Maaşım
Həmişə cibimdə ağlar maaşım,
Ağlar manat-manat evimiz dolar.
Ağlayıb qurtarar, sonra adından
Bizim evimizdə quru söz qalar.
Yamanca qorxaqdı mənim maaşım,
Gözünün yaşından balalar doyar.
Dizimə yapışar cibimin qarnı,
Yenə ciblərimi əlim doldurar.
Gəzərəm şəhəri ürəksiz kimi,
Göysatan arvadlar hirslənər mənə.
Balaca oğlumun ayaqları da,
Top ücün havada yellənər yenə.
Bakının bazarı hələb şəhəri,
Girərəm ürəyim soyular, Allah!
Mənim gözlərimdən yağan yağışla,
Balamın gözləri yuyular, Allah!
Tarix: 04.06.2015 / 18:09 Müəllif: Aziza Baxılıb: 142 Bölmə: Qəşəm Nəcəfzadə
loading...