Var......
Nə yaxşı dünyada qəlbə
hələ də yatan adam var
kiminsə xoş günün görüb
arzuya çatan adam var
yaxşı ki hələ də tək-tək
gəzib qəlbi kövrək-kövrək
dərdimizi tikəsitək
bu gün də dadan adam var
dadıb, göz yaşını dadıb
gəlib son andaca çatıb
yıxılana əl uzadıb
allahı tutan adam var
gəl sənə nağıl danışım
sonu ayrılıqla bitsin
sonuncu dəfə bu gecə
yolumuz üstündə bitsin
ətirlənsin teli gülün
sığallansın beli gülün
səhərin sübh yeli, gülüm,
gəlib böyrümüzdən ötsün
qapısın bağlayaq kinin
xatırlamayaq heç kimi
bu nağıl bitənə kimi
əlimiz hər yerə çatsın
Tarix: 03.06.2015 / 15:09 Müəllif: Aziza Baxılıb: 249 Bölmə: Əbülqasım Nəbati
loading...