Azər Qismət → Söndürülən işıq
Soyuqdan üşüyə-üşüyə hündür binanın qarşısına çatdı. Alaqapıdan içəri girməyə tələsməyib divara vurulu avtomat telefonun dəstəyini yerindən ayırıb nömrələri yığdı.
-Alo, hə mənəm. Sifariş verilən ünvanlara getdim... Niyə evə gəlmirəm? Qəribə söz danışırsan..Kefimdən eləmirəm ki... Bir nəfər qalıb. Deyəsən, evdədir... işığı yanır. Çalışacam on dəqiqəyə çıxım ordan. Tək olmaz. Əri ilə uşaqları da yanında olar. Yaxşı-yaxşı... Dedim ki, tez gələcəyəm. Mən də səni... hə, hə.. mən də öpürəm.
Dəstəyi yerindən asıb əynindəki zərli-naxışlı qırmızı xələti düzəldə-düzəldə alaqapıdan içəri atıldı, çünki şaxtalı külək kələyini kəsmişdi. Uşaq vaxtı əzbərlədiyi şeirləri yadına salmağa çalışdı.
Artıq siyahıda yazılanların hamısının evinə getmişdi. Bu binadakı müğənnisə siyahıdan kənarda idi. Onlardan yalnız Ardı »