Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Danışır Oşo

Çandra Mohan Racniş (Oşo) 1931-ci ilin 11 dekabrında Hindistanın Madhya Pradeş əyalətinindəki Kuçvada kəndində dünyaya gəlib. Uşaqlıq illərindən etibarən, başqaları tərəfindən verilən məlumatlar və inancları əldə etməkdənsə, həqiqəti özü axtarmaq qərarına gəlib. 21 yaşında universiteti bitirib və Jabalpur Universitetində fəlsəfə dərsi deyib. Eyni zamanda bütün Hindistanı gəzərək mühazirələr söyləyib, ictimai müzakirələrdə mühafizəkar dini liderlərə meydan oxuyub, ənənəvi inancları ifşa edib. Oşo özünü " əsl ekzistensialist" adlandırırdı.

1960-cı illərin sonu Oşo artıq öz dinamik meditasiyasını təkmilləşdirməyə başlamışdı.

Qərbli gənclər Oşodan 1970-ci illərin əvvəllərində xəbərdar olmağa başladılar. 1974-cü ildə Hindistanın Pune şəhərində «komunna» quruldu. Oşo Qərbdən gələn və sayları getdikcə artan gənclərə insan şüurunun inkişafının bütün istiqamətləri haqqında mühazirələr dedi.

Onun mühazirələri 30-dan çox dilə tərcümə olunub, 600-dən çox cild şəklində yayımlanıb.

Oşo 1985-ci ildə köçkünlərin statusu haqqında qanunu pozduğuna görə həbsdə olduğu vaxt 19 yanvar 1990-cı vəfat etdi. Başqa iddialara görə Amerika agentləri tərəfindən zəhərlənərək öldürülüb.

Oşodan sitatlar:
— Əgər sən məhəbbətə hər hansı fiziki ehtiyacını ödəmək məqsədi ilə baxırsansa, müəyyən müddətdən sonra cansıxıcı, monoton və rəngsiz həyatdan bezəcəksən. Belə həyat miraj kimidir. Yaxınlaşdıqda itir və sənin üçün mənasızlaşır.

— Sadalananlar sənin həyatında baş verirsə, günah məhəbbətdə deyil, günah sənin özündədir. Sən, məhəbbət adı altında bu tələbləri irəli sürdün. Adını məhəbbət qoyduğunuz bu oyun, saxta pul kimidir.

— Məhəbbət məhbəs deyil. Dustaq həyatı deyil. O, sənin düşündüyündən də geniş və maraqlıdır. Sadəcə sən onu görməyə çalış. Anlamalısan ki, sən kimin əlini və qolunu bağlayırsansa, qarşı tərəf də səni dustaq edir. Əl-qolunu bağlayır.

— Yadında saxla, sənin həyatda əldə etdiklərin, sənin həyata verdiklərindir.

— Hisslərini milyon insan arasında parçalamaq insanı zərrələşdirir. Partnyorlarını tez-tez dəyişənlərin həyatı, yeri tez-tez dəyişdirilən ağaca bənzəyir. Ağacın bir və əbədi yeri olmalıdır, o zaman onun kökləri daha dərinə gedəcək və ağacı güclü edəcək.

— Şərqdə məhəbbəti dəyişiklikdən qorxma hissi məhv edir. Qərbdə isə insanların bir yerdə olub, bağlanmaq qorxusunun olması məhv edir.

— Şərqdə məhəbbət adı altında komfort və təhlükəsiz həyat. Qərbdə isə azadlıq və etibar nəzərdə tutulur.

— Mən nə Qərbin, nə də Şərqin tərəfindəyəm. Mən məhəbbətin tərəfindəyəm!

— Bəsit şeylər eqo üçün cəzbedici deyil. Bəsit olan şey eqonun ölümü deməkdir.

— Unutma, beyin bir qul olaraq yaxşı quldur. Sənin çox işinə yarayır. Amma sahibkar olaraq çox təhlükəlidir və bütün həyatını zəhərləyər.

— Başqasının səhvinə görə özünü cəzalandırmaq axmaqlıqdır.

— Heç vaxt unutma: nə vaxt ki, seçim etmək məcburiyyətində qalsan, riskli, təhlükəli, sığortası olmayanı seç. Heç vaxt zərər görməzsən.

— Qəbul etməliyik ki, insan yer kürəsindəki ən zəif heyvandır. Və onun bütün davranışlarının, aid olduğu şeylərin, qruplaşmalarının təməli budur. O, özündən daha böyük bir şeyin parçası olmaq məcburiyyətindədir. Ancaq bu zaman özünü təhlükəsiz hiss edə bilir.

Başqasının səhvinə gorə ozunu cəzalandırmaq axmaqlıqdır.

— Gedəcək heç bir yol yoxdur. Hər şey bu andadır. Bütün varlıq bu anda toplanıb. Bu anın içinə sığışıb. Bütün varlıq yaşadığın anda axmaqdadır.

— Yaradıcılıq varlığın ən böyük üsyanıdır. Əgər yaratmaq istəyirsənsə, bütün şərtlərdən xilas olmağa məhkumsan. Əks təqdirdə yaradıcılığın kimdənsə köçürtməkdən başqa bir şey olmayacaq.

— Əslində sən bölünmüş deyilsən. Reallıqda sən ahəng içərisində olan bir bütövsən. Amma bir bütün olmadığını düşünməyə şərtləndirilmisən. Və əgər ruhi bir varlıq olmaq istəsən, bədəninlə mübarizə aparmaq lazım olduğun öyrədilib. Bədənini fəth etmək, onu məğlub etmək, yox etmək… Mümkün olan hər vasitəylə ona işgəncə verməyin lazımdır.

— Ayrılıq qaçınılmaz sondur. Heç kimi bunu istəmir, amma bundan xilas olmaq mümkün deyil. Çünki həyat olduğu kimidir, olmalı olduğu kimi deyil.

— Cəmiyyətə mütləq şəkildə təslim olmaq, tamamilə onun əsiri olmaq lazımdır. Çünki cəmiyyət ancaq kölələrə, ruhunu öldürmüş adamlara hörmət edir.


Tarix: 10.12.2014 / 15:54 Müəllif: Aziza Baxılıb: 240 Bölmə: Dahilerin sözleri
loading...