Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zülmet Geceler

zulmet geceler
Yer daşlıqdı deyə, pis qazılırdı. Yaxşı ki, bel təzəydi,onun da sapı işlənib-silmənməyibdi və o səbəbdən adamın əlini
incidirdi. Daşlı torpağı az-az belin ağzına verib, tələsmədən iş-
ləyirdim, bilirdim ki, nə qədər çətin olsa da, yorulanacan bir ağac çalası qaza biləcəm.
Yaxınlıqdan şosse yol keçir, əks tərəfdə isə mənim zavoda təzə gəldiyim dövrdə yenicə istifadəyə verilən, indi isə
doğranıb, metalloma göndərilən qurğunun blokları görünürdü.
O vaxt vakuum qurğularında bir ilə yaxın operator işləyəndən sonra bu sexə növbə rəisi göndərilmişdim və tezliklə də peşi-
man oldum. Heyf deyildi vakuum qurğuları! Keçən əsrin əv-
vəllərində onları amerikalılar tikib, əlli ilin qurğuları olsalar da,
yenə saat kimi işləyirdilər. Orda baş operatorlar öz işlərini gö-
zəl bilirdilər, onlarla işləmək asan idi. Qudron və mazut iyinə
öyrəşmişdim.Təzə sex heç xoşuma gəlmirdi: nəsə fərli yer deyildi,
adamların əksəriyyəti ordan-burdan yığmaydı, buna heç kollek-
tiv də demək olmazdı. İş özü də çox ağır idi. Amma mən qalıb
işlədim, çünki direktor demişdi ki, yeni texnologiyadı, sən də
cavan adamsan, get o sexin işini öyrən. Direktor həm də deyir-
di ki, gələcəkdə rəhbər vəzifələrə kadr seçəndə o sexin mühən-
dislərinə üstünlük verəcəm. Mən gənc idim, inkişaf eləmək, qabağa getmək istəyirdim, ona görə də qalıb işlədim.
Zavodun rəhbər işçiləri o vaxt təzə sexə tez-tez gəlib gedirdilər, nazirlikdən də adamlar gəlirdi. Nazirliyin baş mexa-
niki cavan adam idi və təzə sexdə onu tez-tez görürdüm deyə,
əvvəlcə elə bilmişdim ki, o da sexin işçilərindəndi. Amma, dü-
zünə qalsa, bunun işə heç bir köməyi yox idi. Əksinə, camaat gileylənirdi ki, iş getmir, bunlar da gəlib,
burda əl-ayağa dolaşırlar. İş pis gedirdi, operatorlar, maşinistlər, çilingərlər bütün
günü əsəbi halda ora-bura qaçır, əl-qollarını ölçə-ölçə, biri-birinin üstünə qışqırırdılar. Rəisdən çox rəis var idi, hərəsi də bir
göstəriş verirdi: biri deyirdi, filan nasosu işə salın, o biri deyir-
di, yox, lazım deyil, nasosu saxlayın, onsuz da xeyri olmaya-
caq; biri deyirdi, sistemə təzə filtr qoşmaq lazımdı, o biri deyirdi, bu məhsuldarlıqla təzə filtrə ehtiyac yoxdu və sair, və ilaxır.
İndi işlədiyimiz yer o vaxt sexin hasarından çöldəydi və mən, düzü, heç bilməzdim ki, bura zavodun ərazisidi. Bu, bir
belə daşı-qayanı da yəqin elə o vaxt – təzə qurğuları tikəndə gətirib, bura töküblər.Sexin o qırağında görünən və üçmərtəbəli məktəbə ox-
şayan köhnə binadan başlayırdım işə − qurğunun kompressor zalıdı ora. Aradan neçə illər ötübdü, növbə rəisi işlədiyim döv-
rü xatırlayanda yadıma düşən məqamlardan biri və birincisi o zala necə girməyim olur. Binanın birinci mərtəbəsindəki dörd
giriş qapısından birinə yaxınlaşır, dayanıb, üç-dörd dəfə dərindən nəfəs alır, ciyərlərimi havayla dolduraraq qapıdan içəri keçirdim
Tavanı çoxhündür olan maşın zalında səkkiz böyük ammonyak kompressoru dörd-dörd olmaqla iki cərgə düzülmüşdü, qurğunun məh-
suldarlığından asılı olaraq, onların üçü, dördü, ya da beşi işləyir, qalanları təmirdə və ehtiyatda olurdu, − bütün bunları mən
dəqiq bilməli, növbə jurnalına yazmalıydım. Kompressorların arasıyla axıracan gedib, geri qayıdırdım və artıq bilirdim onla-
rın hansı işləyir. Ümumi vəziyyəti öyrənmək, təmirdə və ehtiyatda olan kompressorlar barədə daha dəqiq məlumat almaq
üçün maşinistlərlə danışmalıydım. Digər tərəfdən də tələsməliydim: maşın zalına dolmuş ammonyak qazı məni boğur, sinə-
mi göynədirdi. Bərəlmiş gözlərimdən yaş axa-axa maşinistlərə yaxınlaşırdım. Maşinistlərin vecinə deyildi, çünki heç ayıq
vaxtları olmurdu. Bir dəfə də onları direktor tutmuşdu: girib zala, görüb ki, stolun üstündə boş araq butulkasıdı, iki dəm maşi-
nist də oturub şahmat oynayır. Direktor bərk hirslənmişdi, sex
rəisini çağırıb, göstəriş vermişdi ki, maşinistlərin ikisini də işdən qovsun. Sex rəisi, əlbəttə, “baş üstə” demişdi, amma tələs-
məmişdi, bir-iki gün gözləmişdi ki, direktorun hirsi soyusun.Sonra da demişdi: “O şəraitdə ayıq başla işləmək mümkün
deyil. Onları elə bu gün işdən çıxartmaq olar, amma bəs kim iş-
ləyəcək?” Zaldan çıxıb, pilləkənlə aşağı düşür, binanın girəcəyi tə-
rəfdən çöldə nəfəs alıb, özümə gələndən sonra deyinirdim: “İş deyil, cəhənnəmdi!” Fikirləşirdim ki, gərək əvvəlki sexdə qalıb
işləyəydim, onsuz da gec-tez orada bir mühəndis yeri açılacaqdı. Heyif deyildi vakuum qurğuları! Adamı boğub, sinəsini bı-
çaq kimi doğrayan, nəfəsini kəsib axırına çıxan ammonyak iyi və boğucu-zəhərli həlledici buxarlarıyla müqayisədə mazut və
qudron iyi heç nədi. Gərək o sexdən çıxmayaydım. – Belə fi-
kirləşirdim, dərhal da direktorun sözü düşürdü yadıma: “Gələcəkdə rəhbər vəzifələrə kadr seçəndə təzə açılan sexin mü-
həndislərinə üstünlük verəcəm”. Mən gənc idim, qəlbimdə təbii bir istək var idi: çalışıb, əziyyət çəkib, qabağa getmək, inkişaf
eləmək istəyirdim. Ona görə də təzə sexdə qalıb işlədim. Amma əvvəlki sexim, oranın camaatı üçün darıxırdım, İvanın bi-
şirdiyi xörəklər düşürdü yadıma.İvan əvvəlcə “a” dedi, sonra adımı və “tak nelğzə” dedi.
