Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qasım AmanjolovAlma bağında

Alma bağında

Qılınc, xəncər qurşandı,
Bir qoç igid at minib.
Çıxdı alma bağından
Cavan gəlin şad, gülüb.

İgid dedi yarına:
- Bağ qoruyub, qəm çəkdim,
Mənə alma bağında
Sən neçə cür gül əkdin?

Dedi ona gəlincik:
- Bağı tez-tez yoxladım,
Gülü sənə bağda yox,
Ürəyimdə saxladım.

Gün bu sözdən nur aldı,
Güldü alma, güldü bağ.
İki ürək bir oldu,
Mahnı dedi kefi çağ. Ardı »

Qasım AmanjolovOxu, oxu, bülbülüm

Oxu, oxu, bülbülüm

Oxu, oxu, bülbülüm,
Nəğmə axsın dilindən.
Dan quşları zövq alsın
Sənin şirin ünündən.

Oxu, oxu, bülbülüm,
Tale quşu inləsin.
Göydə durna, göldə qaz
Susub səni dinləsin.

Oxu, oxu, bülbülüm,
Səda versin uca dağ.
Qalın meşə dincəlsin,
Çiçək açsın bağça-bağ.

Oxu, oxu, bülbülüm,
İnci taxsın gümüş su.
İpək kimi oxşansın
Gənc qızların duyğusu.

Oxu, oxu, bülbülüm,
Heyran qalsın altın gün.
Bəhs eləsin ulduzlar
Macərandan gecə - tün.

Oxu, oxu, bülbülüm,
Səsin yurdda çağlasın.
Yad eldəki qəriblər
Yaylıq alıb ağlasın.

Oxu, oxu, bülbülüm,
Qoy çin olsun diləyim.
Sən cəh-cəh vur, sirdaşım,
Mən də şeir söyləyim.

Susma, oxu ilhamla,
Qoyma səsin üzülsün.
Mən səs verim səsinə,
Söz mərcanı düzülsün.

Can susayar xoş səsə,
Ruha qida - xoş avaz.
Bu xalq üçün, el üçün,
Ha oxusaq, yenə az. Ardı »

Qasım AmanjolovNizaminin ad günündə

Nizaminin ad günündə

Ey Nizami, şairlərin sultanı,
Sən ən böyük ustaların birisən.
Səkkiz əsr öncə gəldin dünyaya,
Hamı öldü, sən hələ də dirisən.

Qələm etdin lələyini ağ qazın,
Bu dünyanı heyran etdi hər yazın.
Karvanlara yol göstərir mayak tək
Mavzoleyin güneyində Qafqazın.

Sən dirisən bu gün doğma elində,
Şeirlərin Azərbaycan dilində.
Ey Nizami, mən şerinin vurğunu,
Salamlaram səni, Səməd Vurğunu. Ardı »

Qasım AmanjolovYaylıq...

Yaylıq...

Müqəddəs bir andımdır,
Peymanımdır bu yaylıq.
Bürü ona qəlbini,
Uzun çəksə ayrılıq.

Bu ləkəsiz yaylığa
Göz yaşımı tökmüşəm.
Canım, onu məndən al,
Sənin üçün tikmişəm.

Eli qoru yağıdan,
Kaş ki, sənə yarasın.
Lazım olar sarmağa
Biləyinin yarasın.

Bəlkə onda bu yaylıq
Qızıl qana boyanar.
Yara gəlsə bəd xəbər,
Tez yuxudan oyanar.

Vətən üçün, sən üçün
Dağı-daşı çaparam.
Keçib neçə təpə, dağ
Axır səni taparam.

Qanın hopan bu yaylıq
Sonda bizi bağlayar.
Bu yaylıqda bir sirr var,
Mahnı olub çağlayar. Ardı »