Azeri Letifeler → Bir gün birisi gəlib Mollanın qapısını döyür ki:
Bir gün birisi gəlib Mollanın qapısını döyür ki:
– Ay Molla, eşşəyini bir günlüyə ver mənə, meşəyə oduna getmək
istəyirəm.
Molla deyir:
– Ay filankəs, vallah verərdim, amma mənim eşşəyimin rəngi qaradı.
Kişi deyir:
– Nə olsun rəngi qaradı?
Molla deyir:
– O olsun ki, verə bilmərəm də...
Kişi deyir:
– Vermirsən, vermə! Amma qaralıgın buna heç dəxli yoxdur.
Molla deyir:
– Niyə yoxdur? Bəhanə üçün elə rəngin də dəxli var. Ardı »