Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Eyyub YaqubovBakı – Eyyub Yaqubov

Bakı göz dəyməsin, gözəlsən yaman,
Adına bağlıdır zəfərim mənim.
Bakı göz dəyməsin, gözəlsən yaman,
Adına bağlıdır zəfərim mənim.
Mahnılar qoşuram bu cəlalına,
Keçmişində qalıb kədərim mənim.
Mahnılar qoşuram bu cəlalına,
Keçmişində qalıb kədərim mənim.

Gündüzün kimidir gecələrin də,
Ayaq izlərim var küçələrində.
Gündüzün kimidir gecələrin də,
Ayaq izlərim var küçələrində.
Olsam da dünyanın mən hər yerində,
Sənsiz açılmayır səhərim mənim.
Olsam da dünyanın mən hər yerində,
Sənsiz açılmayır səhərim mənim.

Nəqarət:
Şerimsən, mahnımsan, sözümsən, Bakı,
Mənim uzaq görən gözümsən, Bakı.
Canım ciyərimsən, özümsən, Bakı,
Sayıq keşikçindir nəzərim mənim.
Öz mavi aynamdır Xəzərim mənim,
Öz mavi aynamdır Xəzərim mənim.

Günləri zəhmətlə vuraraq başa,
Mən sənin qoynunda dolmuşam yaşa.
Günləri zəhmətlə vuraraq başa,
Mən sənin qoynunda dolmuşam yaşa.
Hüsnünü göstərən dosta-tanışa,
Öz mavi aynamdır Xəzərim mənim.
Hüsnünü göstərən dosta-tanışa,
Öz mavi aynamdır Xəzərim Ardı »

Eyyub YaqubovUnutdun – Eyyub Yaqubov

Taleyimdən çıxıb gedəndən bəri,
Sildin yaddaşından xatirələri.
Dəfn etdin bu eşqi sən diri-diri,
Unutdun məni.

Məni ağlar qoydu zalım intizar,
Yerlər də, göylər də edir ahu-zar.
Ürək əzablardan olubdur bezar,
Qələm göz yaşıyla bircə söz yazar.

Nəqarət:
Unutdun, bəxt ulduzum söndü, dünyam qaraldı,
Unutdun, qəlbimdə susmayan bir səs ucaldı,
Unutdun, unutdun məni.
Unutdun, mənli xatirələr solub saraldı,
Unutdun, qəlbimdə susmayan bir səs ucaldı,
Unutdun, unutdun məni.

Od olan qəlbini buza dəyişdin,
Son payız ömrünü yaza dəyişdin.
Müqəddəs andını sözə dəyişdin,
Unutdun məni.

Məni ağlar qoydu zalım intizar,
Yerlər də, göylər də edir ahu-zar.
Ürək əzablardan olubdur bezar,
Qələm göz yaşı ilə bircə söz yazar. Ardı »

Eyyub YaqubovYağış – Eyyub Yaqubov

Yağış yağır bu şəhərə, gör nə gözəl bir gecədir,
Bir sən, bir mən bu şəhərdə, bir də yağışlı gecədir.
Yağış yağır, bu ki, göyün sevgimizə heyrətidir,
Bəlkə yağan yağış deyil, könlumuzun həsrətidir, həsrətidir.

Bu gün göylər nəğmə deyir, ürəyində sözü varmış,
Bu məhəbbət nəğməsini görən hardan bilir yağış.
Yağış yağır, bu ki, göyün sevgimizə heyrətidir,
Bəlkə yağan yağış deyil, könlumuzun həsrətidir, həsrətidir.

Nəqarət:
Bəlkə göylər bu torpağa sevgisindən söhbət açır,
Yağış yağır, bu şəhərin gözlərindən yuxu qaçır.
Bu şəhər də, bu yagış da, bu gecə də bizimkidir,
Bu gecədən bizə baxan o səhər də bizimkidir.

Saçlarında, əllərində damcıların parıltısı,
Qəlbimizə axıb gedir bu yağışın pıçıltısı.
Yağış yagır bu ki, göyün sevgimizə heyrətidir.
Bəlkə yağan yağış deyil, könlumuzun Ardı »

Eyyub YaqubovHəsrətinin yollarındayam – Eyyub Yaqubov

Hardasan gözümün işığı?
Eşqimin sınmaz qürüru
Sənsiz keçmir günüm ayım,
Həsrətinin yollarındayam…

Necə atıb gedirsən məni?
Özün öyrətmişdin sevməyi..

Üstümə qar yağsa, leysan tökülsə
Dünyanın təməli sınıb, sökülsə,
Sevincim qeyb olub, göyə çəkilsə, canım
Həsrətinin yollarındayam …

Sənsiz ömür günüm xəzandır,
Ayrılıq nə yaman uzaqdır,
Elə sənsən sevgi payım,
Həsrətinin yollarındayam…

Necə atıb gedirsən məni?
Özün öyrətmişdin sevməyi..

Üstümə qar yağsa, leysan tökülsə
Dünyanın təməli sınıb, sökülsə,
Sevincim qeyb olub, göyə çəkilsə, canım
Həsrətinin yollarındayam … Ardı »

Eyyub YaqubovKim Bilir – Eyyub Yaqubov

Nə olar bir anlıq keçmişə dönsəm,
Bəxtimi oyada bilsəm.
Ağrısız-acısız yaşaya bilsəm,
Yamanca yorulmuşam mən.

