Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan feodalizm dövründə

IX əsrin 60-cı illəri – Şirvanın istiqlaliyyətinin bərpa edilməsi
879-941-ci illər – Sacilər dövləti
889-cu il – Məhəmmədin Azərbaycanın hakimi təyin olunması
893-cü ildən başlayaraq – Məhəmmədin Ərməniyəyə yürüşləri
901-ci il – Məhəmmədin vəfatı
914-cü il – Rusların Azərbaycanın Xəzər sahili yaşayış məntəqələrinə basqınları.
919-cu il 16 iyul – Ərdəbil yaxınlığında döyüş
927-ci il 27 dekabr – Kufə şəhəri yaxınlığında döyüş. Yusifin öldürülməsi
942-981-ci illər – Salarilər sülaləsinin hakimiyyəti
944-cü il 24 avqust – Bərdə şəhərinin tutulması
945-ci il 12 avqust – Rusların Bərdəni tərk etməsi
X əsrin II yarısı – Azərbaycanda Şəddadilər dövlətinin meydana gəlməsi
953-cü il – Məzrubanın Ərdəbildə hakimiyyəti ələ keçirməsi
957-ci ilin dekabrı – Məzrubanın ölümü
961-981-ci illər – İbrahimin hakimiyyəti
971-ci il – Şəddadilər dövlətinin fəaliyyətinin başlanması
981-ci il – İbrahimin məğlubiyyəti və Ərdəbilin tutulması
987-ci il – Əbdül-heycanın Ərməniyəyə hücumu
988-1030-cu illər – Sultan I Mahmudun hakimiyyəti
1010-1080-ci illər – Qətran Təbrizi
1020-1059-cu illər – Əbu Mənsur Vəhsudan
1027-1034-cü illər – Şirvanşah Mənuçöhrün hakimiyyəti
1027-1382-ci illər – Kəsranilər sülaləsi
XI əsr. 30-40-cı illəri – Azərbaycanda rusların hücumlarının genişlənməsi
1038-1063-cü illər – Toğrul bəyin hakimiyyəti
1038-1157-ci illər – Səlcuq imperiyası
1042-ci ilin oktyabrı – Təbrizdə zəlzələ
1045-ci il – Həmədanın tutulması
1050-ci il – İsfahanın tutulması
1050-1067-ci illər – Əbdüləsfər Şavurun hakimiyyəti
XI əsr. 50-ci illəri – Səlcuq qoşunlarının Azərbaycana daxil olması
1055-ci ilin yazı – Bağdadın tutulması
1063-1072-ci illər – Alp Arslanın hakimiyyəti
1067-ci il – Alp Arslanın Arrana gəlməsi
XI əsr. 70-80-cı illəri – Şirvanşah Məzyədilər dövlətinin tənəzzülü
1071-ci il – Məlazgird yaxınlığında döyüş
1072-1092-ci illər – Məlikşahın hakimiyyəti
1074-1088-ci illər – III Fəzmunun hakimiyyəti
1088-ci il – Gəncənin tutulması
1089-1125-ci illər – IV Davidin hakimiyyəti
1108-1127-ci illər – Ağsunqurilər sülaləsi
1108-1146-cı illər – Fələki Şirvanı
1117-ci il – Şirvanın tutulması
XII əsr. 20-30-cu illəri – Qafqaziyədə feodal dövlətinin istiqlaliyyət uğrunda mübarizəsi
1120-ci il – Qəbələ, Şəki, Şamaxının tutulması
1120-1160-cı illər – III Mənuçehrin hakimiyyəti
1120-1199-cu illər – Əfzələddin Xaqani (Xaqani Şirvani)
1121-1122-ci illər – IV Davidin Toğrulla müharibələri
1123-cü il – IV Davidin Şirvana gəlməsi
1123-cü il – Gülüstan qalasının tutulması
XII əsr. 30-cu illəri – Azərbaycan Atabəylər dövlətinin meydana gəlməsi
1136-1225-ci illər – Atabəylər-Eldənizlər sülaləsinin hakimiyyəti
