Qız: şəxsiyyətimiz istifadə etdiyimiz avtomobilin at gücü olmağı ilə mütənasib olaraq dəyişmir
Oğlan: Sizin şəxsiyyətiniz birlikdə olduğunuz kişinin pulqabı gücü ilə dəyişir
Qız: Qırmızı işıqda yanımızdakı avtomobilin bizdən əvvəl çıxması heç bir şey ifadə etmir
Oğlan: Bizim üçün də ətrafımızda digər həmcinsimizin sahib olduğu cəvahirat və ya üzərindəki bahalı geyim heç bir şey ifadə etmir
Qız: Əzələmiz olacaq deyə bir məcburiliyimiz yoxdur
Oğlan: Sellülitlər olmayacaq kimi bir məcburiliyiniz var amma =))
Qız: Biz qorxmadan Aşiq ola bilirik .
Oğlan: Biz də oluruq.... azca ürkürük amma səbəb olanlar UTANSIN
Qız: Evdə, duşda, tük tökmürük.
Oğlan: Hamamdakı, tualetdəki, yataqdakı və yeməkdəki saçların çoxu sizə aiddir.
Qız: Hər səhər təraş olmaq məcburiyyətində deyilik.
Oğlan: Vallah biz təraş olmağı qaş aldırmağa dəyişmərik.
Qız: Bir birimizin ağızını burnunu qırdığımız idmanla məşğul olmuruq.
Oğlan: Vəhşi baxışlarla bir-birinizin gözünü oyduğunuz qısqanclıq, həsəd idmanlarıyla kifayət qədər məşğul olursunuz.
Qız: Heç iki qadının silahla oynayarkən bir-birini vurduğunu eşitmisiniz? yox ..
Oğlan: Heç iki kişinin ay Allah mənim paltarımın eynisini geyinib deyə ağladığını eşitmisiniz..?
Qız: Xor görmürük
Oğlan: hətta hıçqırmır, gəyirmir və asqırmırsınız da. Yoxsa siz insan deyilsinizmi?? Sizə Afrodit deyə bilərəmmi?
Qız: Az bildiyimiz bir şey üzərində çox çox danışa bilərik.
Oğlan: Yəni çox danışıb əsaslı heç bir şey söyləmirsiniz ..
Qız: Bir-birimizə eşşək zarafatları etmək adətimiz yoxdur. =))
Oğlan: Ətrafınızda ki digər qızlar haqqında ssenari dedi-qodular çıxarma vərdişiniz var amma
Qız: Tüpürmürük
Oğlan: Nazlanmırıq!!
Qız: Sənət əsərlərinin 90%-i qadınlardan ilhamlanaraq yaradılıb.
Oğlan: Sənət əsərlərinin 90 % i kişilər tərəfindən yaradılıb.
Qız: uzağa tüpürmə, yüksək səslə gəyirmə kimi axmaqca problemlərimiz yoxdur
Oğlan: dünyanın ən gözəli olma, ən zərif olma, ən bahalı geyinəni olma, ən varlı əri tapma kimi problemləriniz var amma
Qız: Əsgərə getmirik
Oğlan: Hamilə qalmırıq
Qız: Qol saatımız , kalkulyator, barometr, termometr və radio olması lazım deyil.
Oğlan: Çantamızda pomada, allıq, pudra, ehtiyat corab, yaş dəsmal, vs gəzdirməyimiz lazım deyil.
Qız: ad günü, evlilik il dönümü kimi xüsusi günləri barmağımıza işarə vurmadanda xatırlaya bilirik
Oğlan: Ütünü açıq, yeməyi qazda, avtomobilin açarını kontaktda unutmuruq. Bunlar daha faydalıdır.....
Qız: Ortalıqda əlaqəsiz hər cür hərəkət və sözdən cinsi sözlər çıxararaq günümüzü bunlarla keçirmirik...
Oğlan: Vallah kefimiz açılsın deyə edirik. Həm siz günün yarısını gözəlləşməyə çalışaraq keçirirsiniz. hansı məqsədə uyğundur
Qız: Keçəl olmuruq (pu ha ha ha .. hamısının əvəzi çıxdı ee)
Oğlan: ....... caan söz tapa bilmədilər !!!
Tarix: 19.11.2013 / 04:04 Müəllif: Akhundoff Baxılıb: 187 Bölmə: Azeri Letifeler