Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əbülqasım NəbatiVar......

Var......

Nə yaxşı dünyada qəlbə
hələ də yatan adam var
kiminsə xoş günün görüb
arzuya çatan adam var

yaxşı ki hələ də tək-tək
gəzib qəlbi kövrək-kövrək
dərdimizi tikəsitək
bu gün də dadan adam var

dadıb, göz yaşını dadıb
gəlib son andaca çatıb
yıxılana əl uzadıb
allahı tutan adam var

gəl sənə nağıl danışım
sonu ayrılıqla bitsin
sonuncu dəfə bu gecə
yolumuz üstündə bitsin

ətirlənsin teli gülün
sığallansın beli gülün
səhərin sübh yeli, gülüm,
gəlib böyrümüzdən ötsün

qapısın bağlayaq kinin
xatırlamayaq heç kimi
bu nağıl bitənə kimi
əlimiz hər yerə çatsın Ardı »

Əbülqasım NəbatiDünya qəfil işıqlansa.......

Dünya qəfil işıqlansa.......

Qəfil gün doğsa bir gecə,
Dünya düm ağ işıqlansa;
Şəhər-şəhər, küçə-küçə,
Otaq-otaq işıqlansa,
Görərik kimlərin əli
kimlərin cibindən çıxır.
Kimlər əyilə-əyilə
kimlərin evindən çıxır.

Qəfil gün doğsa bir gecə,
Min-min gizli günah görsək,
Üstünü örtə bilməsə,
Bu dünyanı çılpaq görsək,
Başımıza hava gələr,
ağlımız çaşar bəlkə də.
Hamı birdən baş götürüb
dünyadan qaçar bəlkə də.

Bu dünyada bəs kim qalar,
Kim böyüdər, uşaqları?!.
…Nə yaxşı ki, bu dünyamız
Yavaş-yavaş işıqlanır… Ardı »

Əbülqasım NəbatiBir səhər yuxudan durub......

Bir səhər yuxudan durub......

Bir səhər yuxudan durub
Özünü uşaq görəsən.
Görəsən hamı evdədi,
Ölənləri sağ görəsən.

Qorxasan qaçıb gedələr, -
Tez qapını bağlayasan.
Geri dönüb içəridə
bir təzə qonaq görəsən.

Görəsən ki, qapqaradı
o qonaq başdan ayağa.
Ondan başqa hamısının
üst-başını ağ görəsən.

Pəncərədən içəriyə
dola, dola gün işığı.
İçəridə boş-boşuna
yanan bir çıraq görəsən.

Söndürəsən o çırağı -
hamı birdən yoxa çıxa….
Otaqda bir qara qələm,
bir də ağ vərəq görəsən. Ardı »

Əbülqasım NəbatiAyrılıq..........

Ayrılıq..........

Yene bu şəhərdə üz-üzə gəldik,
Neyləyək, ayrıca şəhərimiz yox.
Bəlkə də, biz xoşbəxt ola bilərdik,
Bəlkədə xoşbətik, xəbərimiz yox.

Aradan nə qədər il keçib görən, -
Tanıya bilmədim,
məni bağışla.
Mən elə bilirdim sənsiz ğlərəm,
Mən sənsiz ölmədim,
məni bağışla!

…Sağımız-solumuz adamla dolu,
Qol-qola kişiler, qadınlar keçir.
Özünden xebersiz
ömründe min yol
Özünü öldüren adamlar keçir.

keçir öz qanına batan adamlar,
Bir də ki, qan hanı?
Qan axı yoxdu…
Hamı günahkardı dünyada,
amma
Dünyada heç kəsin günahı yoxdu. Ardı »