Qabriel Qarsia Markes - "Bizlərdə oğru yoxdu" → 1ci hissə...
Damaso xoruzların birinci banında gəlib çıxdı;yeddi aylıq hamilə arvadı Anna paltarını soyunmadan yatağın içində oturub eləcə gözləyirdi. İşartısı öləziyən nöyüt lampasına baxa-baxa Damaso hiss etdi ki, Anna bütün gecə dəqiqəbədəqiqə onu gözləyib; elə indi də gözləməkdədir. Odur ki, toxdaqlıq üçün başını tərpətdi. Ancaq Anna cavab vermədi, qorxudan bərəlmiş gözlərini Damasonun əlindəki qırmızı bağlamaya dikib, hönkür-tüsünü boğmaq üçün dodaqlarını bir-birinə sıxaraq titrətməyə başladı. Damaso səssiz bir çılğınlıqla arxadan gəlib hər iki əliylə qadının korsajından yapışdı. Ondan turşumuş spirt iyi gəlirdi.
Anna birtəhər ayağa qalxdı, sonra bütün ağırlığıyla özünü Damasonun qucağına yıxdı, üzünü al-qırmızı rəngli zolaq-zolaq köynəyinə sıxıb hönkürdü, ta sakitləşənə qədər ondan bərk-bərk Ardı »