə İtaliyada otellərin birində ofisiant kimi işləyən Qvido adlı obrazı canlandırır. Onun macəralarına baxdıqca biz Çaplini xatırlayırıq.

O şəhərə əyləci işləməyən qaçaq bir maşında gəlir və səhvən bir keşişə baş çəkməli olur. Ordaca gözəl Doraya (Nikoletta Braski, Benininin həyat yoldaşı) aşiq olur. Bununla o Doranın faşist məmuru nişanlısının bilinməyən rəqibinə çevrilir. O müntəzəm olaraq otelə gələn alman həkimlə (Horst Buçolz) dostluq edir və ona məhəbbətlə bağlı tapmacalar öyrədir. Maraqlı təsadüflərin və kələkbazlıqların köməyi ilə Qvido Doranın həyatındakı faşisti çıxarıb həyatına özü daxil olur.

Bütün bu məlumatlardan məlum olur ki, birinci hissə çox səyahət edən bir insanın böyük rol oynadığı zərif komediyadır. Bizim filmin bu hissədində öyrəndiyimiz ən mühüm məlumat Qvidonun yəhudi olmasıdır. Yəhudi olmayan Dora çox asanlıqla ona aşiq olur və səhnələrin birində onlar banket stolunun altında qarşılaşır və öpüşürlər. Dora ona «məni burdan apar»-deyə pıçıldayır.

Qvido şəhərdə uydurduğu bir yalanla qala bilir. Onu məktəbə gəlmiş müfəttişlə səhv salırlar. Qvido burda qəşəng qarnı və iri qulaqlarını nümayiş etdirən İtaliyanın irqi üstünlüyü barədə qısa çıxış edir.

İllər keçir. Artıq Qvido və dora evlidilər və 5 yaşında Coşua (Georgia Çantarini) adlı oğulları var. 1945-ci ildə müharibənin qurtarmasına az qalmış şəhərdəki yəhudilər faşistlər tərəfindən ələ keçirilərək qatarla ölüm düşərgələrinə gətirilirlər. Qvido və Coşua daqatara mindirilir. Bununla da Qvido oğlunu qorxutmamaq üçün bütün hadisələri oyuna çevirməyə başlayır O qorxmuş olsa da oyunla oğluna qatardan gedi qalmamalı olduqlarının başa salır. Yəhudi olmadığına görə Doranı faşistlər buraxa bilərdilər, lakin o həyat yoldaşı və oğlu ilə ölüm düşərgəsinə getməyi seçir.

Düşərgədə Qvido oğlunu qorumaq və qorxutmamaq üçün oyunu diqqətli şəkildə davam etdirir. o izah edir ki, bütün olanlar bir oyundur. Kim 1000 xalı tez yığsa, ona mükafat olaraq tank verəcəklər, özü də həqiqi tank. Və Coşua da bu tankı şəhərdə istədiyi kimi sürə bilər. Oğlu qorxmasın deyə Qvido özünü tərcüməçi kimi apararaq əsirlərə qışqıran almanın sözlərini öz istədiyi kimi tərcümə edir. Və o həqiqətən də düşərgədə oğlunu nəzarətçilərdən gizlədir. Oyunun qaydası olduğunu bəhanə edərək, oğlunu ən üstdəki yataqda çömələrək oturub səssiz qalmağa məcbur edir.


Bu il Toronto film festivalında Benini mənə dedi ki, film İtaliyada sağ qanaddan kinayəli danışıqlar eşitməyimizə səbəb oldu. kann film festivalında isə bu Holokostla bağlı satirasına görə sol qanadı incidib. Hər iki qanadı incitmiş olsa da, bu sadə insan zəkasının xatirinə siyasətdən uzaqlaşmaq idi.

Film bu cür zərif məsələ ilə bağlı düzgün qeydlər aparır. Və Benini, heç bir şəkildə Holokostdan kənar satira yaratmır. O göstərir ki, Qvido sahib olduğu istedaddan oğlunu qurtarmaq üçün istifadə edir. əgər onun silahı olsaydı, faşistləri öldürərdi. əgər onun ordusu olsaydı, alman ordularını məhv edərdi. Amma o təlxəkdir və onun silahı komediyadır.


Bu film Holokostu nisbətən yumşaldır və ona yumor qatır. Əsl ölüm düşərgələrində Qvido üçün heç bir rol olmayacaqdı. Lakin «Həyat gözəldir» filmi nasistlər və faşistlər haqqında film deyil. O insan cəsarətini təcəssüm etdirən filmdir. Bu film xəyalların xarabalığından yaxşı və ümid dolu nələrisə xilas etmək haqqında filmdir. Bu film gələcəyə dair ümiddən bəhs olunan filmdir. Bu film uşaqlarımız üçün doğru olandan çox onlar üçün yaxşı olan inancının və xəyalların əhəmiyyət daşıdığı filmdir.


Tarix: 28.11.2014 / 12:19 Müəllif: Aziza Baxılıb: 97 Bölmə: Filimler
loading...