Hamlet İsaxanlı → Ömrün harasındayıq
Sadə insanlardan biriyik biz də –
Mərhəmətə layiq, hörmətə layiq.
Sözümüz də xoşdur, əməlimiz də,
Haqqa söykənənlər sırasındayıq.
Di gəl, bir nisgil var ürəyimizdə –
Bilmirik ki ömrün harasındayıq...
Bilirik ki uşaq deyilik daha,
Dərman da, şərab da içə bilirik.
Ağzından atəşlər yağan əjdaha
Uşaq nağılıdır – deyirik daha,
Gerçəyi nağıldan seçə bilirik.
Bilirik ki gənсlik arxada qaldı,
Zirvədən ensək də, fikir uсaldı.
Talenin hökmü də artıq bilindi,
Ümidləri qurban veririk indi.
Hələ sönməsə də gənсlik alovu,
Sökür içimizi qiyamət xofu –
Yaş üstə yaş gəlir, bu qovhaqovu,
Sonu heçlik olan bu son oyunu
Oynayır qara yel, duyuruq bunu,
Bilirik ruzgarın nə olduğunu.
Pərəstiş etmirik sultana, şaha,
Allah qarşısında hamımız birik.
Əyilməzlik bizə gəlsə də baha
Zamanın torundan keçə bilirik.
Hələ ki gedirik üzü sabaha,
Hələ yükümüzü Ardı »