Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ALLAHƏl-Alim

Əl-Alim (ər. العليم) — Allahın adlarından biri.

Şərq də, Qərb də Allahındır: hansı tərəfə yönəlsəniz (üz tutsanız) Allah oradadır. Şübhəsiz ki, Allah (öz mərhəməti ilə) genişdir, (O, hər şeyi) biləndir![1]

İnsanlar düşünə biləcək bir şüura sahib olduqları andan etibarən öyrənməyə başlayırlar. Müəyyən bir yaşa çatdıqdan sonra da təhsil almağa və bu cür hesabsız biliklər əldə etməyə davam edirlər. Hətta bəzi insanlar müəyyən bir və ya bir neçə mövzu üzrə mütəxəssisləşirlər. Məsələn bir fizika mühəndisi, fizika qanunlarının hamısını öyrənə bilər və ya fəlsəfə üzrə təhsil almış bir insan, fəlsəfi mövzulara tam olaraq hakim ola bilər. Yenə yaxın tarix üzə mütəxəssisləşmiş bir tədqiqatçı, yaxın tarixlə Ardı »

ALLAHƏs-Səlam

[color=#039b80]Əs-Səlam (ər. السلام) — Allahın adlarından biri.

Özü hər cür nöqsandan uzaq olub, bəndələrini də çirkinlik, qüsur və fəlakətlərdən xilas edib əmin-amanlığa çıxaran deməkdir.

Həzrət Peyğəmbərin (s) hər namazdan sonra “Allahummə əntəs-salam va minkəs-salam – Allahım Sənsən Salam və Səndəndir salamatlıq” dediyi rəvayət olunur[1]. Həmçinin, Allah Rəsulu (s) “Salamı aranızda yayın” buyuraraq, insanlara ən gözəl duanı öyrətmişdir. Kiməsə “Salamun aleykum” söylədikdə, “Allahın əmin-amanlığı, qoruyuculuğu və mühafizəsi sənin üzərinə olsun” - deyirik. Eyni zamanda birinə salam verdikdə, həmin şəxsə “Məndən qorxma, sənə heç bir ziyanım dəyməz” ismarıcını yollayırıq.

Qurani-Kərimdə buna dəfələrlə işarə edilmişdir: “Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya (eynilə sahibinə) Ardı »

ALLAHƏl-Mumin

[color=#039b80]Əl-Mu`min (ər. المؤمن) — Allahın adlarından biri.

Bu söz iman ilə bağlıdır. Xəlifələr (ikinci xəlifə Ömərdən başlayaraq), sonra isə müsəlman aləminin digər hökmdarları əmir əl-möminin, yəni möminlərin əmiri, başçısı, adını daşıyırdılar.

Mömin – inanan, güvənən, qoruyan və əminlik verən. Mömin "iman edən" deməkdir. İman həm "təsdiq etmək", həm də "əminlik vermək" mənalarına gəlir.
Təsdiq mənası: Allahın imanı, həm özünü təsdiq etməsi, həm də peyğəmbərlərini kitabları ilə təsdiq etməsidir. Uca Allah (c.c.) buyurub: "Allah şəhadət edər ki, özündən başqa ilah yoxdur" (Ali-İmran, 18). Allah, qullarına olan vədlərini doğruldur və verdiyi sözləri yerinə yetirir. Yəni insanlara dünyada ruziləri verilir, axirətdə isə onları davranışları nisbətində mükafatlandırılırlar.
Əminlik vermək Ardı »

ALLAHƏl-Quddus

[color=#039b80]Əl-Quddus (ər. القدّوس) — Allahın adlarından biri.

Bu adın lüğət mənası xətadan, əskiklikdən və nöqsanlardan uzaq, təmiz olan, kamal sifətləri özündə birləşdirən və bütün təriflərdən üstün deməkdir. Qurani-Kərimdə iki yerdə keçir: “Göylərdə və yerdə nə varsa, (hamısı) mülkün (yer-göy mülkünün) hökmdarı (sahibi), müqəddəs (pak), yenilməz qüvvət, hikmət sahibi olan Allahı təqdis edib Onun şəninə təriflər deyər!”[1].

Özü pak olan Uca Tanrı kainatı təmiz yaratmış, bəndələrindən də təmiz qalmaqlarını istəmişdir. Ətraf-mühitə nəzər yetirdikdə, hər canlının bu prinsipə əməl etdiyini görə bilərik. Məsələn, quşlar dimdikləri ilə yuvalarını, yaşıl ağaclar karbonu udub, oksigen verməklə havanı təmizləyir. Yer üzərinə yağan yağış tozu-dumanı yatızdırır.