Gecə vaxtı, saat bir radələrində başımı operator otağındakı stolun üstünə qoyub mürgüləmişdim. İvan da idarəetmə lövhə-
sinin dalında uzanıb yatmışdı, görünür, ordan göz qoyurmuş – hansısa deşikdən baxırmış, görəndə ki, mən mürgüləmişəm,
narahat olub, lövhənin dalından bu tərəfə keçib.İvanla şərtimiz beləydi: üçüncü növbədə gecə saat on
ikidən dördəcən lövhənin dalında o yatır, qurğuların işini mən idarə eləyirdim, saat dörddə onu oyadırdım, özüm keçib, lövhə-
nin dalında səhər saat yeddiyəcən yatırdım “Tak nelğzə”nı İvan sakit dedi, amma elə dedi, onunla
işlədiyim dövrdə mən bir də heç vaxt qurğuları yiyəsiz qoyub mürgüləmədim: dörd saat ərzində idarəetmə lövhəsinin qarşı-
sında gəzib, parametrlərin necə dəyişməsinə göz qoydum, ora bura qaçdım, hansısa nasosu saxlayıb, başqasını işə saldım,
hansısa siyirtməni bağlayıb, başqasını açdım, arada Ayməd-
dinova zəng vurub, sobaların temperaturuyla bağlı nəsə bir irad tutdum – uğuldayıb, taqqataqla işləyən iki nəhəng qurğunu ida-
rə elədim. Düz saat dörddə yuxudan oyanan İvan cihazların göstərişinə baxıb, razılıqla başını tərpədir və deyirdi: “Все нор-
мально, молодец. А теперь иди ложись, отдыхай”. Bizim qurğunun baş operatorlarından biriydi İvan, za-
voda gələndən sonra briqadasında işlədiyim sayca üçüncü baş
operator idi. Deməliyəm ki, onunla yaxşı işlədik, mərd-mərdanə işlədik.
Bundan əvvəlki – sayca ikinci baş operator Ağakərim birinci növbə, rəislər sexdə olanda ciddiydi. İkinci növbə rəis-
lər olmurdu deyə, biz də özümüzü sərbəst hiss eləyirdik, əgər texnoloji rejimlə bağlı bir problem olmasaydı, nasosxanada və
vakuum kalonun ətrafında təmizlik işi aparır, ya da qonşu qurğuyla bizim aradakı ağaclara qulluq eləyir, təzə ağaclar əkir,
sulayırdıq. Gecə növbəsinə gələndə isə bu kişi dəyişib, başqa adam olurdu: bir butulka “Ağdam” çaxırı içib, saat on ikidən
sonra başını atıb yatırdı və bir də səhər saat yeddiyə on-on beş dəqiqə qalmış oyanırdı.Bütün gecəni yatıb, dincini almış Ağakərimin pilləkənlə
aşağı enərək əsnəyə-əsnəyə, ləzzətlə gərnəşdiyini görəndə hirslənirdim: “Ona bax, bütün gecəni başını atıb yatır, imkan ver-
mir ki, arada heç olmasa bircə saat da mən yatım”, − öz-özümədeyinirdim. Amma dərhal da sayca birinci − zavoda təzə gəl-
diyim vaxt ilk iki ayda mənimlə işləmiş baş operator düşürdü yadıma: o, dəhşət idi, axırda yumruqdavasına çıxdıq. Yaxşı ya-
dımdadı ki, o gün qurğu təmirə dayanmışdı və briqadaların hamısı birinci növbə çıxmışdı, dava da onda oldu. Onlar üç nəfər
idi, mən isə tək idim. Birini nasosxanada yumruqla vurdum,
sonra baş operatorla tutaşdıq. Tutaşdıq deyəndə, əslində, mən onun heç harasından yapışmağa macal tapmamış baş operator bir göz qırpımındaca beldən yuxarı ikiəlli tutub, ayaqlarımı
İvanın çox böyük kulinar talantı var idi, biz onu tərif-
ləyəndə gülüb “evdə uşaqlar analarının bişirdiyi xörəyi dillərinə vurmurlar ki, papa yaxşı bişirir; hər gün işdən yorğun-ar-
ğın gedib, onlara yemək bişirməliyəm,” deyirdi. Kolbasanı
doğrayıb, nəzarət-ölçü cihazlarında işlənən ağ kağızın astar üzünə düzürdü və kağızı da qoyurdu sistemə qoşulmuş vaku-
um-qəbuledicilərdən birinin üstünə. Arada gedib, kolbasa tikə-
lərini o biri üzünə çevirirdi. Bu yolla sapılcasız və yağsız bir kolbasa qızartması bişirirdi ki, dadından doymaq olmurdu. Bu-
xar nasosunun isti tərəfinə düzüb bişirdiyi kartoflar da aləm idi. Bir balaca banka mal əti konservini açıb, tavaya tökür, elektrik
peçinin üstünə qoyurdu, kartof, soğan, göyərti və daha nələrsə əlavə eləyib, bütöv briqadanın nahar yeməyinə bəs eləyəcək əla
isti xörək hazırlayırdı. Yemək hazır olanacan Ayməddinov can-
dildən çalışıb, sobaların temperaturunu elə tənzimləyirdi, kar-toqramma baxanda elə bilirdin xətkeş qoyub, paralel xətlər
çəkmisən. İvanın zəngindən sonra Ayməddinov öz iş otağını tərk eləyib, ikinci mərtəbəyə – bizim yanımıza qalxırdı.
Stolun üstünə öz reseptiylə hazırlanmış salatlar və çörək düzürdü İvan, hərəyə bir boşqab xörək çəkirdi, sonra da əl atıb,
öz şkafındakı pal-paltarın arasından bir butulka çıxardırdı,onun da içində nə az, nə çox, düz üç yüz qram araq olurdu. Ay-
məddinovla İvan nahar vaxtı adama yüz əlli qram araq içirdilər və çox istəyirdilər ki, mən də içim. “Çox yox, yüz qram... Heç
olmasa əlli qram içərdin,” – deyirdilər. Amma mən işdə spirtli içki içmirdim, nə qədər təkid eləsələr də, “yox, içmirəm” deyib
dururdum. Onlar bunu görəndə nəsə elə bil tutulan kimi olur,sonra da zarafata salıb “ну, ладно, он же у нас молодой, все у
него впереди,” deyir, stəkanları toqquşdurub, arağı içir, yeməyə girişirdilər.Növbə rəislərinin ayrıca otağı yox idi, biz qurğu rəisinin
kabinetində otururduq. Oranın da havası çox ağır idi: pəncərəni açırdın – soyuducu blokdan içəri ammonyak qazı dolurdu, qa-
pını açırdın – regenerasiya blokundan gələn həlledici buxarı boğurdu adamı. Qapı-pəncərəni örtürdün, onda da adam hava-
sızlıqdan boğulurdu. Oydu ki, ancaq yorulub əldən düşəndə gəlirdim otağa.Sexdə iki yer xoşuma gəlirdi: təsirsiz qazlar qurğusu,
bir də laboratoriya. Sexin laboratoriyasında on beşə yaxın qız-gəlin işləyirdi, onların da beş-altısı rus idi və səhv eləmirəmsə,
hamısının adı Tanyaydı – biz onları familyalarıyla fərqləndirirdik. Bir də gördük ki, Tanyalardan birinin familyası dəyişibdi:
sən demə, ərə gedib, Salmanov Salman adlı salyanlı oğlanla ailə qurub. Elə ilk gündəncə əri buna deyib ki, sən mənim və
mənsub olduğum böyük bir nəslin çox mühüm istəyini həyata keçirməlisən: Salmanov Salman Salman oğlu adlı insanı dün-
yaya gətirməlisən. Birinci cəhddə olmasa da (ilk övladı qız oldu), Tanya ikinci cəhddə bu işin öhdəsindən gəldi və beş-altı
aydan sonra işə çıxdı. Deyirdi ki, qaynanamla baldızlarım uşağı
– Salmanov Salman Salman oğlunu əllərindən yerə qoymur,özləri baxırlar, fikirləşdim ki, evdə boş-bekar oturmaqdansa,
gedib işləsəm yaxşıdı.Tanyalardan biri Saratovdan təzə gəlmişdi, Bakıda
yaşayan xalasıgildə qalırdı. Onunla bir növbədə işləyən Birgüldə Bakıya təzə gəlmişdi – hansısa dağ rayonunun ucqar kən-
dindən idi. Gecə vaxtı laboratoriyaya yolum düşəndə qızlar xa-
hiş eləyirdilər ki, qurğularacan onları müşayət eləyim: sexin ərazisi pis işıqlandırılırdı deyə, qızlar qorxurdular. Xahişi məm-
nuniyyətlə qəbul eləyib otururdum. Qızlar mənə çay gətirir, öz-
ləri də analiz otaqlarına çəkilib işləyirdilər. Divar saatının dəqiqəölçəni hər dəfə bir addım atanda küt taqqıltı eşidilir, dərhalda laboratoriyaya sükut çökürdü.