1136-1160-cı illər – Azərbaycan Eldənizlər dövlətinin təşəkkülü
1141-1209-cu illər – Nizami Gəncəvi
1160-1234-cü illər – İbn əl-Əsir
1161-1191-ci illər – Azərbaycan Eldənizlər dövlətinin çiçəklənməsi
1161-ci ilin yayı – III Georginin Gəncə və Dəbili qarət etməsi
1163-cü ilin yanvarı – Atabəy Eldənizin Gürcüstana hücumu
1164 və 1166-cı illər – Gürcülərin Azərbaycana hücumu
1174-cü il – Eldənizin Gürcüstana hücumu
1175-1186-cı illər – Atabəy Cahan Pəhləvanın hakimiyyəti
1184-1213-cü illər – Tamaranın hakimiyyəti
1186-1191-ci illər – Qızıl Arslanın hakimiyyəti
1188-ci ilin martı – Həmədan yaxınlığında döyüş
1190-1245-ci illər – Zülfüqar Şirvani
1191-1225-ci illər – Azərbaycan Eldənizlər dövlətinin tənəzzülü
1192-ci il – Şirvanda zəlzələ
1192-ci il – III Toğrulun Təbrizə hücumu
XIII əsr. sonu 1447-ci il – Səfəvilər tarixinin birinci dövrü
1203-1225-ci illər – I Güstasp ibn Fərruxzadın hakimiyyəti
1206-1227-ci illər – Çingiz xanın hakimiyyəti
1210-1225-ci illər – Özbəyin hakimiyyəti
1219-cu il – Xarəzm dövlətinə basqın
1220-ci il – Monqolların Azərbaycana yürüşü
1221-ci il – Monqolların Təbrizə yürüşü
1222-ci il – Monqolların Şamaxını tutması
1224-1244-cü illər – III Fəribürzün Şirvanı idarə etməsi
1225-ci il – Azərbaycanın Xarəzmşah Cəlaləddinin hücumlarına məruz qalması
1225-ci il – Azərbaycanda Atabəylər Eldənizlər dövlətinin süqutu
1231-ci il – Gəncədə xalq üsyanı
1231-ci il – Monqolların ikinci dəfə Azərbaycana soxulması
1235-ci il – Gəncənin tutulması
XIII əsr. ortaları – Azərbaycana türk-monqol qəbilələrin gəlməsi
1251-1260-cı illər – Menku xanın hakimiyyəti
1251-1234-cü illər – Şeyx Səfiyəddin İshaq əl-Musəvi-əl-Ərdəbilinin hakimiyyəti
1253-cü il – I Hetum Alinin Menku xan ilə ittifaqın bağlanması
1256-cı il – Azərbaycanın istila olunması
1258-1265-ci illər – Hülakü xanın hakimiyyəti
1265-1282-ci illər – Abaqa xanın hakimiyyəti
1275-ci il – Arranda üsyanın baş verməsi
1275-1338-ci illər – Əvhədi Marağayi
1282-1284-cü illər – Əhməd xanın hakimiyyəti
1284-1291-ci illər – Arqun xanın hakimiyyəti
1291-1295-ci illər – Kəyxatu xanın hakimiyyəti
1295-1304-cü illər – Qazan xanın hakimiyyəti
1304-1316-cı illər – Sultan Məhəmməd Xudabəndənin hakimiyyəti
1316-1335-ci illər – Əbu Səidin hakimiyyəti
1319, 1320 və 1322-ci illər – Azərbaycanda ixtişaşların qalxması
1334-cü il – Sultaniyyədə üsyan
1334-1392-ci illər – Şeyx Səfiəddin Musanın hakimiyyəti
1335-ci il – Özbək xanın yenidən Azərbaycana soxulması
1335-1336-cı illər – Arpa xanın hakimiyyəti
1336-cı il – Musa xanın hakimiyyəti
1336-1338-ci illər – Məhəmməd xanın hakimiyyəti
1338-1340-cı illər – Satı-bəy xanının hakimiyyəti
1338-ci il – Şirvanşahların yenidən müstəqilliyi əldə etmələri
