Azeri Letifeler → Bir gün axşamüstü Molla məhəllədəki çayçı dükanına tərəf çıxır.
Bir gün axşamüstü Molla məhəllədəki çayçı dükanına tərəf çıxır.
Baxır ki, dükanın qabağı doludu adamla. Çay içən kim, qəlyan çəkən
kim. Molla zarafat eləmək qəsdilə camaata yaxınlaşıb deyir:
– Yaxşı, bəs siz niyə getməyibsiniz?
Adamlardan biri soruşur:
– Haraya?
Molla deyir:
– Filankəsin evində ehsan var. Mən bu saat oradan gəlirəm, yaxşı
plov verirlər.
260
Ehsan sözünü eşidənlər başlayırlar Mollanın nişan verdiyi tərəfə
yüyürməyə. Ayağa qalxan yüyürür, ayağa qalxan yüyürür. Molla baxır
ki, hamı qaçır, öz-özünə deyir:
– Ədə, birdən doğru olar ha... Bu camaat ki, belə yüyürür, yəqin bir
şey var.
Bir az fikirləşib, özü də başlayır camaatın dalınca qaçmağa. Ardı »