Nə olar bir anlıq keçmişə dönsəm,
Bəxtimi oyada bilsəm.
Ağrısız-acısız yaşaya bilsəm,
Yamanca yorulmuşam mən.

Nəqarət:
Kim bilir, qəlbimin ağrısını kim bilir,
Həsrətin yanğısını kim bilir,
Yamanca yorulmuşam mən.

Kim bilir, qəlbimin ağrısını kim bilir,
Həsrətin yanğısını kim bilir,
Yamanca yorulmuşam mən.

Gözlərim yolda, qulağım səsdə,
Qalmayıb daha həvəs də.
Ürəyim döyünür qəzəl qəfəsdə,
Yamanca yorulmuşam mən.

Gözlərim yolda, qulağım səsdə,
Qalmayıb daha həvəs də.
Ürəyim döyünür qəzəl qəfəsdə,
Yamanca yorulmuşam mən.

Bircə gün bəxtəvər yaşaya bilsəm,
Üzüm də gülərdi hərdən.
Belə yaşamaqdan yaxşıdır ölsəm,
Yamanca yorulmuşam mən.

Bircə gün bəxtəvər yaşaya bilsəm,
Üzüm də gülərdi hərdən.
Belə yaşamaqdan yaxşıdır ölsəm,
Yamanca yorulmuşam mən.

Qelbimin agrisini kim bilir ?? Ardı »

Eyyub YaqubovUzaqda – Eyyub Yaqubov

Səsimə səs verər buludlu göylər,
Küləklər dərdimi təsəlli eylər.
Zaman da yan keçməz yolumu eylər,
Səndən uzaqlarda, uzaqlarda.

Fikrimi göylərə aparar quşlar,
Bu geniş dünya da ruhum üçün dar.
Yağar ürəyə narın yağışlar,
Səndən uzaqlarda, uzaqlarda.

Nəqarət:
Uzaqda, uzaqda, səndən uzaqda,
Göyləri kövrəldər ürək sözlərim.
Uzaqda, uzaqda, səndən uzaqda,
Sonsuz bir dənizdə itər izlərim.

Uzaqda, uzaqda, səndən uzaqda,
Göyləri kövrəldər ürək sözlərim.
Uzaqda, uzaqda, səndən uzaqda,
Sonsuz bir dənizdə itər izlərim.

Oxşayar ruhumu həzin bir laylay,
Təsəlli taparam dənizlə, ayla.
Səni səsləyərəm ayla, harayla,
Səndən uzaqlarda, uzaqlarda.

Fikrimi göylərə aparar quşlar,
Bu geniş dünya da ruhum üçün dar.
Yağar ürəyə narın yağışlar,
Səndən uzaqlarda, uzaqlarda. Ardı »

Eyyub YaqubovƏlvida – Eyyub Yaqubov

O görüşdən keçib gedir yalnız bir il,
Həyatımız dəyişdi bir anda qəfil.
Ancaq bütün olanları sən xəyal bil,
Mən gedirəm, əlvida!

Aramızdan keçilməyən neçə dağ var,
Gül-çiçək gətirmir ki hər gələn bahar.
Harda olsaq hicran gəlib bizi tapar,
Mən gedirəm, əlvida!

Nəqarət:
Tale ayırdı bizi, əlvida Cəmilə,
Ömrümdən silinər izin, əlvida!
Mən gedirəm uzaqlara, əlvida Cəmilə,
Gözün baxmasın yollara, əlvida!

Tale ayırdı bizi, əlvida Cəmilə,
Ömrümdən silinər izin, əlvida!
Mən gedirəm uzaqlara, əlvida Cəmilə,
Gözün baxmasın yollara, əlvida!

Ürəklər yaxın olsa da, yollar uzaq,
Mən sənin ömrünə vaxtsız gəlmiş qonaq.
Ümidimiz soldu artıq varaq-varaq,
Mən gedirəm, əlvida!

Aramızdan keçilməyən neçə dağ var,
Gül-çiçək gətirmir ki hər gələn bahar.
Harda olsaq hicran gəlib bizi tapar,
Mən gedirəm, əlvida! Ardı »

Eyyub YaqubovYaşa məhəbbət – Eyyub Yaqubov

Sən onun eşqilə, məhəbbətilə,
Vurmadın ömrünü başa ürəyim,
Sən onun eşqilə, məhəbbətilə,
Vurmadın ömrünü başa ürəyim,
Sevgi hədəfinə nişan alanda
Dəydimi oxların daşa, ürəyim?!
Sevgi hədəfinə nişan alanda
Dəydimi oxların daşa, ürəyim?!

Nəqarət:
Sən canı canından ayrı tutmadın,
Odur ki, vəfasız deyildir adın,
Sən canı canından ayrı tutmadın,
Odur ki, vəfasız deyildir adın,
O səni unutdu, sən unutmadın,
Yaşa, məhəbbətim, yaşa ürəyim!
O səni unutdu, sən unutmadın,
Yaşa, məhəbbətim, yaşa ürəyim!

Sevgi dəryasında ruhum bir ada,
Fırtınam ziyada, dalğam ziyada.
Sevgi dəryasında ruhum bir ada,
Fırtınam ziyada, dalğam ziyada.
O ellər gözəli düşəndə yada,
Dəydimi oxlarım daşa ürəyim.
O ellər gözəli düşəndə yada,
Dəydimi oxlarım daşa ürəyim. Ardı »