1340-1344-cü illər – Süleyman xanın hakimiyyəti
1344-cü il – Azərbaycanda hakimiyyətin Məlik Əşrəfin əlinə keçməsi
1344-1355-ci illər – Ənuşirəvanın padşah elan edilməsi
1345-1372-ci illər – Kavusun hakimiyyəti
1347-ci il – Məlik Əşrəfin Şirvana və Bağdada yürüşü
1350-ci il – İsfahana yürüşü
1355-ci il – Həsən xanın səltənətə çıxması
1355-1433-cü illər – Qasım Ənvər
1356-1372-ci illər – Cəlairi Sultan Üveysin hakimiyyəti
1356-1410-cu illər – Cəlairilərin hakimiyyəti
1357-ci il – Canı bəyin Azərbaycanda hakimiyyəti ələ alması
1358-ci il – Toxtamışın Təbrizə yaxinlaşması
1359-1374-cü illər – Şeyx Üveysin hakimiyyəti
1357-ci illər – Şirvanın zəbt olunması
1370-1388-ci illər – Pəhləvan bəyin hakimiyyəti
1370-1405-ci illər – Teymurun (Teymurləngin) hakimiyyəti
XIV əsr. 70-ci illər – Qaraqoyunluların Ağqoyunlularla, Cəlairilərə və Teymurilərə qarşı mübarizəsi
1372-1382-ci illər – Şirvanşah Huşəngin hakimiyyəti
1378-ci il – Bağdad əmirlərinin Ucana hücum etmələri
1380-1389-cu illər – Qara Məhəmmədin hakimiyyəti
1382-1410-cu illər – Sultan Əhmədin hakimiyyəti
1382-1417-ci illər – I İbrahimin Şirvanda hakimiyyəti
1382-1538-ci illər – Dərbəndlilər sülaləsinin hakimiyyəti
1386-cı il – Teymurun Azərbaycana hücumları
1386-ci il – Toxtamışın Azərbaycana hücumu
1387-ci il – Teymurun Azərbaycanı tərk etməsi
1387-ci il – Üçlük ittifaqının yaranması
1387-1392-ci illər – Təbrizə 17 dəfə hücum
1387-1399-cu illər – Əlincə qalasının müdafiəsi
1388-ci il – Qara Məhəmmədin Təbrizi tutması
1389-1412-ci illər – Qaraqoyunlu Kəmaləddin Qara Yusifin hakimiyyəti
1392-1427-ci illər – Şeyx Xacə Əlinin hakimiyyəti
1394-1434-cü illər – Qara Yuluq Osman bəyin hakimiyyəti
1395-ci il – Teymurun Səmərqəndə qayıtması və Hindistana səfəri
1402-ci il – Anqara yaxınlığında döyüş
1405-ci il – Teymurun ölümü
1406-cı il – Qara Yusif və Sultan Əhmədin Azərbaycana qayıtması
1406-1447-ci illər – Sultan Şahruxun hakimiyyəti
1410-cu il – Sultan Əhmədin Təbrizə yürüşü və ölümü
1410-cu il 30 avqust – Şənbi-Qazan adlı yerdə döyüş
1412-ci ilin sonu – Kür sahilində döyüş və İbrahimin məğlubiyyəti
1417-1462-ci illər – I Xəlilullahın hakimiyyəti
1418 və 1420-ci illər – Azərbaycana uğursuz yürüşlər
1422-1429 və 1431-1438-ci illər – İskəndərin hakimiyyəti
1427-ci il – İskəndərin Şirvana hücumu
1427-1447-ci illər – Şeyx İbrahimin hakimiyyəti
1429-cu ilin mayı – Şahruxun Azərbaycana gəlməsi
1429-1431-ci illər – Əbu Səidin hakimiyyəti
1429-cu il – Əbu Səidin Qarabağda və Ermənistanda hökmranlığı
1434-1444-cü illər – Əli bəyin hakimiyyəti
1435-ci il 16 yanvar – Əli bəyin Diyarbəkrə daxil olması
1435-ci ilin yayı – Təbriz yaxınlığında döyüçdə İskəndərin məğlubiyyəti
1438-1467-ci illər – Cahanşahın hakimiyyəti