Mən növbə jurnalını oxuyur,analizin nəticələri yazılan jurnala göz gəzdirir, konfetlə çayiçirdim.
Əgər vaxt imkan versəydi, stolun üstündəki qəzetlərədə baxırdım.Qızlar, nəhayət, analizin nəticələrini jurnala yazır, dərhal da qurğulara getmək üçün hazırlıq görürdülər: hər iki sa-
atdan bir gedib, analiz üçün nümunələr gətirməliydi onlar. Qızların işi ağır idi, gecə vaxtı daha çətin olurdu, həm də qorxu-
luydu. – Cluşay, Birqölğ, davay sobiray vehi, seyças poydem na ustanovku, – Tanya deyirdi.
Yağ və parafin nümunələri götürmək üçün işlədilən buulkaları, filtrlərdən qaz qarışığı götürmək üçün istifadə olunan
voleybol topu kamerlərini çamadana oxşayan taxta qaba yığırdıBirgül. Onun ləngidiyini görən Tanya köməyə gəlirdi:
– Биргюль, ну давай быстрей! Не видешь, что ли человек вот уже целый час сидит и нас ждет?
– Az, nədi, a səni əkənin beli qırılsın?! – Birgül deyirdi. – Butulkanın hərəsini bir tərəfə atmısan, mənim neçə əlim var?
Tanya azərbaycan dilini, Birgül də rus dilini bilmirdi.Amma bu iki qız birlikdə dil tapır, yaxşı da işləyirdilər. Onların
öz aralarında necə danışdığına qulaq asmaq mənim üçün həm maraqlıydı, həm də gülməliydi: hər biri ancaq öz dilində da-
nışan və o birinin dilini əsla bilməyən iki qız – iki müxtəlif xal-
qın övladları nə qədər qəribə görünsə də, bir-birini yaxşıca başa
düşürdü.Sonra qızlar laboratoriyanın qapısını açarla bağlayırdılar və biz pilləkənlə aşağı düşüb, qurğulara tərəf yollanırdıq.
Hərəsinin əlində bir qab, hər biri də ancaq öz dilində danışan iki qız idi, mən də düşürdüm onların yanına. Ağ xalat geyinmiş
Tanyanın xam at kimi, az qala oynaya-oynaya yol getməyi indi də yadımdadı. Gözəl qız idi Tanya, topa bağlayıb, başının yu-
xarısından kürəyiaşağı salladığı saçı da yeridikcə eynən at quyruğu kimi yellənirdi və o gah mənimlə, gah da Birgüllə danışa-
danışa həm də oxuyurdu − hansısa rus mahnısını dodağının altında zümzümə eləyirdi. Bu arada Birgülün səsi eşidilirdi:
− Az, a Tanya, eşit gör nə deyirəm.
− Çeqo? − Tanya oxumağına ara verirdi.
− Az, nə anqrersən, burda kar-zadmı var, a səni əkənin süysünü sınsın? Deyirəm ki...
Ona da fikir verirdim ki, qızlar öz aralarında bəzən də başqa-başqa mövzulardan danışırdılar.
Qurğularacan olan dördyüzmetrlik yolu gecə vaxtı gedib-gələndə qızlar qorxurdular. Sex rəhbərliyinə şikayətlər olur-
du, amma o vaxt belə şeylərə fikir verən yox idi, istehsalat rəhbərlərini plan göstəriciləri daha çox maraqlandırırdı.
Təhlükə isə var idi və bir gecə qızlara həqiqətən hücum oldu. İki cavan kişi gecə saat üç-dörd radələrində divardan
aşaraq zavodun ərazisinə daxil olub, qızları güdüblər. Laboratoriya binasıyla yolun arasındakı ərazi qaranlıqdı deyə, hücum
da orda olmuşdu. O gecə növbədə dayanan iki qızdan birinin adını xatırlamıram, amma o biri qızın adı yadımdadı − Mehri-
ban idi o qızın adı. Söyüd şivinə oxşayırdı Mehriban, qarayanızdı, qəşəng gözləri vardı, çox da sakit qız idi. Hətta o qədər
sakit idi ki, aciz adam təsiri bağışlayırdı. Oğlanlar hərəsi bir qızın üstünə cumub. Adını xatırlaya
bilmədiyim qız cəld tərpənib, aradan çıxmışdı − qaçaraq, özünü
laboratoriyaya çatdırıb, pilləkənlə yuxarı qalxmışdı. Onu təqib eləyən oğlan binanın içərisinə daxil olsa da, pilləkənlə yuxarı
qalxmağa cəsarəti çatmamışdı. Mehriban isə ələ keçmişdi. Amma ilk baxışdan aciz adam təsiri bağışlayan qız özünü itirmə-
miş, içərisində analiz üçün nümunələr yığılmış bir-neçə butulka olan taxta qabı oğlanın başına çırpıb, elə qışqırmışdı ki, basqın-
çıların ikisi də qorxub qaçmışdı.

Yarım saatdı işləsəm də, yer çox daşlıqdı deyə, vur-tut iyirmi santimetr dərinliyində bir çala qaza bilmişdim.
Ağac əkmək üçün bu, az idi. Tanış adamların birinin əlində lom gördüm və xahiş elədim ki, beş dəqiqəliyə onu mənə versin.
Tanışım lomu verdi, amma yanımda durdu, daha doğrusu, başımın üstünü kəsdirdi ki, hamıya lazım olan aləti özümdə çox saxlamayım, başqalarına da verməyim.
Lomu ikiəlli tutub var gücümlə vursam da, üç-dörd santimetrdən dərinə getmirdi. Dayanmadan işləyirdim.
