Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Unutdun – Eyyub Yaqubov

Taleyimdən çıxıb gedəndən bəri,
Sildin yaddaşından xatirələri.
Dəfn etdin bu eşqi sən diri-diri,
Unutdun məni.

Məni ağlar qoydu zalım intizar,
Yerlər də, göylər də edir ahu-zar.
Ürək əzablardan olubdur bezar,
Qələm göz yaşıyla bircə söz yazar.

Nəqarət:
Unutdun, bəxt ulduzum söndü, dünyam qaraldı,
Unutdun, qəlbimdə susmayan bir səs ucaldı,
Unutdun, unutdun məni.
Unutdun, mənli xatirələr solub saraldı,
Unutdun, qəlbimdə susmayan bir səs ucaldı,
Unutdun, unutdun məni.

Od olan qəlbini buza dəyişdin,
Son payız ömrünü yaza dəyişdin.
Müqəddəs andını sözə dəyişdin,
Unutdun məni.

Məni ağlar qoydu zalım intizar,
Yerlər də, göylər də edir ahu-zar.
Ürək əzablardan olubdur bezar,
Qələm göz yaşı ilə bircə söz yazar.


Tarix: 22.01.2015 / 18:09 Müəllif: Aziza Baxılıb: 66 Bölmə: Eyyub Yaqubov
loading...