1444-1453-cü illər – Cahangir bəyin hakimiyyəti
1447-1449-cu illər – Uluq bəyin hakimiyyəti
1447-1460-cı illər – Şeyx Cüneydin hakimiyyəti
1447-1501-ci illər – Səfəvilər tarixinin İkinci dövrü
1449-1470-ci illər – Şeyx Cəfərin Ərdəbilin hakimi olması
1453-1478-ci illər – Uzun Həsənin hakimiyyəti
1455-1535-ci illər – Kamal əf-din Behzad
1457-ci il – Cahanşahın Curcanı və Xorasanı tutması
1459-cu ilin yanvarı – Cahanşahla Əbu Səid arasında müqavilənin bağlanması
1460-cı il 3 mart – Cüneydin Dağıstana və Şirvana yürüşü
1460-1488-ci illər – Şeyx Heydərin hakimiyyəti
1461-ci il – Yassıçəməndə müqavilənin bağlanması
1462-1501-ci illər – Fərrux Yasarın hakimiyyəti
1463-1479-cu illər – Venesiya-Türkiyə müharibələri
1465-ci il – Təbrizdə "Göy məscid"in tikilməsi
1465-ci il – Moskvaya səfirin göndərilməsi
1467-cı ilin mayı – Muş düzündə döyüş
1468-1496-cı illər – Seyfəddin Qayıtbəyin hakimiyyəti
1472-ci ilin yazı – Venesiyanın Ağqoyunlu dövləti ilə hərbi ittifaq bağlaması
1472-1473-cü illər – Ağqoyunlu-Türkiyə müharibələri
1473-cü il 1 avqust – Malatiya döyüşü
1473-cü il 11 avqust – Otluqbeli döyüşü
1474-ci ilin mayı – Şirazda qiyamın baçlanması
1474-1477-ci illər – Uzun Həsənin Gürcüstana yürüşü
1475-1536-cı illər – Qiyasəddin ibn Hümaməddin əl-Hüseyn
1477-ci il – Uzun Həsənin VI Baqratla sülh müqaviləsi
1478-1490-cı illər – Yaqub Mirzənin fəaliyyəti
1480-cı il – Urfa yaxınlığında döyüş
1481-1512-ci illər – Türkiyə Sultanı II Bəyazidin hakimiyyəti
1483-cü il – Təbrizdə "Həşt behişt" saray dəstinin tikilməsi
1488-ci il 9 iyun – Şahdağın ətəyində Şirvanşahların birləşmiş qüvvələri ilə qızılbaşların döyüşü
1488-1495-ci illər – Şeyx Sultanəlinin hakimiyyəti
1494-1495-ci illər – Ağqoyunluların Ərdəbili və Səfəvilərin mülklərini zəbt etməsi
1499-1500-ci illər – İsmayılın Ərzincan səfəri
1494-1556-cı illər – Məhəmməd Füzuli
1500-ci ilin sonu – İsmayılın Fərrux Yasarla döyüşü
1501-1524-cü illər – Şah İsmayılın hakimiyyəti
1501-1587-ci illər – Səfəvilər tarixinin üçüncü dövrü
1503-cü il 21 iyun – Ağqoyunlu Muradın məğlubiyyəti
1504-cü il – Türkiyə sultanı II Bəyazidin Səfəvilər dövlətini tanıması
1510-cu il 1 dekabr – Mərv qalası yaxınlığında qızılbaşların özbəklərlə döyüşü
1512-1520-ci illər – Sultan Səlimin hakimiyyəti
1514-cü il 23 avqust – Çaldıran döyüşü
1516-cı ilin əvvəli – Qoçhisarda türklərin qələbəsi
1516-1535-ci illər – Mesxi çarı IV Kvarkvarenin hakimiyyəti
1520-1566-cı illər – I Süleyman Qanuninin hakimiyyəti
1520-1574-cü illər – Kaxetiya çarı Ləvənd xanın (Levan) hakimiyyəti
1524-1535-ci illər – II Xəlilullahın Şirvanda hakimiyyəti
1524-1576-cı illər – I Təhmasibin hakimiyyəti
1526-cı ilin mayı – Səksəncik və Xərzəvil adlı yerlərdə döyüş.
