Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qəşəm NəcəfzadəQapıda...

Qapıda...

Oğlanlarımın ayaqqabıları
toyuq balaları tək
mənim ayaqqabımdan
həmişə bir qarış
arxada dururlar.
Mənim ayaqqabım kimi
böyümək, bir az da irəli çıxmaq
həsrətindədilər.
Bunu qorxmuş adam kimi
bənizlərinin qaçmağından bildim.
Ona görə də ayaqqabılar
hər axşam burunlarını
içəri soxub
oğlanlarımın ayaqlarından
xəbər tutmaq fikrindədilər. Ardı »

Qəşəm NəcəfzadəŞairlər doğulur

Şairlər doğulur

Şairlər doğulur bir gözəl dərddən,
Ağlrılar hamilə qadınlar kimi
Gecənin qoynunda şairlər doğur,
Doğur Lermantovu, Əli Kərimi.

Bir gözəl bir şair ağnsmdadı,
Araz yer üzünə şairlər əkir.
Gecə səhərləri doğmaq istəyir,
Gecə səhərlərin ağrısın cəkir.

Ürəyim məni də doğmaq istəyir,
Bir dərdin cavabı yüz şeir gəlir.
Dünyanm dərdləri coxaıb nədi,
Dünyaya bir belə şairlər gəlir.

Şairlər doğulur işıqlar kimi,
Gecə işıqları yeyə bilməyir.
Şairlər yaşayıb dərdi qurtarır,
Dərdlər şairləri yeyə bilməyir. Ardı »

Qəşəm NəcəfzadəMaaşım

Maaşım

Həmişə cibimdə ağlar maaşım,
Ağlar manat-manat evimiz dolar.
Ağlayıb qurtarar, sonra adından
Bizim evimizdə quru söz qalar.

Yamanca qorxaqdı mənim maaşım,
Gözünün yaşından balalar doyar.
Dizimə yapışar cibimin qarnı,
Yenə ciblərimi əlim doldurar.

Gəzərəm şəhəri ürəksiz kimi,
Göysatan arvadlar hirslənər mənə.
Balaca oğlumun ayaqları da,
Top ücün havada yellənər yenə.

Bakının bazarı hələb şəhəri,
Girərəm ürəyim soyular, Allah!
Mənim gözlərimdən yağan yağışla,
Balamın gözləri yuyular, Allah! Ardı »

Qəşəm NəcəfzadəXocalı mövsümü fevral

Xocalı mövsümü fevral

Yanvar ayından başlayır Azərbaycanın
matəm mövsümləri...
Qan fışqırır televizorlar...
Məhkəmələr təzədən işə düşür...
Xocalını göstərirlər...

Oğlum deyir ki, mənə keçən ilki lentdi...
Həmin uşaqdı yanında potu...
Mən ondan kiçik idim,
Böyüyüb keçdim onu - deyir oğlum.

Xocalı mövsümüdür bu ay
Lentin tozu alınır...
Bir də göstərilməyi qaldı gələn ilə .

Xocalını göstərirlər...
Həmin kişidir yenə,
Heç böyüməyib,
Saqqalı ağarmayıb.
Xocalını göstərirlər
Balaca uşaqlar,
Dirsəklənib təpələrə.
Böyüklər uzanmışdı deyə,
Aldanıblar böyüklərə.

Uşaqlar böyür - böyürə
Yan - yana uzansalar da,
Gəlib çatmadılar insafımıza.

Xocalını göstərirlər deyə
qadın keçdi mətbəxə,
Keçən ilki lentdi
Təkrardı-təkrar.

Müxbir küçədə
Kəlbəcərin getdiyi günü soruşur
nazlı bir oğlandan,
Güya bilsə nə olacaq,
Ya bilməsə?
Bəlkə Kəlbəcərin mövsümü başlayır
Onun da ayrıdı lentləri
Ölümləri ayrıdı
Ayrıdı dərdləri.
Sonra Zəngilanın ildönümü
Sonra Qubadlının, Ağdamın...

Xocalı mövsümüdü bu ay...
Kişiliyin qısır ayı...

