Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ALLAHƏr-Rahim

Ər-Rahim (ər. الرحيم) — Allahın adlarından biri.

Rəhim isə, bağışlayan, axirətdə mərhəmətini, nemətini mömin bəndələrindən əsirgəməyən mənasındadır. Bu ad Allahın sonsuz mərhəmətini ifadə edir. Rəhim adı əsasən, axirət həyatı ilə bağlıdır.

Rəhimdəki məna, əsasən, inananlarla əlaqədardır: "Sizin tanrınız bir olan Allahdır, Ondan başqa tanrı yoxdur. O, rəhmlidir, mərhəmətlidir" [1], "O Özündən başqa heç bir tanrı olmayan, gizlini də, aşkarı da bilən Allahdır. O rəhmlidir, mərhəmətlidir!" [2].

Rəhim ismi Qurani-Kərimdə 115 dəfə təkrarlanmışdır.

Ət-Tövbə surəsi istisna, bütün surələr Allahın bu adları ilə başlayır: "Bismilləhir-rəhmanir-rəhim".

Rəhim adı insanlara olduğu kimi verilə bilər. Çünki Rəhim sadəcə sifətdir.
Ardı »

ALLAHƏl-Vəkil

Əl-Vəkil (ər. الوكيل) — Allahın adlarından biri.
"Vəkil olaraq Allah yetər". [1]
"Gərək möminlər Allaha təvəkkül etsinlər!" [2]
"Allah bizə yetər. O, nə gözəl Vəkildir".[3]
"Məndən başqa heç bir Vəkil tutmayın. [4]
"Əgər möminsinizsə, Allaha təvəkkül edin!"
Ardı »

ALLAHƏl-Axir

Əl-Axir (ər. الآخر) — Allahın adlarından biri.

Əvvəl də, axır da, zahir də, batin də Odur. O, hər şeyi biləndir! (Allah Öz əzəli elmi və qüdrəti ilə hər şeyi görüb bildiyi halda, Özü görünməz, dərkolunmazdır. Allahın varlığı aşkar, mahiyyəti isə tamamilə gizlidir).[1]

Allah kainatı yoxluqdan yaradıb və onu ən sonda yenə əvvəlki vəziyyətinə qaytaracaq, yox edəcəkdir. Yox olmayacaq heç bir əşya, ölümsüz olan heç bir canlı mövcud deyil. Dünyadaki bütün canlılar doğar və ölərlər, hər şeyin bir ömrü, müddəti var. Halbuki Quranda bildirildiyi kimi Allah əvvəldir, axırdır yəni başlanğıcı olmadığı kimi sonu da yoxdur. Hər şey yox olduqdan sonra baqi qalacaq olan da Ardı »