1527-ci il 30 iyun – Arpaçay sahilində döyüş
1527-ci ilin iyunu – Div Sultanın ölümü
1527-1531-ci illər – Təkəli əyanlarının hökmranlığı
1534-cü il 27 sentyabr – I Süleymanın Təbrizi tutması
1534-1612-ci illər – Sadıx bəy Əfşar
1535-ilin yazı – I Süleymanın ikinci dəfə Təbrizə yürüşü
1535-1538-ci illər – Şamaxı hakimi Şahruxun hakimiyyəti
1538-ci ilin yayı – Səfəvi qoşununun Şirvana daxil olması
1540-cı il – I Təhmasibin Bakını tutması
1541-ci il – I Təhmasibin Tiflisi tutması
1547-1549-cu illər – Şirvanda Səfəvilər əleyhinə üsyanlar
1547-1554-cü illər – Şirvanda üsyanların yatırılması
1548-ci il – I Süleymanın Azərbaycana üçüncü yürüşü
1551-ci il – Şəkinin Səfəvi dövlətinə birləşdirilməsi
1552-1553-cü illər – Səfəvilərin Osmanlı ərazisinə yürüşü
1554-cü ilin yazı – I Süleymanın Azərbaycana dördüncü yürüşü
1555-ci il 29 mart – Amasiyada Səfəvi-Osmanlı dövlətlər arasında sülh müqaviləsi
XVI əsr. 70-80-cı illər – Şirvanda və Talışda feodallara qarşı üsyanlar
1571-ci il – Təbriz sənətkarları və şəhər yoxsullarının üsyanı
1574-1595-ci illər – Sultan III Muradın hakimiyyəti
1577-ci il – Kürd qiyamı
1577-1584-cü illər – Krım xanı II Məhəmməd Gərayın hakimiyyəti
1578-ci il – Çıldır döyüşü
1578-ci il 24 avqust – Türklərin Tiflisi tutması
1578-ci il 28 noyabr – Ağsu çayı sahilində Mollahəsən adlı yerdə döyüş. Səfəvilərin Şirvanda qələbəsi
1578-1579-cu illər – Krım tatarlarının Şirvana və Qarabağa hücumu
1578-1587-ci illər – Məhəmməd Xudabəndənin hakimiyyəti
1583-cü ilin yazı – İmamqulu xanın Şirvana daxil olması
1583-cü ilin yazı – Fərhad paşanın Azərbaycana yürüşü
1585-ci il – Türkmən və təkəli tayfalarının qiyamı
1586-1589-cu illər – Azərbaycanın sultan III Muradın ordusu tərəfindən zəbt olunması
1587-1629-cu illər – Şah Abbasın hakimiyyəti
1587-ci il – Şah Abbasın Qəzvini tutması
1587-1736-cı illər – Səfəvilər tarixinin dördüncü dövrü
1590-1613-cü illər – Şirvan ipəyinin Venesiyaya aparılması
1590-cı il – Səfəvi-Türkiyə sülh müqaviləsi
1590-cı il – Azərbaycanın müstəqilliyinin sonu
1591-ci il – Təbriz üsyanı
1593-cü il – "Azərbaycan"ın bəylərbəylik şəkilində birləşməsi
XVI əsr. 90-cı illəri-XVII əsr. – Cəlalilər hərəkatı əvvəli
XVI əsr. sonu-XVII əsr. əvvəli – Azərbaycanın iqtisadi vəziyyətinin ağırlaşması
XVI əsr. sonu-XVII əsr. əvvəli – Azərbaycanda kəndli çıxışları
XVII əsr. əvvəli – Osmanlı imperiyasının tənəzzülü. Səfəvi dövlətinin dirçəlişi
XVII əsr əvvəli – Tərzi Əfşar
XVII əsr – Azərbaycan şəhərlərinin tənəzzülü
XVII əsr – Azərbaycanda Yaxın və Orta Şərqin kənd təsərrüfatı məhsullarının bütün növlərinin yetişdirilməsi
XVII əsr – Fars ədəbiyyatının tanəzzülü
XVII əsr – Azərbaycan mədəniyyətinin zənginləşməsi
XVII əsr – Sarı Aşıq
XVII əsr – Aşıq Abbas Tufarqanlı
1603-cü il 21 oktyabr – I Şah Abbasın Təbrizi tutması
1603-cü il 16 noyabr – İrəvan qalasının mühasirəyə alınması
1603-1607-ci illər – Səfəvi-Osmanlı müharibələri
1604-cü il 8 iyun – I Abbasın İrəvan qalasını tutması
1605-ci il 7 noyabr – Təbriz yaxınlığında Süfiyan ətrafında döyüş
1606-cı il – Cəlalilərin Azərbaycan ərazisinə yiyələnməsi
1606-cı il 5 iyun – Gəncənin tutulması