Sovet dövründə Bakıda salınmış yüzhektarlarla yaşıllığıməhv eləyib, yerində göydələnlər tikiblər
Vəziyyətdən çıxmaq üçün təklif irəli sürüblər: gəlin
adama bir ağac əkək. Əkək, deyirsiniz, əkək. Amma bəs o gözəl-gözəl park
və xiyabanları məhv eləyənlərin işi necə olsun, onlara gözün üstə qaşın var, deyən olacaqmı? Belə ki görürəm, deyəsən, ol-
mayacaq. Hamı başını qaldırıb baxdı. Mən də baxanda gördüm ki, o tərəfdən gələn iki nəfərdən biri zavodun direktorudu. Adam-
ların əksəriyyəti əl saxlayıb baxırdı və deməliyəm ki, bu mənim xeyrimə oldu: lom yiyəsinin də başı qarışmışdı deyə, məni
yaddan çıxartmışdı. Fürsətdən istifadə eləyib, lomu yerə qoydum, çalanın dibindəki daşı-torpağı bellə təmizləyib atdım. Lo-
mu götürüb, yenə qazmağa başladım.Biz tərəfə yaxınlaşmaqda olan direktor birdən əl atıb,
əyninə geydiyi yüngül paltonun düymələrini açdı. Aprel ayının əvvəlləri olsa da, o gün hava xoş idi və görünür, direktor daşlı-
kəsəkli yerdə gəzməkdən yorulub tərləmişdi. İki cavan oğlan elə bil yerin altından çıxıb, bir göz qırpımında direktorun başı-
nın üstünü aldılar və paltonu əynindən çıxartdığı andaca əlindən alıb, qəflətən peyda olduqları kimi, o cür də yox oldular.
Lomla hardasa on dəqiqə işləyib, çalanı xeyli dərinləşdirə bilmişdim. Amma heydən düşmüşdüm − fasilə eləməliy-
dim. Bayaqdan bəri dayanıb, maraqla baxan adamlar direktorun yaxınlaşdığını görüb, işləməyə başladılar. Mən isə yorul-
muşdum, əlimdəki belin sapına söykənib, nəfəsimi dərir, həm də direktora baxırdım.
Direktor cavan adamdı, vur-tut otuz dörd yaşı var. Ölkədə qarışıqlıq başlayanda Rusiyaya gedib, on beş ilə yaxın orada yaşayandan sonra vətənə qayıdıb.
Bizim zavoda direktor təyin olunmamışdan əvvəl iki il hardasa işləyibdi. Söhbət gəzir
ki, milli orduda da xidmət eləməyib. − Ey, cavan oğlan!
Zavodda çoxdan tanıdığım bir dostum dəydi gözümə, bu sözü də ona dedim. Dostum kostyum geyinib, qalstuk taxıb,
əlində dəricildli qara bloknot tutub. Deyəsən, məni görmürdü. Başqa vaxt olsaydı, onu yolundan eləməzdim, amma maraq
güc gəldi, “ey, cavan oğlan!” deyib onu səslədim. Nəhayət, məni gördü, yaxınlaşıb salam verdi. Hiss elədim ki, tələsir, çox
ləngiməyəcək. Ona görə də məni maraqlandıran sualı bəribaşdan verdim:− Əlində bloknot gəzdirməkdə xeyir ola, deyəsən, vəzifəni böyüdüblər?
Əvvəllər bununla adi tanışlar kimi, uzaqdan-uzağa salamlaşırdıq.Amma sonra təsadüfi bir söhbət zamanı öz di-lindən eşitdim ki, Qarabağ müharibəsinin iştirakçısıdı, özü də
bizim kənddə vuruşub. Dostluğumuz da elə o vaxtdan başladı. Hər dəfə onu görəndə elə bilirəm ki, yaxın adamımı görürəm.

Yadımdadı ki, uşaq vaxtı qaranlıqdan qorxurdum. Hərdən gecə vaxtı evdən çıxıb, qapıdan nəsə gətirməli, ya da nəsə
başqa bir iş görməli olurdum. Qarşımda zülmət gecənin qaranlığı, arxada isə evimizdə közərən neft lampasının zəif işı-
ğıydı − qoşa pəncərədən süzülən o işıq heç olmasa dəhlizisə fərli işıqlandıra bilmirdi. Yerlə göyün arasını dolduran qaranlıq
elə qatı, elə dərin idi, məni vahimə basırdı. Yerimdə donub qalır, geri dönməyə cəsarətim çatmırdı; mənə elə gəlirdi ki,
üzümü geri çevirən kimi qaranlıqda gizlənib, pusqu qurmuş əcaib məxluqlar üstümə atılıb, məni boğacaqlar. Geriyə dön-
mədən dalı-dalı gedib, evin qapısını kürəyimlə vurub açırdım.Utandığımdan heç kimə deyə bilmirdim ki, qaranlıqdan qor-
xuram. Amma sonralar − hardasa doqquz-on yaşdan sonra qaranlığa öyrəşdim, hətta o qədər öyrəşdim ki, gecələr yiyəsiz
çöllərdə tək-tənha heyvan otarır, hərdən də bərk yorulanda yı-xılıb yatırdım.
Kadrlar şöbəsinin rəisi vəzifəsinə təyinatla bağlı keçmiş
direktorun həmkəndliləri maraqlı bir əhvalat danışırdılar.
Arada elə oldu ki, o vəzifə bir müddət boş qaldı və sən demə,direktorun doğma kəndində bu məsələ ciddi müzakirə olunur-
muş, çünki biri hüquqşünas, biri də politoloq olmaqla, o yerə iki adamın namizədliyi irəli sürülübmüş. Üstünlük politoloqa
veriləndə isə kənddə çox adam bu qərardan narazı qalıb: orta məktəbdə politoloqa dərs deyən müəllimlərin kimisi ürəyini,
kimisi başını tutub ki, iki eşşəyin arpasını bölə bilməyən adam o boyda zavodun kadrlar şöbəsinə necə rəhbərlik eləyəcək? − Siz onu tanımırsınız, − direktorun həmkəndliləri deyirdi,
− bizim məktəbi bitirən uşaqlar arasında hələ indiyəcən elə zəifi olmayıb: dövlət ali məktəblərinin heç birinə pulla da
girə bilmədi, axırda pul verib, adını yazdırdı özəl ali məktəb-
lərin birinə. Orda da nə oxumaq, pul verib qiymət yazdıra-yaz-
dıra diplom aldı.Maraqlı əhvalatdı və həm də tək elə ona görə yox ki,
neft emalı zavodunun kadr məsələləri Bakıdan beş yüz kilometr uzaqdakı bir kənddə çox ciddi müzakirə olunur, vakant
yerlərə namizədlər irəli sürülürmüş. Biz də nə bilək, heç nədən xəbərimiz yoxdu.
Keçmiş direktorun əlindən bezmişdi camaat. Keçən ilin
yayında axır ki, onu işdən çıxartdılar. Çox adam sevindi: “Al-
lah, sənə şükür, − dedilər, − canımız qurtardı!” Əksəriyyətin
fikri beləydi ki, təzə direktor nə qədər pis olsa da, hər halda,
əvvəlkindən yaxşı olacaq. Amma tezliklə məlum oldu ki, se-
vinməyə heç bir əsas yoxdur.Təzə direktor gələn kimi zavodun baş mütəxəssisləri,
direktor müavinləri, şöbə və sex rəislərini işdən çıxartmağı bir
yana, idarə aparatında işləyən iki yüz əlli işçinin hər birinə məktub paylandı.
“Hörmətli Filankəs, zavodun yeni ştat cədvəlinin təsdiq edilməsi ilə əlaqədar olaraq, sizin tutduğunuz vəzifə ixtisara
düşmüşdür.Bu səbəbdən sizinlə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci mad-
dəsinin “b” bəndinə əsasən 2 ay bitdikdən sonra xitam verilə-cəkdir.” − Məktubda belə deyilirdi. Onu oxuyub, tanış olandan
sonra xüsusi olaraq tərtib olunmuş siyahıda hər kəs öz adının qabağında qol çəkərək, iki aydan sonra işdən çıxarılacağı ba-
rədə məlumatlandırıldığını və bu məsələylə bağlı heç bir etirazı olmadığını bildirməliydi.
