Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ələkbər Tağıyev

Ələkbər Tağıyev - tanınmış Azərbaycan bəstəkarı, hüquqşünas.Mündəricat
1 Həyatı
2 Mahnı müəllifi
3 Ələkbər Tağıyevin mahnıları
4 Mənbə
5 Xarici keçidlər
6 Həmçinin bax


Həyatı

Ələkbər Tağıyev öz işinin peşəkarı olan və dövrünün tanınmış hüquqşünaslarından olub. Gəncədə kasıb əkinçi ailəsində anadan olan Ələkbər Tağıyev ilk təhsilini də burda alıb və 1938-ci ildə Şəhər xalq məhkəməsində əmək fəaliyyətinə başlayıb. O, prokurorluq orqanlarında 1974-cü ilə qədər, yəni təxminən 36 ilə yaxın bir müddətdə çalışmışdı. Ona tapşırılan bütün vəzifələrdə yüksək səriştə, dəqiqlik və obyektivlik nümayiş etdirən Ələkbər Tağıyev rəhbərlik, iş yoldaşları ilə yanaşı, sadə insanların da hörmətini, etimadını qazanmışdı. Bunun da nəticəsində, o, prokurorluq orqanlarında işlədiyi müddət ərzində SSRİ və Respublika prokurorluqlarının çoxsaylı Fəxri fərmanları ilə təltif olunmuşdu. 1930-cu ildə ailə həyatı qurub və Gəncədə yaşayıb.

Mahnı müəllifi

Ələkbər Tağıyev mahnı yazmağa 1958-ci ildən – oğlu Xaliq Tağıyevin anadan olmasından sonra başlayıb. İlk mahnısı olan "Qonşu qız" mahnısını da Gəncədə yaşadığı illərdə yazıb. Həmin vaxtlar Ələkbər Tağıyev yazdığı mahnıları ilk olaraq, musiqiçi, eyni zamanda yaxın dostu Akif Bakıxanova göstərir və onunla məsləhətləşirdi. "Qonşu qız" mahnısının qazandığı uğurdan ruhlanan bəstəkar qısa müddətdə "Şirin arzular", "Sən gəlməz oldun", "Dinə bilmədim", "Bakı gecələri", "Azərbaycanım mənim" kimi mahnılar bəstələyib. Ələkbər Tağıyevin mahnı yaradıcılığı konservatoriya-bəstəkarlıq məktəbi keçməmiş digər istedadlı müsiqiçilərin də həvəsini artırdı və onları yaradıcılığa ruhlandırdı.

İlk mahnılarının çoxunun ifaçısı Zeynəb Xanlarova olub və bu əməkdaşlıq 10 ilə yaxın müddətdə davam edib. 1972-ci ildən Ələkbər Tağıyev Nisə Qasımova ilə əməkdaşlıq edib. 70-ci illərdə Nisə Qasımova musiqisi Ələkbər Tağıyevə aid olan "Ay ellər", " Sənsən Həyatım", "Eşqimi sönməyə qoymaram", "Gözləyəcəyəm" , "Qəşəngdir" və yaradıcılığında xüsusi yer tutan "Azərbaycan qızıyam" mahnılarını ifa edir. Bu mahnılar onu tez bir zamanda məşhurlaşdırır. Elə həmin illərdə SSRİ dövlət elektro musiqi orkestri ilə birgə Nisə Qasımova Moskvada Ələkbər Tağıyevin mahnılarından ibarət albom lentə aldırır.

Ələkbər Tağıyev peşəkar musiqi təhsili almaq üçün 1962-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin nəzdindəki bəstəkarlıq kursuna daxil olur, 1964-cü ildə təhsilini müvəffəqiyyətlə bitirir, ardınca isə SSRİ Musiqi Fondunun üzvü seçilir.
Ələkbər Tağıyev Azərbaycan musiqi tarixində ilk bəstəkarlardandır ki, adlarla ("Arzu qızım", "Leyla" və s.) mahnılar yazıb.
Bəstəkarın "Sən gəlməz oldun", "Arzu qızım", "Sənə qurban", "Sədaqətim var" kimi mahnılar dəfələrlə türk, rus, erməni müğənnilərinin repertuarına daxil olub, mahnı müsabiqələrində ifa edilib, klip çəkilib, hətta müxtəlif filmlərdə də istifadə olunub.
Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin rəhbəri Röya Tağıyevanın qardaşıdır.

Ələkbər Tağıyevin mahnıları
Azərbaycan (sözləri Səməd Vurğunundur)
Azərbaycanım mənim (Ə. Ziyatay)
Azərbaycan qızıyam
Ananın səsi (N.Gəncəli)
Arzu qızım
Arzular (B. Vahabzadə)
Axtarma məni
Bakı gecələri
Bülbül (M.Rahim)
Qonşu qız (H.Arif)
Dinə bilmədim (H.Arif)
Əhdimizə inan, yar (R.Rza)
İstəyirəm görəm səni (B.Vahabzadə)
Ya bir olar, ya iki (Molla Cümə)
Yağış yağır, sevgilim
Yadıma düşdü (S.Vurğun)
Kəndimizin gözəlləri
Külək (N.Xəzri)
Gözləyəcəyəm
Mehriban həkim
Mən baharın qızıyam
Mənim dünyam
Mənim əzizlərim (T.Mütəllibov)
Neylərəm unutsan? (Ə.Əlibəyli)
Sədaqətim var (S.Rüstəm)
Səbinə
Sən də gül
Sən gəlməz oldun (M.Gülgün)
Sənə qurban (M.Müşfiq)
Səni gözlər
Səni gördüm (B.Vahabzadə)
Sənin gülüşlərin (M.Müşfiq)
Sənsən həyatım (N.Həsənzadə)
Söylə yadındamı (H.Arif)
Təki sən səslə məni (Ə.Kürçaylı)
Xanəndə qız
Xızı dağları


Tarix: 29.01.2013 / 14:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1105 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...