Anar - "Vahimə" → 4-cü hissə....

Səhər altıda durub duş qəbul elədi, «Filips» dəzgahıyla üzünü qırxdı, bir loxma çörək qoydu ağzına, boğazından getmədi, bir stəkan çay içib pay-piyadə işə getdi.
Xəstəxanaya çatanda qapının ağzında tanış fiquru gördü. Ofelyaydı, Ouca tərəf gəlib: professor, sizə məktub var - dedi - əlindəki zərfi uzatdı. Zərf açıq idi və içində heç nə yoxdu. Oruc Ofelyanın belə sadəlövh konspirasiya fəndlərinə bələd idi. Ofelya səsini qısaraq:
-Bağışla, sən allah, - dedi - o gün gələ bilmədim. Anamın təzyiqi qalxmışdı, neçə iynə vurdum, qoyub gəlməyə ürək eləmədim. Hirslənmirsən ki?
-Əlbəttə yox, - dedi Oruc və ürəyində sevindi ki, nə yaxşı belə olub, təzə bir problem çıxmayıb ortaya. Ardı »