− Dünyaya ölüm! Bəşəriyyətin bir başı olsaydı, qılıncımın bir zərbəsiylə vurub, onu üzərdim və heç “uf” da deməz-
dim, − Nada deyir. Taun onunla razılaşmır: − Nizamnamə heç də hər şeyi ləğv eləmir. Bax ha, sən
cızığından çıxırsan.Kadis şəhərinin sakinlərindən biridi Nada, əyyaş, özü də çox qəddar adamdı. Ona rast gələndə Taunun matı-qutu qu-
ruyur, çünki Nada onun özündən də betərdi və o səbəbdən, onu öldürmür, öz dəstəsinə götürür. − Bu gündən etibarən şəhər mühasirə vəziyyətindədir,
− Taun deyir. Məsələ çox qəliz idi. Zavod rəhbərliyinin dəyişdirilməsi
deyilən adi məsələ deyildi bu: nə qədər qəribə olsa da, mən gö-
rürdüm ki, bir dəstə basqınçı gəlib, zavodu işğal eləyib.
Camaat arasında çaxnaşma düşmüşdü. Söz gəzirdi ki,
idarə işçiləriylə haqq-hesabı çürüdüb, sexlərə keçəcəklər.
Adamlar vahimə içindəydi, heç kim bilmirdi sabahkı gün onu
nə gözləyir. Təzə direktorun komandası öz bildiyini eləyir, za-
vodun həmkarlar təşkilatı susurdu. Adamlar orda-burda yığışıb
pıçıldaşırdı. Hərdən belə söhbətlərə mən də qoşulurdum və
yaranmış vəziyyətlə bağlı öz şəxsi fikrimi bildirirdim: “İndiki
vəziyyətdə bizim hüquqlarımızı həmkarlar təşkilatı qorumalıdı.
Amma təəssüflər olsun ki, o təşkilatın bizdə ancaq adı olub,
özü isə olmayıb. Əslində, günah elə özümüzdədi, çünki istədi-
yimiz adamı seçməyə heç vaxt cəsarətimiz çatmayıb. Ona görə
də bu günə qalmışıq.” Ölü həmkarlar təşkilatının diribaş sədri də yazıq öz
canının hayındadı. Yazıq deyiləsi deyil, amma, hər halda, bu da durduğu yerdə işə düşüb: direktor təzə gələndə gedib ki, tanış
olsun, “xoşgəldin” eləsin.
− Sən kimsən? − direktor deyib.
− Mən zavod həmkarlar təşkilatının sədriyəm.
− Mən səni çağırmışam?
− Yox, çağırmamısınız.
− Bəs onda nə gəzirsən?
− ... Həmkarlar təşkilatının sədri söz tapa bilməyib və pərt halda direktorun kabinetini tərk eləyib. Necə həyəcanlanıbsa,
elə həmin gün xəstəxanaya düşüb. Aradan iki gün keçəndən sonra direktor xəbər tutub və mesaj göndərib ki, sənin nazınla
oynamağa vaxtımız yoxdu, ya işə çıx, ya işdən çıx. Həmkarlar təşkilatının sədri mesajı alan kimi dərhal sağalıb, işə çıxıb.
Gördüm ki, vəziyyət çox pisdi. Orda-burda toplaşıb pıçıldaşan dost-tanışa dedim ki, yığışıb, bir iclas keçirmək la-
zımdı. “Sizin işiniz yoxdu, yığışın, direktorla mən özüm danı-
şaram”, − dedim. Amma gördüm ki, vəziyyət mənim təsəvvür
elədiyimdən də pisdir: iclas nədi, camaat o barədə danışmağa
da qorxur.İradə məndən soruşdu ki, siz Kamyunu sevirsiniz, elə-
mi? Dedim ki, bəli, o yazıçıya böyük rəğbətim var. Amma qız
əl çəkmirdi: “A za çto vı löbite eqo?” Yadımdadı ki, bu suala konkret cavab verə bilmədim və
adətən, belə hallarda işlətdiyim cümləni təkrar eləyib “ona görə
ki, Kamyu yaxşı yazıçıdır”, dedim. − Qardaş, biz məzlum və yoxsul adamlarıq. Şor-çörək həyata dad verir. Biz qorxuruq ki, həyatımızla birlikdə olub-
qalan bir tikə çörəyimizi də itirək”, − “Mühasirə vəziyyəti” faciəsində Kadis şəhəri camaatını təmsil eləyən xor belə deyir.
Sonra da mənə deyirlər: axı sən bu Komyuda nə görmüsən?Belə görünürdü ki, iclas məsələsi baş tutmayacaq.
Mətbuat vasitəsiylə direktora müraciət eləmək necə? − Bilmirəm bu fikir hardan ağlıma gəldi.
Əvvəllər bu zavodda rəhbər vəzifələrdə işləyənlərin hamısı kollektivin öz içində yetişmiş adamlar olurdu, onlar da
camaatı tanıyırdılar deyə, arada az-çox hörmət var idi, işçini heç olmasa adam yerinə qoyur, onunla insan kimi rəftar elə-
yirdilər. Bunlar isə bir dəstə yad adamdı, hərəsini bir tərəfdən tutub gətiriblər, bilmirsən kimdilər, nə yuvanın quşudular: gər-
dən çəkib, saymazyana durublar, qırımlarından müftəxorluq,yekəxanalıq, harınlıq yağır.
Müharibə başlamışdı artıq və mən bilirdim ki, belə
olacaq. Keçən ilin dekabr ayında iş yoldaşlarımdan biri məzu-
niyyətdən qayıtmışdı, dedi: “İki aydı işləmirəm, kənddəydim,
heç nədən xəbərim yoxdu. Zavodda nə var, nə yox, vəziyyət
necədi?”
− Vəziyyət pisdi, müharibə olacaq, − dedim. Təəccübləndi və mən əlavə elədim: − Bəli, vəziyyət çox pisdi, bu iş
sülh yoluyla düzələn deyil, müharibə olacaq.Bu söhbətdən üç həftə sonra, yeni il ərafəsində başqa
bir iş yoldaşıma da elə dedim. Bir qarlı gün idi, özü də iş günü deyildi, iş yoldaşım küçədə məni gördü və maşını yolun
qırağına verib saxladı. Görüşüb, hal-əhval tutduq, soruşdu ki,işlərin necədi, təzəgələnlərlə dil tapa bilirsənmi? Dedim, dil
tapmaq nədi, vəziyyət qəlizdi, müharibə olacaq. Söhbət uzanırdı, hava da soyuq idi, keçib maşında oturdum, xeyli dərd-
ləşdik. − Məncə, direktorun özüylə söhbət eləsən yaxşıdı, − iş yoldaşım dedi. Bu sözü üçüncü, ya da, deyəsən, dördüncü də-
fəydi ki, təkrar eləyirdi.Ürək qızdırıb “müharibə olacaq” dediyim adamlar qor-
xuya düşüb, narahat olur: “Nəyinə lazımdı? Hamı necə, sən də elə: get, başını aşağı sal, işinlə məşqul ol”, − deyirdilər.