Fırlat qardaş,
Onsuz da işin bu lenti fırlatmaqdı,
Allah gələn iləcən sənə Ardı »

Qəşəm NəcəfzadəAmerika

Amerika

Haradan - hara gəldin
haradan hara çıxdın, Amerika dayı.
Bəlkə neft kəsək səninlə, oturaq
Bir azca neft vuraq.

Rusiya qardaşdan yaxşı dayısan
Hərdən mintiqimizi özün eləyirsən
sağ ol.
Iraqdan gəlmisən
Üst- başın toz-torpaqlıdı,
Otur əlindən gülləni təmizləyək
Otur ətəyindən patronu tökək.
Iraq parca-parca ağlındadı
Gəl səni Iraqdan təmizləyək,
Sən yaxşı dayısan, Amerika dayı.

Israili şallaq kimi yelləmə
Bir ucu qayıdıb gözünə dəyər.
Bilirsənmi sənin qadanı alım
Şallağın səsinə şərq oyanar.
Sən yaxşı dayısan, Amerika dayı.

Topunun lülləsindən öpək
Güllənin dadına baxaq.
Tankının ağırlığını çəkək,
Təyyarəni göyümüzdə oturdaq.
BMT- nə qurban olaq,
ATƏT- nə quzu kəsək.
Səninlə Təbriz kəsək,
Təbrizi dizinin üstə olanın
gözündən Vaşinkton gələr.

Bircə nöqsanın var, Amerika dayı
Adın bayatıya gəlmir.
Bayatı bilirsənmi nədi,
Amerika dayı,
Bayatı eşitmisənmi? Ardı »

Qəşəm NəcəfzadəBorc.....

Borc.....

Kartofu da borc aldım.
Kartofsatana dərs demişdim.
Kartofsatan baxdı mənə
Istədi deyə, ay müəllim,
O "üç" nə idi, vermişdin?

Tez yavaşca sürüşdüm...
Bazardan balıq alırdı,
Borclu olduğum kişi.

Araqlarm yanından kecəndə
Istədim icəm,
Hec kəs mənə baş qoşamasm.

Almasatan söz atdı mənə,
Yadıma oğlumun dişləri düşdü.
Qurd yemişdi,
Almanın həsrətindən.
Alma da qurdlamışdı,
Oğlumun həsrətindən.

Alma qızarmışdı bahalığndan,
Almasatan yox,
1 manat da pulum yox.
Bazar sinif otağıydı.
Bu ehtiyac bazarında,
Şagirdlərim müəllim ıdi,
Mənsə şagird.

Allah bu qəmi kəssin,
Bu şeri mənə yazdırdı. Ardı »

Qəşəm NəcəfzadəBir dəfə

Bir dəfə

Bir dəfə mən ağrıyırdım,
Dərman atdım, Sərvaz udqundu.
Elə bil yerimə dərmam uddu.
Ağrım toxtamadı, qacdım,
Sərvaz məndən qabaq yüyürdü.
Sərvaz tutmuşdu ağrımın əllərindən
Rəngsiz, bozumtul
Payız kimi həyacanlı ağrımın.

Alnım qan-tərə batmış,
Bax, o qarışqayla
Üz-üzə, göz-gözə
Uzanmağa az qalmış.

Üzündən, gözündən öpəydim, ay qarışqa!
Qanşqa, ay qanşqa!

Baxsaydılar bənizimə,
Dovşan gözlərimə,
Rəngsiz ayaqqabıma,
Ah, necə yaşamaq kecir könlümdən!

Sərvaz volakardin qoxulu
Validol medallı,
Pencəyimi soyundurdu.
Qoyduq başımızın altda,
Uzandıq skamyaya.
Baxdıq birinci dəfə
Göyə, günəşə, aya,
Yerə, ota, qanşqaya.
Taxtadan saman qoxusu gəlirdi,
Adamlar gəlib kecirdi yanımızdan.
Sərvaz dedi:
Hərdən belə olmağımız catmır. Ardı »

Qəşəm NəcəfzadəTuralım

Turalım

Turalım,
sən evə girəndə
əllərini gizlətməyə
bir yer tapmayanda
onda çöldə it küçüyünün
sığalladığın boynu, boğazı
boynundakı ipi
ala-bula ayaqları
tanrıya dua eləyirdi ki,
anan əllərinə - əllərinə
vuranda
ağrımasın. Ardı »