Yaylıq...
Müqəddəs bir andımdır,
Peymanımdır bu yaylıq.
Bürü ona qəlbini,
Uzun çəksə ayrılıq.
Bu ləkəsiz yaylığa
Göz yaşımı tökmüşəm.
Canım, onu məndən al,
Sənin üçün tikmişəm.
Eli qoru yağıdan,
Kaş ki, sənə yarasın.
Lazım olar sarmağa
Biləyinin yarasın.
Bəlkə onda bu yaylıq
Qızıl qana boyanar.
Yara gəlsə bəd xəbər,
Tez yuxudan oyanar.
Vətən üçün, sən üçün
Dağı-daşı çaparam.
Keçib neçə təpə, dağ
Axır səni taparam.
Qanın hopan bu yaylıq
Sonda bizi bağlayar.
Bu yaylıqda bir sirr var,
Mahnı olub çağlayar.
Tarix: 04.06.2015 / 18:03 Müəllif: Aziza Baxılıb: 165 Bölmə: Qasım Amanjolov
loading...