Tanışlarımın həyəcanı əsassız deyildi: dava eləmək istədiyim adamlar çoxdu, onların pulu da çoxdu, üstəgəl, hər an
mənə qarşı çevirə biləcəkləri hakimiyyət var əllərində.
Mən isə təkəm: tək-tənha. Əslində, belə qeyri-bərabər mübarizəyə girişmək fikrinə düşmək, onu dilə gətirmək özü də mövcud şəraitdə təhlükəli bir addımdır.
“Müharibə olacaq” desəm də, düzünə qalsa, heç nəyi dəyişdirməyəcək və son nəticədə mənə ziyandan başqa bir şey
verməyəcək qarşıdurmaya getmək istəmirdim: böyük bir mafiyayla kəllə-kəlləyə gəlmək, tək-tənha mübarizə aparmaq asan
iş deyil. Amma hadisələr elə inkişaf eləyirdi ki, elə bil hansısa
gizli bir qüvvə məni tutub, zorla o qarşıdurmaya sürükləyirdi və bir də baxıb gördüm ki, müharibə başlayıb. Ağlıma gələn
başıma gəlir, − bilirdim ki, belə də olacaq.Mən onları bir-neçə şeydə, əsasən də, maliyyə fırıldaq-
larında ittiham eləyirdim. Əslində, onların bütün fəaliyyəti elə maliyyə fırıldağından ibarətdir.
Onların mənə irad tutacaqları bir şey yox idi, bütün qüvvələrini səfərbərliyə alıb, məni dolaşdırmaq və nəsə bir
bəhanə tapıb, işdən çıxartmaq istəyirdilər. Bu cılız istəyin onlara xeyir verməyəcəyini, əksinə, son nəticədə ziyan vuracağını
bilsəm də, işdən çıxarılmaq, sonra təzədən bərpa olmaq kimi,uzun və üzücü bir proseduru keçmək istəmirdim. Digər tərəf-
dən də düşmənlərimə kiçik və müvəqqəti də olsa, hər hansı üs-tünlük şansını vermək fikrim yox idi.
Heç kim bizim işimizə qarışmırdı. Mən də, düzü, incimirdim, fikirləşirdim ki, camaat neyləsin, hər kəs öz canının
hayındadı. Yalnız bir-iki nəfər sözdə nəsə deyir, arada sülh yaratmaq barədə danışırdılar. O adamların səmimiyyətinə inanır-dım, amma bilirdim ki, hadisələrə müdaxilə eləyəcək dərəcədə
cəsarətli deyillər, dedikləri də gəlişigözəl sözlərdi − mənim yanımda deyib, özlərini göstərirlər, vəssalam.
− Siz hansı sülhdən danışırsınız? − onlara deyirdim.−Bəyəm görmürsünüz ki, qan su yerinə axır?
Müharibə isə davam eləyirdi, artıq onun əks-sədası zavod hüdudlarından kənara çıxmışdı. Savaşın onuncu günü, na-
har fasiləsi vaxtı xəbər gəldi ki, məni Dövlət Neft Şirkətinə çağırırlar. Getdim.
Hər kəs hesab eləyirdi ki, düz danışır, ədalət də onun tərəfində olmalıdır. Sən demə, daxili auditin rəisi nümayəndə
heyətinin üzvlərindən olan sex rəisiylə nə vaxtsa bir yerdə işləyibdi, bir-birini yaxşı tanıyırlar. Amma buna baxmayaraq,
sex rəisinin dili-dodağı qurumuşdu, gözünün altındakı qara ləkələr bir az da böyüyüb, gömgöy göyərmişdi; özünü necə itir-
mişdisə, o qədər adamın yanında yek kəlmə qayıdasan ki, sən niyə istəyirsən mən türmədə oturum?
Dövlət Neft Şirkətində “razborka” gedirdi. Nümayəndə
heyətinin o biri üzvü direktor müavinidi və sən demə, nağıl danışmağa gəlib. Belə baxanda, hamısı öz adamlarıdı, nağılsız
da ötüşmək olardı. Amma bir halda ki, nağıl danışır, deməli,vəziyyət yaxşı deyil, ona görə də özünü itiribdi, bilmir ki, bura
uşaq bağçası deyil. Sözündən belə çıxırdı ki, işləməkdən üzülübdü. Amma sifətinə baxan kimi bilinir ki, yalan deyir: yeyib-
yatmaqdan divə dönüb, cavan adam olsa da, indidən piy basıb,boynu dönmür, qarnı nə boydadı.
Təzə direktorun müavini çoxdu, mən onlardan ancaq birini tanıyıram − o kişi də keçmiş direktorun vaxtından işlə-
yir. Təzə direktor onu çıxartmadı, çünki Neft Şirkətində vitseprezident işləyən adama qohumluğu çatır. Bu nağıldanışana
gəlincə, qəzetlərin “iyirmibeşyaşlı direktor müavini” dediyi, deyəsən, elə budur.
− Buna nə var, −məni deyir, − saat beş olan kimi çıxıb gedir evinə. Biz yazıq saat onacan qalıb işləyirik, − “biz yazıq” deyəndə özüqarışıq, təzə direktorun komandasını nəzərdə tutur.
− Zavod idarəsində neçə aydı təmir işləri gedir. İnanırsınızmıki, oturmağa mənim nəinki adi bir kabinetim, heç olmasabalaca bir otağım da yoxdu. Başqa adamın kabinetində oturu-
ram, orda da elə darısqallıqdı, ayrıca bir stol qoymaq beləmümkün deyil. Kabinetində oturduğum adamın iş stolunun bir
küncünə qısılmışam. Təzə direktorun gəlişiylə zavodun idarə binasında ge-
nişmiqyaslı yenidənqurma və əsaslı təmir işləri başlayıb. Əslində, buna heç bir ehtiyac yox idi, çünki idarə binasında əsaslı
təmirin başa çatdığı heç yarım il də deyildi.
On gün əvvəl bu direktor müavini məni öz yanına çağırmışdı. Çox təəccübləndim, çünki küçə uşağı kimi, səviyyə-
siz və kobud danışırdı. Başqa çıxış yolu yox idi, cavabını verib,otaqdan çıxdım. Görünür, belə cavab olacağını gözləmirdi və
necə çaşmışdısa, durub, dalımca dəhlizə çıxdı. Ayaq saxladım ki, görüm, bəlkə, əlavə sözü var. Lal-dinməz dayanıb, gözlərini
döyə-döyə üzümə baxır, mən də buna baxıram. Bəlkə də, nəsə demək istəyirdi, ya da nəsə eləmək, məsələn, yumruqdavasına
çıxmaq istəyirdi. Amma cəsarəti çatmadı. Dəhlizdə xeyli adam var idi, əksəriyyəti də direktor müaviniylə işi olan adamlar idi,
gözləyirdilər ki, mənimlə söhbətini qurtarsın. Onlardan biri araya girdi: “Sən ona fikir vermə”, − deyib, direktor müavini-
nin qolundan tutdu, dəhlizin o başına apardı. Direktor müavininə son sözümü: “Zibilin biri zibil”, − deyib, pilləkənlə aşağı
düşdüm.Sən demə, direktor müavinini ən çox mütəəssir eləyən də ona “zibilin biri zibil”deməyim olub. Sözü o qədər adamın
yanında deməyim isə lap bərk yer eləyib. Hər halda, o hadisədən bir həftə sonra mənə belə dedilər; onun yanına tez-tez gedib-gələn iki nəfər danışdı, dedilər, deyir: “Bizim aramızdakı
söhbət gərək öz aramızda qalaydı. O söhbətin camaat içində, özü də o şəkildə davam eləməyi yaxşı olmadı.”