1607-ci ilin yanvarı – Bakıda üsyan
1607-ci ilin martın əvvəli – Narınqalanın tutulması
1608-ci il – Ərzurum ətrafında osmanlı qoşununun cəlalilər ilə toqquşması
1610-cu ilin ortaları – Anadolu cəlalilərinin Səfəvi dövlətini tərk etməsi
1613-cü il 16 oktyabr – I Şah Abbasın Azərbaycanın şimal vilayətlərinə və Gürcüstana yürüşü
1616-cı ilin yazı – Sultan I Əhmədin Səfəvilərlə müharibəsi
1616-cı il – Səfəvi dövlətində ingilis tacirlərinə ticarət hüququnun verilməsi
1618-ci ilin sentyabrı – I Şah Abbasla Xəlil paşa arasında Mərənd sülhünün imzalanması
1623-1640-cı illər – IV Muradın hakimiyyəti
1624-1626-cı illər – Səfəvi qoşununun Bağdad uğrunda qələbəsi
1625-ci il 30 iyun – Şah Abbasın gürcülər üzərində qələbəsi
1628-ci il – Şah Abbasın Ost-Hind kompaniyasının nümayəndə heyətini qəbul etməsi
1629-1642-ci illər – I Səfəvinin hakimiyyəti
1631-1632-ci illər – Kazakların Azərbaycana və Bakıya basqını
1634-cü il 10 avqust – Sultan IV Muradın İrəvan qalasını tutması
1635-ci il 11 aprel – İrəvan qalasının geri alınması
1638-ci il 25 dekabr – Bağdadın Türkiyənin əlinə keçməsi
1639-cu il 17 may - Qəsri-Şirin sülh müqaviləsinin bağlanması
1639-1640-cı illər – Dərviş Rzanın tərəfdarlarının mübarizəsi
XVII əsr. ortaları – Səfəvi dövlətində iqtisadi dirçəliş
t. 1684-1760-cı illər – Xəstə Qasım
XVIII əsr – Azərbaycan poeziyasının Qafqaz xalqlarının poeziyasına təsiri
XVIII əsr. əvvəli – Səfəvi dövlətinin ağır iqtisadi və siyasi böhranı
1703-1730-cu illər – III Əhmədin hakimiyyəti
1707-ci il – Car və Balakən camaatının üsyanı
1709-cu il – Şəki və Şirvanda kəndlilərin üsyanı
1709 və 1711-ci illər – Təbriz üsyanı
1709-1715-ci illər – Soucbulağ və Muğanda üsyan
1720-1721-ci illər – Azərbaycanda və Cənubi Dağıstanda İrana qarşı mübarizə
1722-ci il 15 iyun – I Pyotrun Azərbaycan dilində "Bəyannamə" nəşr etməsi və Azərbaycan vilayətlərinə göndərilməsi
1722-1732-ci illər – II Təhmasibin hakimiyyəti
1722-1758-ci illər – Hüseynəli xanın hakimiyyəti
1723-cü il 12 iyul – Rus eskadrasının Bakını tutması
1723-cü il 12 sentyabr – Xəzərsahili vilayətlərin zorla Rusiyaya birləşdirilməsi
1723-cü ilin yazı – Ərzurum paşasının Gürcüstana daxil olması
1724-cü il 12 iyul – Rusiya ilə Türkiyə arasında sülh müqaviləsinin imzalanması
1724-ilin mayı – Abdulla paşanın Xoy qalasını tutması
1724-cü il – Qarabağın Osmanlı Türkiyəsi tərəfindən tutulması
1725-ci il iyul-avqustu – Təbrizin qismən tutulması
1725-ci ilin oktyabrı – Sarı Mustafa paşanın Gəncəni tutması
1725-ci ilin payızı – Türkiyənin Gürcüstan, Ermənistan və Azərbaycanı ələ keçirməsi
1726-cı il – Cavad xanlığının Rusiyaya tabe edilməsi
1726-cı il – Zəngəzurda üsyan
1731-ci il – Qarabağın bütünlüklə zəbt edilməsi
1732-ci il 16 yanvar – İranla Türkiyənin sülh müqaviləsi
1732-ci il 21 yanvar – Rusiya-İran müqaviləsi
1733-cü il – Bağdad ətrafında türk qoşununun məğlubiyyəti
1734-cü ilin oktyabrı – Gəncə qalasının mühasirəsi
1735-ci il 10 mart – Gəncə yaxınlığında Rusiya-İran müqaviləsinin imzalanması
1735-ci ilin sonu – Türk qoşununun Qafqaziyədən çıxması
1736-1747-ci illər – Nadir şahın hakimiyyəti