Buna görə də Onun razılığını Ardı »

ALLAHƏl-Muhəymin

Əl-Muhəymin (ər. المهيْمن) — Allahın adlarından biri.

Yaratdıqlarını qoruyan, qorxularını uzaqlaşdıran, hər şeyə şahid olan, mühafizə edən deməkdir.

Bu ad Uca Yaradanın əş-Şəhid, ər-Raqib və əl-Hafiz adları ilə sinonimdir və Onun Öz bəndələrini daim nəzarətdə saxladığını ifadə edir. Yalnız Allah-Təalaya aid edilən adlardan biridir. Qurani-Kərimdə bir yerdə - “əl-Həşr” surəsinin 23-cü ayəsində keçmişdir.

Füzuli bu adı öz beytində belə tərənnüm etmişdir:

Muheymina, Səməda, bəndeyi-siyah ruyəm,
Səhifeyi-əməlim məsiyyət xəttiylə qara
(Ey Muheymin və Səməd Allahım! Üzüqara bir bəndəyəm,
Əməl dəftərim üsyan cizgilərilə qapqaradır.)

Bu adın mənasını dərk edən bəndə daim xeyir işlər görməyə can atar, çirkinliklərdən uzaq olar. Çünki Allahın nəzarətində olduğunu bilər.
Ardı »

ALLAHƏl-Vahid

[color=#039b80]Əl-Vahid (ər. الواحد) — Allahın adlarından biri.

Həqiqətən, sizin Allahınız birdir![1]

Sizin tanrınız bir olan Allahdır, Ondan başqa tanrı yoxdur. O, rəhmlidir, mərhəmətlidir.[2]

"Allah üçün (üç ilahinin) üçüncüsüdür!" – deyənlər, əlbəttə, kafir olmuşlar. Halbuki bir olan Allahdan başqa heç bir tanrı yoxdur. Əgər onlar dediklərinə son qoymasalar, onlardan kafir olanlara, şübhəsiz ki, şiddətli bir əzab üz verəcəkdir (toxunacaqdır).[3]

Onlar Allahı qoyub alimlərini və rahiblərini, Məryəm oğlu Məsihi özlərinə tanrılar (rəbblər) qəbul etdilər. Halbuki onlar ancaq bir olan Allaha ibadət etmək əmr olunmuşdu. Ondan başqa heç bir tanrı yoxdur. Allah pak və müqəddəsdir. Ona şərik qoşulan bütlərlə heç bir əlaqəsi yoxdur! (Allah müşriklərin Ona şərik qoşduqları Ardı »

ALLAHƏl-Əziz

[color=#039b80]Əl-Əziz (ər. العزيز) — Allahın adlarından biri.

(Ya Rəsulum!) Allahın peyğəmbərlərə verdiyi vədə xilaf çıxacağını sanma! Həqiqətən, Allah yenilməz qüvvət sahibi, intiqam sahibidir! (İbrahim Surəsi, 47)

Allahın 'Əziz' sifəti, Onun heç bir zaman məğlub edilə bilməyəcəyini, hər vaxt qalib olanın Özü olduğunu ifadə edir. Allah kainatda mütləq qüvvət sahibidir və Ondan üstün heç bir güc yoxdur.

Kainatdakı bütün nizamı, insanların sirrini qavramağa güc çatdıra bilmədikləri və ya yeni-yeni kəşf edə bildikləri hər cür qanunu yaradan Allahdır. Bunula yanaşı yer üzündə olan hər canlını yaradan da Odur. Allahın kainatda özünü göstərən sonsuz gücü və qüdrəti qarşısında, yaratdıqlarının acizliyi açıq-aşkardır. Yaratdığı bütün varlıqlar ancaq Onun əmriylə Ardı »

ALLAHƏl-Bəri

[color=#fe5e5e]Əl-Bəri (ər. البارئ) — Allahın adlarından biri.

O, (hər şeyi) yaradan, yoxdan var edən, (hər şeyə) surət verən Allahdır. Ən gözəl adlar (əsmayi-hüsna) ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa (hamısı) Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Həşr Surəsi, 24)

Yaşadığımız kainat ilə əlaqədar hər şeydə bir tarazlıq və ahəngə rast gələrik. Xüsusilə elm sahəsində yeni inkişaflar yazılıb bu günə qədər bilinməyən bir çox detal ortaya çıxdıqca, bu tarazlıq və ahəng daha da dəqiqləşməkdədir. Görünən odur ki, kainat üzərində var olan hər sistem Üstün Bir Ağlın dizaynıdır. Bu Üstün Ağlın Sahibi, hər şeyi heyrət ediləcək bir Ardı »