Azeri Letifeler → Günlərin birində Molla meşədə bir dovşan tutur.
Günlərin birində Molla meşədə bir dovşan tutur. Çox fikirləşir ki,
görəsən bu nə heyvandır, tapa bilmir. Axırda dovşanı torbaya salıb ağzını
möhkəm-möhkəm bağlayır, götürüb gəlir evə. Arvad soruşur:
– A kişi, bu nədir?
Molla deyir:
– Arvad, bu bir heyvandır. Qulaqları var, bax, belə... gözləri, bax,
belə-belə... Özü də ki... demə görməmişəm, bu boyda... Heç bizim vilayətin
heyvanlarına oxşamır. Deyəsən, o tərəflərdən gəlib. Sən dayan
burda, mən gedim adam çağırım, bəlkə tanıyan oldu. Amma torbanın
ağzını açma ha...
Molla gedəndən sonra arvad nə qədər çalışırsa, özünü saxlaya bilmir.
Axırda torbanın ağzını açır ki, görsün bu, necə heyvandı? Dovşan
sıçrayıb qaçır. Arvad Ardı »