1738-ci il – Carda üsyan
1738-ci il – Pənahəli bəyin Qarabağa qayıtması
1741-ci ilin yazı – Nadir şah ordusunun Azərbaycan və Dağıstanda məğlubiyyəti
1743-cü ilin oktyabrı – Şirvan üsyançılarının Ağsuyu tutması
1743-1744-cü illər – Şirvan, Şəki, Təbriz, Xoy və Salmasda yeni üsyanlar
1744-cü il 31 iyul – Nadir şahın Qars istiqamətində yürüşü
1744-cü il 29 noyabr – Nadir şahın Şəkiyə yürüşü
1745-ci il 13 fevral – İran qoşununun Şəkiyə ikinci yürüşü
1745-ci ilin ortaları – Türkiyə-İran arasında hərbi əməliyyat
1748-ci il – Bayat qalasının tikilməsi
1748-1763-cü illər – Pənahəli xanın hakimiyyəti
XVIII əsr. ortaları – Azərbaycanda müstəqil və yarımmüstəqil dövlətlərin meydana gəlməsi
XVIII əsr. 2-ci yarısı – Azərbaycanda Rusiyaya meylin güclənməsi
XVIII əsr. 2-ci yarısı – Azərbaycanın iqtisadiyyatında durğunluq
1752-ci il 21 mart – II İraklinin xəyanəti. Kartli və Kaxetiya krallarının xanlarla Gəncə yaxınlığında görüşü
1755-ci il – Çələbi xanın Şamaxı və Qubanın birləşmiş qüvvələrilə toqquşmada məğlubiyyəti
1755-ci il – Hacı Çələbinin ölümü
1755-1757-ci illər – Şuşa qalasının tikilməsi
1757-ci il – Məhəmməd Həsən xan Qacarın Qarabağa yürüşü
1757-ci il – Salyan xanlığının Qubaya birləşdirilməsi
1758-1789-cu illər – Fətəli xan Əfşarın hakimiyyəti
1759-cu ilin noyabrı – Dərbəndin Qubaya birləşdirilməsi
VIII əsr. 60-80-cı illəri – Feodal zülmünə qarşı çıxışlar
1760-cı il – Fətəli xan Əfşarın Qarabağa hücumu
1762-cı il – Fətəli xan Əfşarın Azərbaycana yürüşü
1762-ci il – Kərim xan Zəndin Azərbaycana hücumu
1763-1806-cı illər – İbrahimxəlil xanın hakimiyyəti
1767-cı il – Bakının Qubaya birləşdirilməsi
1768-ci ilin avqustu – Fətəli xanın Şamaxını tutması
1768-ci il – Cavad xanlığının Qubaya birləşdirilməsi
1768-1774-cü illər – Rusiya-Türkiyə müharibəsi
1769-cu ilin iyulu – Fətəli xanın Hüseyn xanla müqaviləsi
1774-cü il – Birləşmiş qüvvələrin Qubaya hücumu
1774-cü il – II Yekaterinanın Türkiyə ilə müqaviləsi
1779-cu il – Nuxa qalasının tutulması
1780-1781-ci illər – Fətəli xanın Qarabağa yürüşləri
1782-ci il – İbrahimxəlil xanın Peterburqa elçi göndərməsi
1783-cü il – Gürcüstanın Rusiyanın tabeliyinə keçməsi
1783-cü il – Tərkinin Rusiyaya birləşdirilməsi
1783-cü il – Krımın ilhaq edilməsi
1784-cü il – Fətəli xanın Azərbaycanın cənubuna yürüşü
1785-ci il – Fətəli xanın Şəkini tutması
1785-ci il – Quba xanlığının Gürcüstan ilə ittifaqı
1786-1857-ci illər – Qasım bəy Zakir
1789-cu il – Mərənd yaxınlığında döyüş. Qarabağ qoşununun məğlubiyyəti
1789-1791-ci illər – Əhməd xanın hakimiyyəti
1791-1810-cu illər – Şeyxəli xanın hakimiyyəti
1794-cü il – İran qoşunlarının Əsgəran qalası yaxınlığında məğlubiyyəti
1794-1852-ci illər – Mirzə Şəfi Vazeh
1794-1847-ci illər – Abasqulu ağa Bakıxanov
1795-ci il – Şuşanın mühasirəsi
1795-ci il – Ağa Məhəmməd xan Qacarın Azərbaycana yürüşü
1796-cı il -Rus qoşunlarının Azərbaycana hərbi yürüşü
1797-ci il – Ağa Məhəmməd xan Qacarın Azərbaycana ikinci yürüşü
1797-ci il – Ağa Məhəmməd xan Qacarın Şuşaya gəlməsi


Tarix: 07.01.2015 / 16:20 Müəllif: Feriska Baxılıb: 446 Bölmə: Azərbaycan tarixinin xronologiyası
loading...