Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan quldarlıq dövründə

e.ə. III min. I yarısı — Erkən dövlət qurumu Aratta
e.ə. XXVIII—XXIV əsrlər — Şumer şəhər-dövlətləri
e.ə. III min. II yarısı — Kuti və Lullubi dövlətlərinin yaranması
e.ə. təxm. 2240—2220-ci illər — Elam hökmdarı Kutik-İnşuşinakın hakimiyyəti
e.ə. t. 2236—2200-ci illər — Akkad hökümdarı Naram-Suenin hakimiyyəti
e.ə. t. 2230—2200-ci illər — Lullubi hökmdarı Satuninin hakimiyyəti
e.ə. t. 2225—2205-ci illər — Kuti hökmdarı Enridavazirin hakimiyyəti
e.ə. t. 2220—2170-ci illər — Lullubi hökmdarı İmmaşqunun hakimiyyəti
e.ə. t. 2204—2197-ci illər — Kuti hökmdarı İmtanın hakimiyyəti
e.ə. t. 2200—2175-ci illər — Akkad hökmdarı Şarkalişarrinin hakimiyyəti
e.ə. t. 2198—2192-ci illər — Kuti hökmdarı İnqeşauşun hakimiyyəti
e.ə. t. 2191—2185-ci illər — Kuti hökmdarı Sarlaqın hakimiyyəti
e.ə. 2184—2178-ci illər — Kuti hökmdarı Yarlaqaşın hakimiyyəti
e.ə. t. 2177—2171-ci illər — Kuti hökmdarı Elulumeşin hakimiyyəti
e.ə. t. 2175-ci il — Kuti sülaləsinin İkiçayarasında hakimiyyətə gəlməsi
e.ə. t. 2170—2150-ci illər — Lullubi hökmdarı Anubaninin hakimiyyəti
e.ə. t. 2135—2133-cü illər — Kuti hökmdarı Laharabın hakimiyyəti
e.ə. t. 2127—2120-ci illər — Kuti hökmdarı Puzur-Suenin hakimiyyəti
e.ə. t. 2120—2113-cü illər — Kuti hökmdarı Yarlaqandanın hakimiyyəti
e.ə. t. 2112—2105-ci illər — Kuti hökmdarı Siumun hakimiyyəti
e.ə. t. 2112—2003-ci illər — III Ur sülaləsinin hökmranlığı
e.ə. 2104-cü il — İkiçayarasında Kuti hakimiyyətinin süqutu
e.ə. 2093—2046-cı illər — Ur hökmdarı Şulqinin hakimiyyəti
e.ə. II minillik — Dövlət qurumlarının parçalanması
e.ə. II min. I yarısı — Turukki və su tayfalarının siyasi fəaliyyətinin başlanması
e.ə. 1813—1781-ci illər — Assur hökmdarı I Şamşi-Adadın hakimiyyəti
e.ə. 1797—1757-ci illər — Assur hökmdarı I İşme-Daqanın hakimiyyəti
e.ə. 1792—1750-ci illər — Babilistan hökmdarı Hammurapinin hakimiyyəti
e.ə. 1307—1275-ci illər — Assur hökmdarı I Adadnirarinin hakimiyyəti
e.ə. 1274—1245-ci illər — Assur hökmdarı I Salmanasarın hakimiyyəti
e.ə. 1244—1208-ci illər — Assur hökmdarı I Tükulti-Ninurtanın hakimiyyəti
e.ə. IX—VIII əsrlər — Midiya ərazisində xırda vilayət hakimləri
e.ə. IX əsr. I yarısı — Zamua ölkəsində xırda dövlət qurumları
e.ə. 883—859-cu illər — Assur hökmdarı II Aşşurnasirpalın hakimiyyəti
e.ə. 880-ci il — II Aşşurnasirpalın Zamua ölkəsinə yürüşü
e.ə. 859—824-cü illər — Assur hökmdarı III Salmanasarın hakimiyyəti
e.ə. 825—812-ci illər — Urartu hökmdarı İşpuininin hakimiyyəti
e.ə. 823—811-ci illər — Assur hökmdarı V Şamşi-Adadın hakimiyyəti
e.ə. 820-ci il — V Şamşi-Adadın Nairi ölkəsinə hərbi səfəri
e.ə. 810—783-cü illər — Assur hökmdarı III Adadnirarinin hakimiyyəti
e.ə. 810—781-ci illər — Urartu hökmdarı Menuanın hakimiyyəti
e.ə. 781—760-cı illər — Urartu hökmdarı I Argiştinin hakimiyyəti
e.ə. 775-ci il — I Argiştinin Mannaya soxulması
e.ə. 773—693-cü illər — Skit padşahlığının mövcud olması
e.ə. 760—730-cu illər — Urartu hökmdarı II Sardurinin hakimiyyəti
e.ə. t. 750-ci il — II Sardurinin Mannada işğalı
e.ə. 744—727-ci illər — Assur hökmdarı III Tiqlatpalasarın hakimiyyəti
e.ə. 740—719-cu illər — Manna hökmdarı İranzunun hakimiyyəti
e.ə. 730—714-cü illər — Urartu hökmdarı I Rusanın hakimiyyəti
e.ə. 722—705-ci illər — Assur hökmdarı II Sarqonun hakimiyyəti
e.ə. 719-cu il — Şuandahul və Durdukka şəhərlərində İranzuya qarşı üsyan
e.ə. 718—716-cı illər — Manna hökmdarı Azanın hakimiyyəti
e.ə. t. 716—680-cı illər — Manna hökmdarı Ullusununun hakimiyyəti
