Ramazan → Qədr Gecəsini necə ihya edək və bu gecə nə zamandır?
Sual: Biz qədr gecəsini necə keçirməliyik? Namaz qılmaqla, yaxud Quran və Peyğəmbərin sallallahu aleyhi və səlləm həyatını oxumaqla, moizələrə və dərslərə qulaq asmaqla və ya bunu məsciddə qeyd etməklə keçirməliyik?
Cavab: Həmd Allaha məxsusdur.
Birincisi:
Allahın Rəsulu sallallahu aleyhi və səlləm digər vaxtlarda çalışmadığı qədər, Ramazanın son on günlərində namaz qılmaqla, Quran oxumaqla və dua etməklə çox səy göstərirdi. Əl-Buxa`ri və Muslim Aişədən radiyallahu anhə rəvayət edirlər ki, Ramazanın son on günü daxil olduqda Peyğəmbər sallallahu aleyhi və səlləm gecəni ihya edər və ailəsini oyadardı və cinsi əlaqədən çəkinərdi. Əhməd və Muslimdə gələn rəvayətdə: “ O sallallahu aleyhi və səlləm Ardı »