− Deyir, gələn aydan maaşlar artacaq, xəbəriniz varmı?
− Kim deyir?
− Camaat danışır? − Mən elə şey eşitməmişəm.
− Mən də.
− Deyir, ac toyuq yuxusunda darı görər. Camaatdı də, danışır. Maaş artımı olsa da, məncə, gələn il − prezident seç-
kiləri ərafəsində olacaq. − İlin əvvəlində maaşımızı iyirmi beş faiz artırsalar da,
xeyri yoxdu, dolanmaq çətindi. Hər şeyin qiyməti qalxıb, əksər malların qiyməti bir-neçə dəfə artıb.
Adi iş günlərindən biridi. Mən öz iş yoldaşlarımla söhbət eləyirəm. “Atəşkəs” haqda razılığa əsasən, bir qırağa çəki-
lib, öz işimlə məşqulam. İşimiz öz axarıyla gedir: gələn yüklər qəbul olunub boşaldılır, yollar təmir olunur, texnika saz vəziy-
yətdə saxlanılır; sənədlər, yazı-pozu da öz qaydasındadı. Bütün bu işlərə biz − dörd nəfər cavabdehik, hamımız da bir otaqda
otururuq, daha doğrusu, bizi bir otağa doldurublar. İş yaxşı gedəndə oturub çay içir, qəzet oxuyur, krassvord eləyir, kimisə
lağa qoyur, lətifə danışıb gülür və ən müxtəlif məsələləri müzakirə eləyirik. − Çörəyin qiyməti qalxmayıb?
− Xeyr, ən çox elə çörəyin qiyməti qalxıb. Bu gün iyirmi qəpiyə aldığımız çörək bir müddət əvvəl düz bir kilo
gəlirdi. Amma indi o çörəyin üçü bir kilo gəlir. Çörək strateji məhsuldu, onun qiyməti, çəkisi və keyfiyyəti nəzarətdə olma-
lıdı. Qonşu İran dövləti on il İraqla müharibə elədi, amma o ölkədə çörəyin nə qiyməti, nə də çəkisi dəyişmədi.
− Baxıram, vallah, bu otaqda elə ağıllı, elə savadlı adamlar oturub, deyirəm, bilsələr, gəlib yuxarılara − Nazirlər
Kabinetinə, Prezident aparatına aparacaqlar. Qorxuram onda da zavodun işi dayana. Son xəbərlər gedir, bəlkə, o radionun sə-
sini bir az artırasınız. Görək dünyada nə baş verir, Amerika İranı bombaladımı? Dünyanın necə də bir yiyəsi yoxdu, Ame-
rika qudurub: müsəlman ölkələrini bir-bir bombalayıb, yerlə yeksan eləyir, abad məmləkətləri viran qoyur, cinayət və terror
yuvasına çevirir ki, nədi-nədi iş bilmişəm, mən burda demokratiya yaradacam. İraq xalqı yumruq kimi birləşib, işğalçı ame-
rika ordusuna qarşı mübarizə aparmaq əvəzinə, sünni-şiə da-vası başlayıb: sünnilər gedib, şiə məsçidini partladır, günahsız
insanları namaz qılıb, Allaha dua elədikləri yerdə qanlarına qəltən eləyir, şiələr də sünnilərin başına eyni oyunu açır, əvəz
çıxırlar. Düzü, mən belə şeyləri eşidəndə xəcalət çəkirəm. − Düzdü, tamamilə doğru deyirsiniz. Amma xahiş edi-
rəm, beşcə dəqiqə imkan verin, görək radioda nə deyir. Sükut. − Prezidentin bölgələrə növbəti səfərindən danışır. Ax-
şam televizorda göstərirdilər, baxmadınız? Mən ordan-burdan baxdım.
− Sizi bilmirəm, dünən televizorda gördüklərimdən mənə ən çox təsir eləyən Kürdəmirin kəndində qayıqla Kürü ke-
çən camaatın suda boğulmağı oldu. Fövqəladə Hallar Nazirliyi dalğıcları töküb, axtarış aparır, neçə adamın meyidini tapa
bilmirlər. Olmazdımı orda bir körpü tikəydilər, ya da heç olmasa camaatın o üzə-bu üzə keçməsi üçün babat bir qayıq ve-
rəydilər, o bədbəxtlər də pulunu verib, nəqliyyat vasitəsi kimi istifadə eləyər, o cürə beş-beş, on-on suda boğulub ölməzdilər.
Camaatın istifadə elədiyi qayığı göstərəndə mən dəhşətə gəl-dim: çörək təknəsinə oxşayan əldəqayırma şeydi.
Necə də ürək eləyib, o əcəli-mayallağa minirlər! İki kənddi, bir adamın da
ağlına gəlmir deyə ki, bizim yiyəmiz yoxdu, gəlin heç olmasa özümüz öz başımıza çarə qılaq − adambaşı pul yığaq, bir qayıq
alaq. Televizorda kənd sakinlərindən birini göstərdilər, müxbir buna sual verdi ki, kəndinizdə baş verən bu hadisədən sonra,
yəqin, o, əldəqayırma qayıqdan istifadə eləməyəcəksiniz, qonşu kəndə də getməyəcəksiniz, eləmi? Əlli yaşlarında kişidi,
baxırsan, adamın yazığı gəlir. Nə desə yaxşıdı? “O, nə sözdü,
oğul? − müxbirə deyir. −Çayın o tayındakılar hamısı qohum-
əqrəbadı, simsardı, dost-tanışdı. Bəs bunun xeyri var, şəri var,
necə getməyək? Gedəcəyik, əlbəttə, gedəcəyik.” − O boyda
faciə bir yana, kişinin elə deməyi də məni lap bir təhər elədi.
− Uşaqlar, çay hazırdı. Hər kəs öz fincanını götürüb, küncdəki stola yaxınlaşdı
və çay süzüb, öz yerinə qayıtdı. Kim nə deyir desin, səhər vaxtı işdə içilən bir stəkan təzədəm çayın yerini heç nə vermir. Əgər
işin də yaxşı gedirsə, o çay bal dadır. Biz çayımızı içməyə macal tapmamış qapı açıldı, üz-
bəüz qonşu otaqdakı mühəndis içəri girdi. Əlində fincan tutubdu, salam verib soruşdu ki, çay varmı?
Elə bil iy bilirlər, çay hazır olan kimi bir-bir gəlirlər:
bəlkə çayınız ola? Çay var, amma soruşmaq ayıb olmasın, bu otaq sizin üçün çayxana-zaddı? Çay süzüb, heç olmasa gedib,
öz otaqlarında içsələr, yenə dərdyarıdı. Yayxanıb, boş stullarda
oturur, bizim söhbətimizə qoşulurlar. Yaxşı iş deyil bu, hər kəs öz iş yerində oturmalıdı. Şəxsən mən hələ indiyəcən qonşu
otaqların heç birində beş dəqiqə də oturmamışam, hətta işlə
əlaqədar nəsə lazım olanda belə, sözümü ayaqüstü deyib, qapıdan qayıdıram.Əgər kimsə gəlib, bizim otaqda çay içir, söhbət
eləyib vaxt keçirirsə, onda belə çıxır ki, bu otaq çayxana-söhbətxanadır.
