Nizaminin ad günündə
Ey Nizami, şairlərin sultanı,
Sən ən böyük ustaların birisən.
Səkkiz əsr öncə gəldin dünyaya,
Hamı öldü, sən hələ də dirisən.
Qələm etdin lələyini ağ qazın,
Bu dünyanı heyran etdi hər yazın.
Karvanlara yol göstərir mayak tək
Mavzoleyin güneyində Qafqazın.
Sən dirisən bu gün doğma elində,
Şeirlərin Azərbaycan dilində.
Ey Nizami, mən şerinin vurğunu,
Salamlaram səni, Səməd Vurğunu.
Tarix: 04.06.2015 / 18:03 Müəllif: Aziza Baxılıb: 37 Bölmə: Qasım Amanjolov
loading...