e.ə. 714-cü il — II Sarqonun Mannaya böyük yürüşü
e.ə. t. 712—675-ci illər — Midiya hökmdarı Deyokun hakimiyyəti
e.ə. VII əsr — Sakların Albaniyada məskunlaşması
e.ə. 681-668-ci illər — Assur hökmdarı Asarhaddonun hakimiyyəti
e.ə. t. 675-653-cü illər — Midiya hökmdarı Faraortanın hakimiyyəti
e.ə. t. 675-650-ci illər — Manna hökmdarı Ahşerinin hakimiyyəti
e.ə. 668-626-cı illər – Assur hökmdarı Aşşurbanipalın hakimiyyəti
e.ə. 653-625-ci illər – Midiya skitlərin hakimiyyəti altında
e.ə. 650-ci il – Aşşurbanipalın Manna qoşununu məğlub etməsi
e.ə. 650-ci il – Ahşerinin sui-qəsd nəticəsində öldürülməsi
e.ə. t. 650-630-cu illər – Manna hökmdarı Uallinin hakimiyyəti
e.ə. 640-629-cu illər – Fars hakimi İkirim hakimiyyəti
e.ə. 625-585-ci illər – Midiya hökmdarı Kiaksarın hakimiyyəti
e.ə. 615-612-ci illər – Midiyanın Assuriya ilə müharibəsi
e.ə. 585-ci il – Kiaksarın Lidiya ilə sülh müqaviləsinin bağlanması
e.ə. 585-550-ci illər – Midiya hökmdarı Astiaqın hakimiyyəti
e.ə. 584-558-ci illər – Fars hakimi I Kambizin hakimiyyəti
e.ə. 558-530-cu illər – Fars hökmdarı II Kirin hakimiyyəti
e.ə. 550-330-cu illər – Əhəmənilər sülaləsinin hakimiyyəti
e.ə. 550-ci il – Midiyanın suquta uğraması
e.ə. 530-cu il – II Kirin massaget tayfalarına qarşı yürüşü
e.ə. 530-522-ci illər – Fars hökmdarı II Kambizin hakimiyyəti
e.ə. 522-521-ci illər – Qaumata-Bardi və Əhməni dövlətində üsyanlar
e.ə. 522-486-cı illər – Fars hökmdarı I Daranın hakimiyyəti
e.ə. 486-465-ci illər – Fars hökmdarı Kserksin hakimiyyəti
e.ə. 336-323-cü illər – Makedoniyalı İsgəndərin hakimiyyəti
e.ə. 334-326-cı illər – Makedoniyalı İsgəndərin Şərq yürüşü
e.ə. 333-cü il – Anadolu İsgəndərin hakimiyyəti altında
e.ə. 331-ci il – Qavqamela (Cancal) düzənliyində döyüş
e.ə. 330-cu il – Əhəməni dövlətinin süqutu
e.ə. 327-ci il – Baktriya və Soqdanın İskəndər tərəfindən tutulması
e.ə. 327-ci il – İskəndərin Hindistana yürüşü
e.ə. 323-cü il – Adərbayqan (Atropatena) dövlətinin yaranması
e.ə. 321-281-ci illər – Sələvkilər sülaləsinin hakimiyyəti
e.ə. 223-187-ci illər – Sələvki II Antioxun hakimiyyəti
e.ə. 222-220-ci illər – Midiya satrapı Molonun Sələvkilərə qarşı @üsyanı
e.ə. 220-ci il – Azərbaycanın sələvkilərdən asılılığı
e.ə. 209-205-ci illər – III Antioxun Şərq yürüşü
e.ə. II əsr – Albaniyada Aranilər sülaləsinin hakimiyyətə gəlməsi
e.ə. 189-160-cı illər – Ərməniyə hökmdarı I Artaşesin hakimiyyəti
e.ə. 175-163-cü illər – Sələvki hökmdarı IV Antioxun hakimiyyəti
e.ə. 171-139-cu illər – Parfiya hökmdarı I Mitridatın hakimiyyəti
e.ə. 148-147-ci illər – I Mitridatın Midiyanı zəbt etməsi
e.ə. 95-55-ci illər – Ərməniyə hökmdarı I Tiqranın hakimiyyəti
e.ə. 74-64-cü illər – Romanın VI Mitridatla müharibəsi
e.ə. 71-ci il – Lukulun yürüşü
e.ə. 67-ci il – I Tiqranın Kappadokiyanı tutması
e.ə. 63-cü il – VI Mitridatın sonu
e.ə. 56-34-cü illər – Ərməniyə hökmdarı II Tiqranın hakimiyyəti
e.ə. 37-e. 3-cü illəri – Parfiya şahı IV Fraatın hakimiyyəti
e.ə. 36-cı il – Antoninin Parfiyaya yürüşü
e.ə. 31-ci il – Antoninin Oktavian ilə Aksi yanında döyüşü
e. I-II əsrlər – Xristianlığın meydana gəlməsi
I-III əsrlər – Roma-Parfiya münaqişələri
63-cü il – Romanın Parfiya ilə sülh müqaviləsi
68-ci il – Neronun albanlarla qarşı yürüşə hazırlaşması
81-96-cı illər – Roma imperatoru Domisianın hakimiyyəti
96-117-ci illər – Roma imperatoru Trayanın hakimiyyəti
114-cü il – Trayan tərəfindən Ərməniyənin tutulması
115-ci il – Ərməniyənin Roma vilayətinə çevrilməsi


Tarix: 07.01.2015 / 16:18 Müəllif: Feriska Baxılıb: 58 Bölmə: Azərbaycan tarixinin xronologiyası
loading...