Bu üzbəüz qonşu çox vaxt çay süzüb, öz otağına gedir,
hərdən də ləngiyib deyir: “Təzə anekdot varmı?” Olur ki, mən
cəld tərpənib, sözkəsənlik eləyirəm: “İş vaxtı nə anekdot?” −
yəni ki, get çayını öz otağında iç, bura sənin üçün söhbətxana
deyil. Amma xeyri yoxdu və artıq məni qabaqladılar.
− Var, niyə yoxdu?
− Danış görək.
− Deməli, bir kişinin oğlu Rusiyada işləyib, pul qazanır.Amma arvad-uşağı kənddədi, arada gəlib, bir-iki gün qalır,
yenə qayıdır. Növbəti dəfə gəlib-qayıdandan sonra dədəsi zəng eləyib, oğluna deyir: “A köpəyoğlu, neçə dəfə demişəm ki, o
rus qəhbələriylə ehtiyatlı ol, xəstələnərsən? Demişəm, deməmi-
şəm? Demişəm, yaxşı ki, boynuna alırsan. Bəs mənim deməyimin nə xeyri oldu ki, o zəhrimar xəstəliyi gətirib, gəlini xəs-
tələndirmisən? Gəlindən keçib...” − Sözün qısası, bütün rayona yayılıb. Onu bilirik. − Yaxşı, başqasını deyim. Bir kişinin arvadı hamilədi.
Bir gün kişi gileylənib, arvadına deyir ki, bəs mən qalmışam belə, heç bilmirəm neyləyim? Arvad deyir: sən nə əfəl adam-
san, qonşu arvadların birinə yaxınlaşsana... Kişi deyir ki, üzbə-üz qonşunun arvadına yaxınlaşdım, pul istəyir, özü də çox istə-
yir. Bunu eşidən arvad özündən çıxır: “Pul istəyir?! Bəs keçən il o ləçər özü hamilə olanda əri neçə dəfə gəldi, mən ondan heç bir qəpik də...”
− Onu da eşitmişik. − Sən hamısını bilirsən ki, bəs onda nə danışaq? Hə,dayan, yadıma düşdü: qəzetdə bir lətifə var, onu oxuyum, qulaq as. O qəzet kimdədi?
− Qəzet sənin stolunun üstündədi. Krassvord qəzetlərinin arasına bax, orda olacaq.
− Hə, tapdım. Oxuyuram, qulaq as: anatomiya dərsində şagird müəllimdən soruşur ki, qadınla kişinin arasında fərq nə-
dən ibarətdi? Müəllim deyir: “Sənin atan hansı ölçülü ayaqqabı
geyinir?” Şagird cavab verir...
Lətifəyə qulaq asdı, güldü, çayını içib getdi. İndi o birisi
gələcək. Doğrudan da, qapı açıldı və üzbəüz cərgədən, iki otaq
o yanda, qadın tualeti tərəfdəki otaqda oturan mühəndis içəri
girdi. Salam verib soruşdu ki, çayınız varmı? O biri heç olmasa öz fincanıyla gəlir, buna stəkan da
verməliyik. Təhlükəsizlik texnikası üzrə mühəndisdi bu, ona görə də həmişə bir söz tapıb danışır və otaqda ləngiyir. İşçilərinizi təlimatlandırırsınızmı? − Oturan kimi so-
ruşdu. − Hələ tezdi, qrafik üzrə növbəti təlimatlandırma gələn aydı. − Xeyr, tez deyil. Keçən dəfə mən sizə dedim axı,
qrafik dəyişibdi: bir ay qabağa çəkiblər. O biri rəislər camaatını təlimatlandırır, siz də başlayın.
− Başlarıq. Sən özün bilirsən ki, bizim əlimizdə elə işlər heç nədi.
− Deməli, işçilərin təlimatlandırılmasını dedik, qaldı
partiya məsələsi. Birincisi, xahiş edirəm, vaxtlı-vaxtında gəlib, üzvlük haqqını verəsiniz. − Bu adam partkom deyil, partiya
fəalıdı, üzvlük haqqını da bu yığır. − İkincisi də, sizin işçilər-dən kim partiya üzvü deyilsə, onlara deyin, iki şəkil götürüb,
mənim yanıma gəlsinlər. Ərizə yazıb, partiyaya keçmək lazım-
dı. Bu söz sizə də aiddir, − məni deyir. Otaqda məndən başqa hamı YAP-çıdı. − Axı dünən biz bu barədə danışdıq, − dedim. Həm də
tək elə dünən yox, əvvəlki günlər də söhbətimiz olub. Onu başa salmışam ki, mən bitərəfəm və heç bir partiyanın üzvü olmaq fikrində deyiləm.
O vaxt çox adam narazıydı, hətta o qədər ağını çıxartmışdılar ki, bu məsələ − işçilərin kütləvi şəkildə YAP-a keçir-dilməsi xarici radio-stansiyaların da müzakirə obyektinə çev-
rilmişdi.Digər partiyaların üzvlərinə təzyiq göstərib, onlarıYAP-a keçməyə məcbur eləyə bilməyəndə kompromissə gedir “yaxşı, eybi yoxdu, öz partiyandan çıxma, amma bizim par-
tiyaya da üzv yazıl”, deyirdilər. AXCP, Müsavat və s. partiyaların üzvləri işdən çıxarılmasınlar deyə, YAP-a da üzv yazı-
lır, hər iki partiyanın üzvlük biletini gəzdirirdilər. Partiyaya
qəbul məsələsi iclaslarda müzakirə olunurdu, görürdün, iki-üç
adam yuyulmamış qaşıq kimi, ortaya düşüb “bilirsiniz, məslə-
hətdi ki, hamılıqla YAP-a keçək. Belə lazımdı...”, deyir, hamı-
nın adından danışırdılar. Camaat da qorxusundan dinib-danış-
mırdı. Amma nə qədər çətin olsa da, mən iclasda söz alıb, öz
fikrimi bildirdim: “Hansı partiyanın üzvi olub-olmamaq hər
kəsin şəxsi işidi. Camaatı kütləvi şəkildə, necə deyərlər, “op-tom” partiyaya keçirmək düz deyil.”
İclasdan sonra rəislə təkbətək söhbətimiz oldu:
– Bu iş direktorun şəxsi göstərişidi, mən ona hesabat verməliyəm, – rəis dedi. – Bir özün fikirləş, mən indi gedim
ona necə deyim ki, filankəs partiyaya keçmir? Sənin üçün də
yaxşı deyil, direktor nə fikirləşər? Mənə də nöqsandı ki, iş-çilərimin hamısı YAP-a keçməyib.
Uzun çək-çevirdən sonra mən öz bitərəf mövqeyimi saxlaya bildim. Təzə direktor gələndən sonra yenə təzyiqlər başlayıb.
İndiki söhbətə gəlincə, bilirəm ki, bu partiya fəalı elə adamdı, ağzımdan nə çıxıbsa,
hamısını olduğu kimi, bir az da üstünə qoyub, öz əlavələriylə birlikdə yuxarılara çatdıracaq və aydın
məsələdir ki, buna görə mənə “sağ ol” deməyəcəklər. İlk ağlıma gələn o oldu ki, “atəşkəs” razılığı pozulacaq,
direktor yenə öz “tula”larını üstümə qısqırıb, imkan verməyəcək sakit oturub, işimlə məşqul olum.


Tarix: 19.11.2013 / 03:58 Müəllif: Akhundoff Baxılıb: 1130 Bölmə: Azeərbaycan Əsərləri
loading...